Boyat yeməklər orqanizmə necə təsir edir?

Boyat yeməklər orqanizmə necə təsir edir?Bəzi yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır

Bayram süfrəsini hər kəs zəngin və təmtəraqlı etməyə çalışır, çeşid-çeşid yeməklər, növbənöv salatlar, şirniyyatlar hazırlanır. Bəzən də istehlak edilməyən yeməklər israf olunmaması üçün sonrakı günə saxlanılır. Mütəxəssislərə görə, dəfələrlə qızdırılıb boyat şəkildə istehlak edilən yeməklər orqanizmdə bir sıra fəsadlara səbəb ola bilər. Hətta düzgün şəraitdə saxlanılanda da, termiki emal olunmuş qidaların tərkibindəki bitki və ya heyvan mənşəli qida maddələrinin parçalanma prosesi başlayır. Nəticədə əvvəlcədən toksiki olmayan maddələr zəhərli maddələrə çevrilir.

BiG.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ülviyyə Cəlilovanın hazırladığı elmi məqalədə bəhs olunur.

Qidaların dadında dəyişiklik o halda aşkar hiss olunur ki, onların tərkibinin çox hissəsi korlanmış olur. Ümumiyyətlə, yumurta, balıq, ət, toyuq, göbələk və s. kimi riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır. Əgər həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, növbəti dəfə qızdırılıb istehlak edilməsi tövsiyə olunmur.

Yeməyi dəfələrlə qızdırmaq olarmı?

Əvvəlki gündən qalmış yeməklər zamanla yarışan bizlər üçün çox vaxt əlverişli ola bilər. Ancaq bəzi yeməklər yenidən qızdırılanda insan sağlamlığı üçün təhlükəli olur. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda yemək qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Soyuducuda yerləşdirilməzdən əvvəl bişirilmiş yeməklər otaq temperaturuna qədər soyudulmalıdır. İsti halda soyuducuya qoyulmuş qidalar rütubətin artmasına səbəb olduğundan onların tərkibində zərərli bakteriyaların çoxalması sürətlənir. Təzə bişmiş yeməklərdən fərqli olaraq, soyuducudan çıxmış yeməyi qızdırdığımız zaman dadındakı dəyişikliyin səbəbi məhz elə həmin mikroorqanizmlərdir. Bundan başqa, qidalar soyuducuda çarpaz çirklənməyə də məruz qala bilir. Bəzi qidalar nə qədər çox saxlanılarsa, tərkibində mövcud olan allergen xüsusiyyətli histaminin miqdarı bir o qədər artmış olur. Tərkibində histamin çox olan qidaların istehlakı başağrısı, nəfəsalma və həzm sistemi problemləri, eləcə də qaşıntı kimi simptomların əmələ gəlməsinə yol açır. Ona görə də boyatımaması üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır.

Hansı qidalar daha tez xarab olur?

Nə vaxt bişdiyini bilmədiyimiz yeməkləri yeməməliyik. Uzun müddət saxlandığı təqdirdə keyfiyyəti dəyişən qidalar arasında yumurta istifadə edilərək hazırlanan məhsullar (təbii ki, mayonez də) da var. El arasında belə bir fikir var ki, "boyat plov daha dadlıdır". Lakin boyat plovun yenidən isidilərək istehlak edilməsi də sağlamlıq üçün təhlükə yarada bilər. Düyü bişirildikdə də onun tərkibində olan bakteriyalarının sağqalma ehtimalı yüksək olur. Plov düzgün bişirilmədikdə və ya saxlanmadıqda onun tərkibində olan bakteriyanın inkişafına əlverişli şərait yaranmış olur. İnkişaf edən bakteriyalar tərəfindən sintez olunan toksinlər nəticədə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb olur. Əksər hallarda qoxlamaq və ya dadmaqla yeməklərin xarab olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın qoxusunu və dadını korlamadan da çoxala bilir. Dəniz məhsulları, süd və süd məhsulları, tortlar və şirniyyatlar da qida zəhərlənməsinə səbəb olan mikroorqanizmlər və onların toksinlərinin daşıyıcısı sayılır. Ona görə də bu tip qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.

Beləliklə, isidilərək yenidən istehlakı tövsiyə olunmayan qidalar:

Toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak edilməlidir. Toyuqdan hazırlanmış yeməklərin yenidən isidilməsi zülal tərkibinin dəyişməsinə və həzm prosesinin pozulmasına gətirib çıxarır.

Yumurta qaynadılandan və ya müxtəlif üsullarla bişiriləndən sonra yenidən isidilərsə, qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə də tərkibində yumurta olan bir sıra sousların və ya yumurta ilə ədviyyatlı yeməklərin yenidən qızdırılması tövsiyə olunmur.

Göbələklər bişiriləndən sonra yenidən qızdırılanda qida dəyərini itirir və həzm sistemində problemlər yaradır. Göbələk bişiriləndən sonra soyuq şəkildə də istehlak edilə bilər.

Kartof da təzə bişmiş halda istehlak edilməlidir. Bişmiş kartof otaq temperaturunda uzun müddət saxlandıqda botulizm xəstəliyinə səbəb ola bilər.

İspanaq bişdikdən sonra dərhal istehlak edilməlidir, çünki yenidən isidiləndə ispanağın becərilməsində istifadə olunmuş nitrat qalıqları daha zəhərli maddə olan nitritlərə çevrilir. Xüsusilə də uşaqlara ispanaqdan hazırlanmış yeməklər verilərkən daha diqqətli olmaq lazımdır.

Çuğundur və kərəvizin də bişirildikdən dərhal sonra istehlak edilməsi tövsiyə olunur.

Boyat qidalar kimi, elə boyat çayın da orqanizmə ziyanı var, çünki köhnə dəmlənmiş çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur. Dəmlənəndən sonra uzun müddət saxlanılmış çayın tərkibində bakteriya və göbələklər inkişaf edir. Bu da mədə turşuluğunun dəyişməsinə və ürək problemlərinə səbəb olur. Həmçinin boyat çayın istehlak edilməsi orqanizmdə su mübadiləsinə mənfi təsir edir və bu da bağırsaqların funksiyasının pozulmasına və qəbizliyə səbəb olur. Boyat çayın zərərlərindən biri də orqanizmdə dəmirin mənimsənilməsinin azalmasına, bu isə nəticədə orqanizmdə qanazlığı və qanazlığına bağlı digər xəstəliklərin yaranmasına aparıb çıxarır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2958   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26.10.2026 912
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 822
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 837
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 635
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 858
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14.10.2026 876
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 981
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 816
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 891
.