Dövlət orqanlarının əməkdaşları üçün COVID sertifikatına dair yeni tələb müəyyənləşib
Gələn il fevralın 15-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.
Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında dəyişiklik edib.
Bundan əvvəl 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi.
Qeyd edək ki, dövlət orqanlarının (qurumlarının) əməkdaşları ilə bağlı bu tələb COVID sertifikatlarının etibarlılıq müddətinə dair tələbin dəyişməsi ilə əlaqədardır. Çünki 2022-ci il fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1119 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 188 TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir
11:40 127 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 136 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 146 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 282 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 54 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 152 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 207 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 293