Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA
Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək. (Tebyan)Uşaqları İlahi nemətlərə şükür etdirməyə adət etdirməyin müxtəlif yolları vardır. Bunlardan bəzisinə işarə edək:
1. Uşaqlarınıza başa salın ki, nəyə görə Allaha şükür edirsiniz. O zaman ki, yemək süfrəsindəsiniz, ya maşında sükan arxasındasınız, malik olduğunuz nemətləri səsli şəkildə yadınıza salın və onlara görə Allaha şükür etməli olduğunuzu bəyan edin. Misal üçün övladınıza deyin ki, bu nemətlərə görə və ya Allahın səni mənə verdiyinə görə Ona şükür edirəm. Hətta gözəl havaya və ya gözəl bağçaya malik olduğuna görə şükür etdiyini övladına söylə.
2. Uşaqlarınızdan soruşun ki, hansı şeylərə görə Allahdan razıdır. Onlar yəqin ki, belə cavablar verəcəklər: "Bizə ev verdiyinə görə, maşın verdiyinə görə...". Belə düşünməklərinin eybi yoxdur. Onlara başa salın ki, bu dünyada hər nəyi varsa, ona görə Allahdan razı olmalıdır.
3. Nemətlərin adını çəkin. Namaz və dua edəndən sonra övladınızı yanınızda əyləşdirib, Allahın insana verdiyi hər bir nemətin adını çəkin. O nemətlərin adını çəkin ki, uşaq onlara indiyə qədər diqqət etməmişdir, bədən üzvləri, sağlamlıq, valideyn kimi.
4. Sadə yaşamağa çalışın. O zaman ki, uşağın həyatı sadə olar, şükür etməyi daha asan öyrənə bilər. Oyuncaqla dolu olan otaq yerinə, uşağınız üçün ancaq sevdiyi bəzi oyuncaqların olduğu otaq təşkil edin. Övladınızın qarşısına cürbəcür yemək qoymaq yerinə, ona iki cür yemək arasında seçim etməsini söyləyin.
5. Kiçik şeylərə diqqət etməyi öyrədin. Övladınıza ətrafındakı nemətlərin xırdalıqlarına diqqət etməsini öyrədin. Yarpaqların rəngi, günəşin batması, dənizin dalğaları kimi. Uşaq başa düşəcəkdir ki, bu xırda şeylər belə, Allahın nemətlərindəndir.
6. Başqalarına təşəkkür etməyi öyrədin. Övladınızın ad günündə ona hədiyyə gətirən hər bir kəsə təşəkkür etməsini ona öyrədin. Həmçinin bayramlarda və ya xüsusi günlərdə ona edilən hər bir yaxşılığa görə təşəkkür etməsini öyrənsin.
7. Uşaqlarınıza infaq etməyi öyrədin. Nə zaman övladınızın paltarı əyninə kiçik olsa, onu başqa ehtiyacı olan uşaqlar üçün ayırmasını söyləyin. Bu əməl uşağınıza şükür etmək hissinin şirinliyini daddırar.
8. Uşağınızın yanında başqalarının yaxşı cəhətlərini söyləyin və onları tərifləyin. Övladınıza başqalarının müsbət tərəflərini görməyi öyrədin.
9. Özünüz nümunə olun. Əgər övladınızın şükür edən olmasını istəyirsinizsə, gərək özünüz bu işdə nümunə olasınız. Çalışın az şikayət edin və həyatın müsbət tərəflərinə çox diqqət edin. Ona görə də Allaha tez-tez şükür edin. Bu zaman övladınız şükür etməyin mənasını dərk edəcəkdir. (Milli.az)
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 18424 Tarix: 22 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ölkələr Ramazan bayramını sabah qeyd edəcək
İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər. Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub. Avstraliya
21.04.2023 15388 Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA
"İslamda Aşura günü işləməməklə bağlı hər hansı bir qadağa yoxdur. İslami nöqteyi-nəzərdən ümumiyyətlə belə bir qadağa ola bilməz. Aşura gününün digər günlərdən hər hansı bir fərqi yoxdur". Bunu Aşura günü işləmək qadağasının olub-olmamasl ilə bağlı -a açıqlama verən ilahiyyatçı Elşad Mahmudo
06.08.2022 17689 Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA
Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək
22.03.2022 18423 Ramazan ayının on səkkizinci gününün iftar vaxtı
Bu gün ramazan ayının on səkkizinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 8-də iftar vaxtı saat 18:54-dədir. İftar duası:. "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli"
08.03.2026 1546 Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir - FOTO
Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. Ramazanın iyrimi ikinci günü üçüncü Qədr gecəsinə, yəni aprelin 23-dən 24-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. Quran İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükd
23.04.2022 15815 Bu gün üçüncü Qədr gecəsidir
Bu gün Azərbaycanda üçüncü Qədr (əhya) gecəsidir. Axşam.az xəbər verir ki, üçüncü Qədr gecəsi martın 22-dən 23-nə keçən gecəyə təsadüf edir. Sonuncu Qədr gecəsi isə martın 26-da olacaq. Qeyd edək ki, Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 2
22.03.2025 7187 54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib
Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Qeyd olunub ki, 54 il ərzində 99 milyondan ço
25.06.2023 15001 Bu gün Aşuradır
Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs
08.08.2022 17186 Bu qadınlarla evlənmək haramdır - SİYAHI
Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir. Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?
21.03.2022 21128