"Miasteniya" barədə bilmədikləriniz - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı, təəssüf ki, Azərbaycanda da az deyil. Lakin insanlar bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında Həkimə müraciət edirlər.
Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsində nələri bilməliyik?
BiG.AZ olaraq, mövzuyla bağlı suallarımızı ATU-nun Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı Arif Ağayev-ə yönləndirdik.
Onun sözlərinə görə, xəstəliyin əsas əlaməti yorulmaqla artan və dincəlməklə qismən düzələn əzələ gücsüzlüyüdür:
"Diaqnostika zamanı xəstədə birinci əzələ zəifliyi hiss olunur. Əlamətlər danışma, udma, çeynəmədə çətinlik, xəstəliyin ən ağır halında da tənəffüsün çətinləşməsidir. Miasteniya, formalarından asılı olaraq, lokal və ya "generalizə" simptomlarla başlaya bilər. Lokalla başlayarsa, udqunma pozulması, göz qapaqlarının düşməsi halları baş verir, xəstələrdə darıxma hissi olur, sanki nəfəs almaq istəyib, tam ala bilmirlər. Günün sonuna yaxın aşağı ətraflarda yorğunluq, tükənmə hissi olur. Ən klassik simptom borner, yəni göz qapaqlarının düşməsi halıdır. Adətən bu, sağ göz qapağında olur, udqunma pisləşdiyi üçün ağızdan selik axması halı baş verir. Bu xəstələrə kəskin diaqnozlar qoyula bilər. Ən başından nevroloqlara müraciət etsələr, nevroloji halı dəyərləndirilsə, müalicə uğurlu olar. Terapevt və digər həkimlərə getsələr, düzgün olmayan uzun prosesdən keçəcəklər".
Həkim-cərrah söyləyib ki, göz qapağının düşməsi klassik simptomdur:
"Bu o deməkdir ki, ya divar aralığında bir törəmə var, ya da miasteniya xəstəliyidir. Divar aralığında və yaxud ağciyərdə şiş olanda düşmüş göz qapağı geri qayıtmır. Amma miasteniya xəstələrində göz açılır, sonra yavaş-yavaş bağlanır, yəni gedib-gəlici simptomlar müşahidə olunur. Xəstə yorulanda göz qapağı düşür, səhər saatlarında aktiv olanda düzəlir. Daha sonra əsnək əzələlər boşaldığı üçün danışmada problemlər yaranır.
Miasteniya xəstəsinin timus vəzində törəmə varsa, müalicələr effektsiz olacaq. Xəstəliyi yüngülləşə bilər, amma effektli deyil. Bu halda birinci addım cərrahi planlama olmalıdır. Əgər şiş yoxdursa, dərmanla davam etmək olar. Tibbi ədəbiyyatda, dünya praktikasında, həmçinin bizim öz praktikamızda da sübut olunur ki, cərrahi müalicə yolu daha effektivdir. Əməliyyat zamanı timus vəzi çıxardılır.
Müxtəlif klinikalardan verilən məlumatlara istinadən, timektomiya (timus vəzinin çıxarılması) hər 100 xəstədən 60-80 nəfərində xəstəliyin tamamilə sönməsinə gətirib çıxarır. Ümumi statistikaya görə, əməliyyat olunan xəstələrin 80-90 faizi miasteniyadan tamamilə yaxa qurtarmış olur. Yerdə qalanların sağalması xəstəliyin fərdi inkişafı və digər faktorlardan asılıdır".
AYSEL SƏFƏRZADƏ
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur
15.08.2021 2008 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki
11.09.2021 998 Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri
Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno
20.08.2021 1329 Məşhur dieotoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm
21.08.2021 1439 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865 Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367