Yuxu ilə bağlı doğru bildiyimiz YANLIŞLAR

Yuxu ilə bağlı doğru bildiyimiz YANLIŞLARMütəxəssislər yuxu haqqında populyar fikirlərin səhhətimizə və ovqatımıza zərər verdiyini, hətta ömrümüzü qısaltdığını bildirir.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, yuxu mövzusunda doğru məlumatlandırma bizim fiziki və ruhi vəziyyətimizi yaxşılaşdırır. Nyu-York Universitetinin ekspertləri hesab edirlər ki, yuxu ilə bağlı 6 yanlış fikir var.

Onları təqdim edirik:

Beş saatdan az yatmaq kifayətdir

İngiltərənin keçmiş baş naziri Margaret Zatçerin hər gecə sadəcə 4 saat yatdığı deyilirdi. Almaniyanın sabiq baş naziri Ancela Merkel də buna bənzər bir fikir demiş və yuxuda keçən zamanın işə sərf edilməsini uğur qazanmağın əsas şərtlərindən biri olaraq göstərmişdi.

Amma mütəxəssislər deyirlər ki, 5 saatdan az yuxunun kifayət olması iddiası səhvdir və bu rejim orqanizmə ciddi zərər vurur.

Araşdırmacı Dr. Rebekka Robbins qeyd edir ki, gecə 5 saat və daha az yatmaq sağlamlıq problemlərini ciddi səviyyədə artırır. Məsələn, ürək tutmaları və infarkt kimi ürək-damar xəstəliklərinin yaranması riskini artırır, ömrü qısaldır. Robbins hər gecə 7 və ya 8 saat yatmağın vacib olduğunu vurğulayır.

Yatmazdan əvvəl spirtli içki içmək yuxunun keyfiyyətini yaxşılaşdırır

Yatmazdan əvvəl bir qədəh şərab, viski və ya bir şüşə pivə içməyin yuxunun keyfiyyətinə yaxşı təsiri barədə deyilənlər də doğru deyil. "O, yuxuya getməyi asanlaşdıra bilər, amma (spirtli içki) həmin gecə dincəlmək keyfiyyətini əhəmiyyətli şəkildə azaltmış olacaq" - Robbins deyir.

Spirtli içkilər xüsusilə də yaddaş və qavrama üçün vacib olan REM yuxusuna zərər verir. Yəni spirtli içki içəndə daha rahat yuxuya getsəniz də, yuxunun bəzi faydalarından məhrum olursunuz. Spirtli içkilər həm də sidikqovucu xüsusiyyətə malikdir.

Yataqda TV izləmək rahatlıq verir

Yatmazdan əvvəl xəbərlərə baxmaq rahatlıq əvəzinə yuxusuzluq və stress yaradır. Televizorlar, ağıllı telefonlar və planşetlərlə bağlı daha bir problem ondadır ki, bu cihazların ekranlarındakı mavi işıq yuxu hormonu olan melatoninin ifrazını geçikdirir.

Yuxuya gedənə qədər yataqda qalın

Yataqda çox qalmaq olmaz, çünki beynimiz yatağı və yuxusuzluğumuzu eyni çərçivəyə salır. Normal halda yuxuya getmək 15 dəqiqədən artıq zaman almamalıdır. Bu baş verməyəndə, yataqdan qalxın, başqa otağa keçin, beyninizi çox da yormayacaq məşğuliyyət tapın.

Zəngli saatın ertələmə düyməsindən istifadə etmək

Çoxumuz yataqda daha uzun müddət qalmağa çalışaraq hər səhər telefondakı oyanma saatının vaxtını dəyişirik. Amma ekspertlər bunun da yanlış olduğunu, zəng çalan kimi yataqdan durmaq lazım gəldiyini bildirirlər.

Xoruldamağın heç bir zərəri yoxdur

Xoruldamaq orqanizmə zərər vurmaya bilər, amma unutmaq olmaz ki, o, həm də yuxu təngnəfəsliyi xəstəliyinin əlamətidir.

Bu xəstəlik yuxu zamanı boğaz divarlarının yumşalıb daralmasına yol açır və qısa müddətə də olsa, nəfəs kəsintisi yarana bilir. Yuxu təngnəfəsliyi olan şəxslərdə yüksək təzyiq, ürək ritmində nizamsızlıq, ürək tutması və infarkt riskləri artır. Yüksək səslə xoruldamaq da xəstəliyin əlamətlərindən biridir. Robbins son olaraq qeyd edir ki, "səhhətimizi, ovqatımızı yaxşılaşdırmaq, ömrümüzü uzatmaq üçün elə bu gecə edə biləcəyimiz ən vacib şey yuxudur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2034   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.