Yalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEO
Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib. O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin qurumun əməkdaşı olmadığını təsdiqləyib.
Bəs, uydurduğu yalanla sosial şəbəkələrdə müzakirə olunan Rasim Əhmədli əslində kimdir?
BiG.AZ xəbər verir ki, "qafqazinfo" bu sual ətrafında araşdırma aparıb və bəzi məlumatları əldə edib.
Məlumat üçün bildirək ki, Əhmədli Rasim İkram oğlu 1981-ci ildə Mingəçevirdə anadan olub. O, ötən il özünü Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin Gənclər Təşkilatının sədri kimi təqdim edib. İddia edib ki, qazidir və birinci Qarabağ müharibəsində iştirak edib.
Rasimin iddiasına görə, 11 yaşında (!) könüllü olaraq birinci Qarabağ savaşında Bakı batalyonunun tərkibində döyüşlərdə iştirak edib və 1994-95-ci illərdə yaralanıb.
Rasimin yalanlarına gəlincə, bu, onun ilk belə əməli deyil. O, bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevdə də insanların etibarından sui-istifadə edərək bir neçə azərbaycanlıdan qazi adıyla pul yığıb. Bundan başqa, daha bir şəxsdən qazi kimi 300 manat alıb. Bir il öncə isə qazi adından istifadə edərək elektronika mağazasından 2500 manat dəyərində telefon götürərək aradan çıxıb. Bu, onun bizə bildirilən əməlləridir. Məlumata görə, Rasim Əhmədli yalanları ilə daha çox insanı aldatmağı bacarıb.
2019-cu ildə isə Rasim Əhmədli məsuliyyətə cəlb olunub. O, həmin ilin sentyabrında keçmiş arvadının üzərinə neft tökərək onu yandırmağa cəhd göstərib. Bu azmış kimi, Rasimi sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmağa da cəhd edib. Həmin vaxt Bakının Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Bundan başqa, Rasim Əhmədli müxtəlif vaxtlarda dörd dəfə dələduzluq maddəsi ilə də məsuliyyətə cəlb olunub.
Əvvəllər Maştağa qəsəbəsinin sakini olan Rasim, 2009-cu ildə Ü.Hacıbəyov küçəsində yerləşən körpüdən özünü atmaq istəyib. Lakin ətrafda olan şəxslərin və polis əməkdaşlarının müdaxiləsi nəticəsində onun intihar etməsinin qarşısı alınıb.
Onu da qeyd edək ki, Rasim Əhmədli bundan öncə Müdafiə Nazirliyinin də polkovnik rütbəsində dolaşıb, qurumun forması ilə məclislərə qatılıb. Vətən müharibəsindən sonra isə bir çox yerlərə Xüsusi Təyinatlı Qüvvələrin forması ilə gedir. Ümumiyyətlə, bir sıra insanları aldadan Rasim Vətən müharibəsində iştirak belə etməyib.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2260 Tarix: 06 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 109 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 277 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 130 Xankəndidən səslənən Zəfər mesajı
8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni
10:40 134 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 354 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 233 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 288 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 354 ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir
ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər
10:20 130