"Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi" - Şöbədə arvadını öldürən polis

"Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi" - Şöbədə arvadını öldürən polisÖtən ilin sentyabrında işlədiyi 24-cü polis şöbəsinə ondan şikayətə gələn həyat yoldaşını öldürən serjant İsmayıl Məmmədovun hadisə ilə bağlı istintaq ifadəsi məlum olub.

"Kriminalqafqaz"ın cinayət işi materiallarından əldə etdiyi məlumata görə, İ.Məmmədovla arvadı Xanım Məmmədova arasında yaranmış ilkin mübahisə geyim üstündə olub.

Polis əməkdaşı istintaqa verdiyi ifadəsində həyat yoldaşı Xanımla Bakı Dövlət Universitetində tanış olduqların, 2014-cü ildə ailə qurduqlarını və əvvəllər xoşbəxt ailə olduqlarını deyib:

"2015-ci ildə oğlumuz, 2017-ci ildə qızımız doğuldu. Oğlumun təhsil aldığı 220 saylı məktəb mənim xidməti ərazim olduğundan polis əməkdaşları məni və ailəmi tanıyırdı. Mən də oğlumun sinif yoldaşlarının valideyni olan qadınların hansının yüngül həyat tərzi keçirdiyini bilirdim. Buna görə Xanıma onlarla ünsiyyət saxlamağa icazə vermirdim.

Polislərin Xanımın ətrafında yüngül həyat tərzi keçirən valideynləri görmələrindən və onun barəsində pis fikir formalaşmasından ehtiyat edirdim. Buna görə də Xanım hər dəfə oğlumuzu dərsə aparıb-gətirəndə mənə zəng edərək məlumat verir, hansı paltarları geyindiyini deyirdi. Mən oğlumun sinif yoldaşlarının valideynləri tərəfindən yaradılmış "Vatsap" qrupuna qoşulmağı da arvadıma qadağan etmişdim.

Qrupa öz nömrəmlə daxil olurdum, lakin oradakı valideynlər elə bilirdi ki, həmin nömrə Xanıma məxsusdur. Axşam işdən gələndə valideynlər arasındakı danışıqlar barədə arvadıma məlumat verirdim".

"Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi" - Şöbədə arvadını öldürən polisHadisədən təxminən bir həftə əvvəl İsmayıl Məmmədov Xanımın məktəbə gedən zaman əyninə idman dəsti geyindiyini öyrənir: "Sentyabrın 29-da Xanım hər gün olduğu kimi zəng edərək uşağı məktəbdən götürüb evə gəlməsi barədə məlumat verdi. Bu zaman mən ondan nə geyindiyini soruşdum. O, mənə həmin idman dəstini geyindiyini dedi. Mən ona niyə dəstin üzərindən uzun kofta geyinmədiyini soruşduqda o "uzun koftanı idman dəstinin üzərindən geyinmək olmaz, geyinməmişəm-geyinməmişəm də burda nə var ki?" deyə cavab verdi. Mən Xanımın bu cavabından sonra əsəbiləşib telefonu söndürdüm.

Bundan bir neçə dəqiqə sonra valideynlərdən biri "Vatsap"da yazaraq kiminsə mobil nömrəsini istədi. Mən də Xanıma zəng edib "mən bilmirəm sən məktəbə valideynlərlə rəfiqəlik etməyə gedirsən, yoxsa uşağı məktəbə aparıb-gətirirsən?" deyə irad bildirdim. O da mənə "belədirsə "Vatsap" qrupunu sil" deyə cavab verdi".

İ.Məmmədov deyib ki, Xanımla barışmaq məqsədilə evə gəlsə də, aqressiv söhbət evdə də davam edib: "Mən Xanıma dedim ki, o valideyn kiminsə nömrəsini axtarırsa, bunu ümumi qrupa yazmalıdır. Söhbət zamanı Xanımın sifətinə şillə vurdum. Bu zaman arvadım artıq hər şeydən bezdiyini, onu çox sıxdığımı, sərbəst buraxılmadığını dedi. Mən daha da əsəbiləşib onu döydüm.

Sonra telefonunu əlindən alaraq nömrəsini sındırdım. Xanımı döydükdən sonra işə qayıtdım. Bundan təxminən saat yarım sonra evə gələndə gördüm ki, Xanım uşaqları götürüb bibisigilə gedib. Barışmaqda kömək göstərmələri məqsədilə qayınanamla danışanda o, Xanımın məndən "102"yə şikayət etdiyini dedi. Buna inanmadım, qayınanamın məni qorxutmaq məqsədilə belə dediyini düşündüm. Xanımı evə gətirmədim ki, bir müddət bibisigildə qalıb sakitləşsin.

Sentyabrın 30-da səhər işə gedib növbətçi hissədən "Zəfər" modelli xidməti silahımı götürüb PPX avtomobili ilə xidmətə başladım. Xidmətdə olarkən Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Füzuli Qurbanov zəng edərək məni şöbəyə dəvət etdi. Bu zaman başa düşdüm ki, Xanım məndən həqiqətən də "102"yə şikayət edib. Qayınanama zəng edib Xanıma zəng etməsini, bölmədən çağırılacağı halda çağırışa getməməsini dedim. O mənə gec olduğunu, Xanımın artıq bibisi ilə bölməyə getdiklərini dedi".

"Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi" - Şöbədə arvadını öldürən polis24-cü PŞ-yə gedən İsmayıl Məmmədov şöbə rəisi tərəfindən qəbul olunub: "Mən Nizami rayonunda işlədiyimdən şəxsi heyətin hamısı məni tanıyırdı. Arvadımın şikayət etməsi, eləcə də şöbədə izahat verməyi utancverici bir hal kimi qəbul etmişdim. Təhqiqatçı Füzuli Qurbanovla birlikdə şöbə rəisi Seymur Qarayevin qəbulunda oldum. O mənə iradlarını bildirdi, bu hərəkətimə görə şöbə rəisindən üzr istədim.

Xanımdan üzr istəyərək barışıq əldə edəcəyimi və məsələnin böyüməyəcəyini düşünürdüm. Xanımla danışmaq istəyəndə mənə "artıq gecdir, get işinlə məşğul ol" dedi. Ondan bu cavabı gözləmirdim. Daha sonra Xanım Füzulinin iş otağına daxil oldu. Təxminən bir dəqiqə dəhlizdə dayandım. Artıq Xanımın bir daha uşaqlarla evə qayıtmayacağına əmin olmuşdum. Uşaqlarla görüşmək və yenidən ondan üzr istəmək məqsədilə otağa girdim.

Otağa daxil olan kimi övladlarımın hər ikisini öpüb Xanıma "Nəyə görə belə etdin?" dedim. Bu zaman Xanım heç nə eləmədiyini, hər şeyi mənim elədiyimi dedi. Əsəbiləşib xidməti tapançamı çıxartdım və ard-arda Xanıma doğru bir neçə dəfə atəş açdım. Atəşlərdən sonra o, yarım əyilmiş vəziyyətdə başı stolun üzərində qaldı.

Ani olaraq təhqiqatçı Füzuli Qurbanov silahı əlimdən alıb məni dəhlizə çıxardı. Konkret olaraq arvadıma neçə dəfə atəş açdığımı xatırlamıram. Törətdiyim əməldən peşmanam".

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrında 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8199   Tarix: 05 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 109
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 277
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 130
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 134
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 354
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 233
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 288
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 354
.

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər

10:20 130
.