Un yenə BAHALAŞACAQ – Bu tarixdən...
Rusiyanın buğda ixracına tətbiq etdiyi rüsumu artırması region bazarlarında bu məhsulun bahalaşmasına səbəb olur. Azərbaycan öz tələbatının 35-40 faizini idxal hesabına təmin etdiyindən buğdanın bahalaşması ölkəmizdə də qiymətlərin yüksəlməsi ilə nəticələnir.
Sfera.az bildirir ki, Rusiya 2022-ci ilin yanvarın 18-dən qüvvəyə minmək şərtilə buğda ixracına yeni rüsum tətbiq edib. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən, ixrac ediləcək buğdanın hər tonu üçün rüsum 3,3 dollar artırılaraq 98,2 dollara çatdırılacaq. Yeni artımdan sonra buğdanın ixrac qiyməti 340,4 dollar olacaq. Yanvarın 18-nə qədər isə buğdanın ixrac qiyməti 335,6 dollar təşkil edəcək.
Lakin buğdanın qiymətində artım bununla da kifayətlənməyəcək. Ötən il Rusiya hökumətinin elan etdiyi kimi 2022-ci ilin fevralın 15-dən iyunun 30-na kimi buğda ixracına kvota tətbiq ediləcək. Qərara əsasən, bu dövr ərzində Rusiya 8 milyon ton buğda ixracına imkan yaradacaq. Daha çox buğda almaq istəyənlər isə hər ton üçün əlavə 100 avro ödəməli olacaqlar.
Rusiyanın ixracı bahalaşdıqmaqda məqsədi ölkədaxilində buğdaya olan tələbatın ödənilməsi və un istehsalının təşviq olunmasıdır. Rusiya xammal satmaq əvəzinə emal edilmiş məhsul satmağı üstün tutur.
Yaranmış yeni vəziyyət Azərbaycanın idxal etdiyi buğdanın və dolayısı ilə unun qiymətinin yüksəlməsinə səbəb olur. Ölkəmizdə unun pərakəndə satış qiyməti 2021-ci ilin yanvarında 1,15 manat olduğu halda hazırda 1,4-1,5 manat səviyyəsinə çatıb.
Unun bahalaşması öz növbəsində çörəyin qiymətinin artmasını qaçınılmaz edir. 2021-ci ilin yanvarında buğda unundan bişirilən 1 kiloqram çörəyin qiyməti 80 qəpik olduğu halda, artıq qiymətlər 1 manata çatıb.
Xarici bazarlarda buğda qiymətlərindəki artımın Azərbaycana mənfi təsiri daha zəif ola bilərdi. Bunun üçün buğda istehsalının tələbatı tam və ya heç olmasa 90 faiz ödəməsi lazımdır. Lakin Azərbaycandakı buğda istehsalı tələbatın 50-60 faizini ödəyə bilir. 2020-ci ilə aid olan məluma əsasən, ölkəmizdə buğdaya olan illik tələbat 3,47 milyon ton təşkil edib. Yerli istehsal isə 1,82 milyon ton olub. Qalan hissə idxal və əvvəlki illərdən qalan qalıq hesabına təmin edilib. Göründüyü kimi, hər il Azərbaycanın təxminən 1,5 milyon ton idxal buğdasına ehtiyacı var. Buna görə də xaricdə qiymətlər yüksəldikdə Azərbaycanda da un bahalaşır, əksinə olduqda isə un ucuzlaşır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2455 Tarix: 05 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 109 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 277 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 130 Xankəndidən səslənən Zəfər mesajı
8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni
10:40 134 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 354 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 233 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 288 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 354 ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir
ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər
10:20 130