Planetimizin "ən yaraşıqlı kişi"si həbsdədir
Planetin ən gözəl insanlarının illik reytinqini dərc edən "TC Candler" saytının seçdiyi "ən yaraşıqlı kişi" hazırda həbsdədir.
BiG.AZ Oxu.az-a istinadən bildirir ki, üç il müddətinə həbs edilən 25 yaşlı Myanma sakini Painq Takhon sorğuya əsasən qalib seçilib.
Gəncin həbsinə səbəb 2021-ci ildə ölkədə baş verən hərbi çevrilişə qarşı aktiv etirazı olub.
"Biz hərbi çevrilişi qətiyyətlə pisləyirik. Biz Dövlət müşaviri Aun San Su Çjinin, prezident U Vin Myintin dərhal azad olunmasını tələb edirik", - deyə Takhon sosial media səhifəsində bildirib. O, həmçinin 2020-ci il seçkilərinin nəticələrinə hörmət etməyə və mümkün qədər tez yeni mülki hökumətin formalaşmasına çağırıb.
O, həbsxanaya düşənə qədər də etirazlarda iştirak edib.
"Yaraşıqlı kişi"nin pərəstişkarları siyasi məhbusun azad edilməsi üçün ictimai hərəkat təşkil etsə də, hələlik heç bir nəticəsi olmayıb.
Takhon vətənində "Instagram"da bir milyon izləyicisi ilə model, aktyor və bloqer kimi şöhrət qazanıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2500 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495