Dırnaqların sınmaması üçün bunları edin - TÖVSİYƏ

Dırnaqların sınmaması üçün bunları edin - TÖVSİYƏDırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər.

Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz. Ailem.az bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.

BiG.AZ Milli.az-a istinadən ilk növbədə onu bildirir ki, dırnaqları gücləndirmək üçün ən əhəmiyyətli iki maddə biotin və zülallardır. Ona görə də bu maddələri kifayət qədər qəbul etmək lazımdır. Yaş artdıqca dırnaqlar zəifləməyə başlayır. Ancaq zəifləmənin yeganə səbəbi təkcə yaş deyil. Suya çox məruz qalmaq da dırnaqları gücsüzləşdirir. Duş qəbul etdikdə, üzdükdə və ya qab yuduğunuz zaman dırnaqlar suyla çox təmas edir. Bu zaman dırnaqdakı hüceyrələr genişlənir və yumşalır. Nəticədə vaxt keçdikcə dırnaqlar zəifləməyə başlayır. Soyuq havanın da bənzər təsiri var. Ona görə də qış aylarında qalın və isti əlcəklər geymək dırnaqları gücləndirməyin asan yollarından biridir.

Genetika dırnaq sağlamlığında çox əhəmiyyətli faktordur. Valideynlərinizin birinin gücsüz, kövrək dırnaqları varsa, sizdə də olma ehtimalı artır. Bunu dəyişdirmək asan olmasa da, sizdən də çox şey asılıdır. Dırnaqlarınızın sağlamlığının qayğısına qalmaq sizin də sağlamlığınıza faydalı olacaq.

Zob xəstəliyi və ya anemiya kimi sağlamlıq problemləri də dırnaqların korlanmasına gətirib çıxarır. Dırnaqlarınızın həddən artıq kövrək olması bu xəstəliklərdən birinin başlanğıcı ola bilər. Ona görə də həkimə müraciət etməyə biganə yanaşmayın.

Zülalın tərkibində olan keratin dırnaqların ana maddəsidir. Kifayət qədər zülal, yəni keratin qəbul etmək dırnaqları gücləndirmək üçün şərtdir. Bu səbəblə də bol miqdarda dəniz məhsulları, toyuq, yemiş, yumurta və tam taxıllı qidalar yemək tövsiyə edilir. B7 vitamini kimi də tanınan biyotin güclü dırnaqlar və saçlar üçün lazım olan maddədir.

Somon balığı, çərəzlər, mərcimək, banan, paxlalılar və gül kələm bol miqdarda biyotin ehtiva edən qidalardandır. Lakin nəzərə alın ki, dırnaqların özlərini yenidən canlandırmaları təxminən 6 ay davam edir. Ona görə də nəticələri görmək üçün 6 ay gözləmək lazımdır.

Sağlam dırnaqlar üçün bədənin sinkə ehtiyacı var. Bu mineral bədənin dırnaq quruluşuna qatılan zülalları meydana gətirmə bacarığını nizamlayır. Yağsız qırmızı ət, yaşıl lobya, paxla kimi qidalar bol miqdarda sink ehtiva edir.

Nizamlı olaraq manikür etdirmək də dırnaqlara zərər verir. Xüsusilə aseton dırnağın təbii yağlarını götürür. Asetonsuz lak çıxaranlardan da istifadə edə bilərsiniz. Lakin bir müddət dırnaqları təbii saxlayın. Bu da onların güclənməsinə səbəb olar.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2329   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26.10.2026 912
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 822
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 837
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 635
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 858
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14.10.2026 876
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 981
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 816
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 891
.