Köhnə obrazlar yeni donda: Yazıçılar niyə işlənmiş mövzulara müraciət edirlər?

Köhnə obrazlar yeni donda: Yazıçılar niyə işlənmiş mövzulara müraciət edirlər?Tarix yaranandan, onunla birgə ədəbiyyat da yaranıb. Çünki ədəbiyyat tarixin sanki tərs üzü, yəni bədii üzüdür. Tarixdə hadisələr xronologiyalarla yazılırsa, ədəbiyyatda bədii şəkildə kağıza köçürülür. Ola bilər ki, əsər tarixi, qəhrəmanlıq janrında olmasın. Amma əsərin süjeti lap sevgi də olsa, yazıldığı dövrün ab-havasını özündə əks etdirir, istər-istəməz baş verən hadisənin ətrafında olanlardan bilinir ki, həmin dönəmdə nələr olub, insanlar necə yaşayıb, nə yeyiblər, nə içiblər, hansı düşüncəyə sahib olublar. Nə isə, bu haqda başqa bir vaxtda danışarıq. İndi söhbətim bu barədə deyil. Lap əvvəllərdən ədəbiyyatda yeni obrazlar, yeni süjet xətti, yeni forma və hadisələrlə yanaşı, artıq yazılmış, tanınmış, müəyyən qədər də sevimli olan obrazlara müraciət etməklə yeni əsərlər yazmaq da yazıçıların marağında olub. Bu baxımdan "Leyli və Məcnun" dastanı üzərindən yazılan yeni versiyaların sayı-hesabı yoxdur. Amma təkcə "Leyli və Məcnun" deyil ki. "Əsli və Kərəm", "Koroğlu", "Kitabi-Dədə Qorqud" dastanları da ondan geri qalmır.

Bəs görəsən, bu tendensiya hansı ehtiyacdan doğur? Niyə yazıçılar yeni obraz yaratmaqdansa, artıq yazılmış, işlənmiş mövzulara, indiyə qədər tanınmış obrazlara müraciət edirlər?

Mövzu ilə bağlı "Kaspi" qəzeti yazıçı-dramaturq İlqar Fəhmi ilə həmsöhbət olub.

İlqar Fəhmi deyir ki, yazılmış əsərlərə həmişə müraciət olunub:

"Bir mövzunu götürürsən, məsələn, bir dastandan və ya hər hansı müəllifin əsərindən gələn mövzunu saxlayırsan, sadəcə fərqli bir əsər yazırsan. Və yaxud ona alternativ bir əsər yazırsan, ya da onun davamını işləyirsən. Belə əsərlərimiz çoxdur. Mirzə Cəlildən tutmuş üzü bu yana hansısa ədəbi obrazları götürüb yenidən işləyən yazıçılarımız çox olub. Amma bir də var sırf postmodern yanaşma tərzi. Bu, tamam başqa bir şeydir. Postmodern yanaşma tərzində yazıçı təkcə obrazı yox, ümumilikdə əsəri götürür və həmin süjetə tam əks tərəfdən yanaşır. Məsələn, ilkin versiyada müsbət olan qəhrəmanı yazıçı bu dəfə mənfi tərəfdən təqdim edir. Və ya əksinə, mənfi kimi tanınan məşhur bir qəhrəmanı indi də müsbət kimi göstərir. Bu, daha çox postmodern yanaşma tərzidir. Yəni arxetipləri sındırıb onun tərs tərəflərini təqdim etmək. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanına münasibətdə Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəri buna yaxındır. Mənim "Koroğlu" silsiləmdə dastanda mənfi qəhrəman olan Həmzə obrazı artıq müsbət qəhrəmandır. Yəni bu, tarixə alternativ münasibətdir. Yazılmışı kor-koranə qəbul etməklə yox, sanki onun əks versiyasını irəli qoymaqla adamları düşünməyə vadar etmək ki, heç də hər şey birmənalı deyil".

"Müxtəlif yanaşma olanda standart obrazlara müxtəlif münasibət ola bilər" deyir yazıçı:

"Yəni bu baxımdan arxetiplərə iki cür münasibət var. Bir var obrazı sadəcə müasirləşdirərək olduğu kimi təqdim etmək, bir də var həmin o obrazı tam çevirib sırf əks mənaya – tərsinə təqdim etmək. Bu ikincisi daha çox postmodern yanaşmadır ki, buna dekonstruksiya deyirlər. Birincisi isə interpretasiyadır. Tutalım ki, hər hansı bir tarixi obraz var və hansısa tarixi şəraitdə onu dağıtmaq istəyirsən. Yəni həmin o mifi dağıtmaq istəyirsən. Məsələn, əsərdə tarixi obraz müsbət qəhrəman kimi verilib. Amma sən düşünürsən ki, bu obrazın müsbət olması indiki dövr üçün müəyyən fəsadlar yaradır. Ona görə də o müsbəti mənfi kimi göstərirsən və yaxud da tərsinə. Tarixən mənfi yaradılan qəhrəman, baxırsan ki, indiki prizmadan yanaşılanda mənfi yox, müsbətdir. Ona görə də təzə obraz yaratmaqdansa, köhnəni götürüb ona alternativ olanını yaratmaq istəyirsən. Bunun özü də elə müasir dövrə uyğun stereotipləri qırmaqdır".

İlqar bəy söhbətimizin davamında deyir ki, bu cür obrazlar üzərində yenidən işləmək, onlara yeni nəfəs vermək, onu başqa tərəfdən görə bilmək və göstərə bilmək də çox maraqlıdır: "Sovet dövründə yazılan bir çox əsərlərdə ruhani obrazları və onlara qarşı mübarizə aparan maarifçi obrazları var. Mən bunlara çox diqqət etmişdim və buna görə "Müsibəti Fəxrəddin"i yazmaq qərarına gəldim. Bu əsərdə həmin maarifçiləri tənqid etdim. Niyə? Ona görə ki, mənim düşüncəmdə o maarifçilər xalqın beynini bizə tam zidd olan fikirlərlə doldururdular. Halbuki, sovet dövründə onları müsbət qəhrəman kimi qələmə verirdilər. Amma mən, tutalım ki, sıfırdan bir əsər yazsaydım, həmin o stereotipi dağıda bilməyəcəkdim. Yəni mövcud stereotipi dağıtmaq üçün artıq olanına alternativ göstərməlisən, yazmalısan ki, oxucu bunu daha aydın görə bilsin. Ziyanlı hesab etdiyin bir obrazı dağıtmaq üçün mütləq həmin obraza yenidən müraciət etməlisən".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 998   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.