İdman etməyən qadının 6 səhvi

İdman etməyən qadının 6 səhviİdman salonlarında məşhurların, arıq qızların mükəmməl bədənlərinə baxırsan və başa düşürsən ki, mükəmməl "fiqura" axtarışı onlar üçün çoxdan həyat tərzinə çevrilib. Arıqlamaq üçün saatlarla məşq edən qızlar həmişə gözəl və incə olurlar. İdman etməyənlər orta səviyyədə yeməyə çalışsa da, tez-tez şikayətlənirlər ki, bədənlərini ideal parametrlərə uyğunlaşdıra bilmirlər. Deməli, hardasa səhv edirsiniz və fərqinə varmadığınız vərdişlər var. Demək olar ki, idmanla məşğul olmayan bütün xanımlar bu səhvlərə yol verirlər. Bu yazıda qadınların sağlamlığına zərər verən və köklüyə aparan vərdişlərdən danışacağıq.

Publika.az oxucuları köklüyə səbəb olan 6 səhvlə tanış edir.

1. Suyu az içirsiniz

Hər gün nə qədər su içirsiniz? Çoxları düşünür ki, qəhvə, çay və ya digər içkilərin tərkibindəki maye də bədəndəki su balansını təmin edir, amma bu belə deyil. Buradan müvafiq olaraq ödem və dehidrasiya baş verir. Bu zaman arıqlamaqdan söhbət gedə bilməz. Odur ki, bu vərdişinizi dəyişin, yeməkdən yarım saat əvvəl və ya yemək vaxtı bir stəkan adi su için.

2. Az yuxu

Şəhər həyatı bizi maksimum məhsuldar olmağa məcbur edir, bəzən vacib işlərimizi bitirmək üçün istirahət və yuxudan vaz keçirik. Sutkada ən azı 7-8 saat yatmırsınızsa, bu, orqanizmə son dərəcə mənfi təsir göstərir. Bilirsinizmi ki, gənclik hormonlarının istehsalı yuxuda baş verir? Yuxu rejiminə fikir verin ki, orqanizm eyni vaxtda oyanmağa və yuxuya getməyə, o cümlədən cədvəl üzrə hormonların istehsalına alışsın.

3. Mağazaya siyahısız getmək

İşdən qayıdarkən dükana girib ərzaq məhsulları almağın nəyi pisdir? Amma məlum olub ki, bu pis vərdiş bizi "kortəbii köklüyə" sövq edir. Əhvalınızdan və ya istəyinizdən asılı olaraq, özünüzü sevindirmək üçün qeyri-sağlam yeməklər, süni məhsullar seçə bilərsiniz. Fəstfud, şirniyyat və ya qəlyanaltılar çəkinizə mənfi təsir göstərəcək. Bundan əlavə, bu cür kortəbii bazarlıq cibinizə də ziyan vuracaq. Mağazaya siyahı ilə getsəniz, daha az vaxt sərf edəcək, lazımsız və zərərli şeylər almaq ehtimalını da azaldacaqsınız.

4. Ekran qarşısında qidalanma

Ekran qarşısında yemək demək olar ki, hər kəsin əziyyət çəkdiyi ən zərərli vərdişlərdən biridir. Yaxud, yeməyə vaxtımız olmadığından naharı şirniyyatla ötüşdürməyə çalışırıq. Əslində, belə davranış bizi daha tez-tez yeməyə vadar edir. Nahardan çox keçmədən yenidən aclıq baş qaldırır... Və bu, çəkinin artmasına səbəb olur. İşdən ayrılmağa çalışın və yeməyin dadını, qoxusunu hiss etmək, ondan ləzzət almaq üçün nahara ən azı 30 dəqiqə vaxt ayırın.

5. Kifayət qədər meyvə və tərəvəz yemirsiniz

Vitaminlər ilin istənilən vaxtında orqanizmə lazımdır, onların çatışmazlığı və ya qeyri-kafi miqdarda olması təbii ki, sağlamlığınıza mənfi təsir göstərəcək. Bədənin gəncliyini və gözəlliyini qorumaq istəyirsinizsə, bitkilər ideal olaraq rasionun yarısını təşkil etməlidir. Həm çiy, həm də bişmiş meyvə və tərəvəzləri müntəzəm olaraq yeməyə çalışın. Səhər meyvələrə, axşam isə tərəvəzlərə üstünlük verin.

6. Ağır pəhrizlər

Güzgüdə əksini sevməyən qadının özünü bir çox qidalardan məhdudlaşdırması klassik taktikadır. Əslində pəhrizdə belə bir radikal dəyişiklik bədən üçün güclü bir stressdir. Adi məhsulların əksəriyyətindən imtina stressi yalnız artırır. Buna görə nəticədə hormonal pozğunluqlar baş verir və ya çəki sadəcə dayanır. Çünki bədən ehtiyat üçün hər şeyi yığmağa çalışır, qənaət rejiminə keçir. Tərəvəz və zülalın həcmini artıraraq, lazımsız qidaların miqdarını tədricən azaltmaq daha yaxşıdır. Müntəzəm məşqlərə başlayın, normadan artıq yeməkdən çəkinin və nəticəni görəcəksiniz. Dərinin və əzələlərin boşalma riski daha az olacaq, çünki hər zaman istədiyinizi yeyə bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1408   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xidmetler.AZ - IT, internet, SMM xidmətləri

ın IT, İnternet və SMM bölməsi ən çox baxılan bölmələrdəndir. Xidmətə instaqram və tiktok panel xidməti, 1C proqramı servisi, proqram təminatı, proqramların yazılması, telefon proqramlarının yüklənməsi, oyunların yüklənməsi, mini ATS-lərin quraşdırılması, veb sayt dizaynı, İT support xidməti, mobil əlavələri

25.08.2026 209
.

Quşlar isti ölkələrin istiqamətini haradan bilirlər?

Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər. xarici mediaya istinadən xəbər verir ki, alimlə

23.08.2026 247
.

Zukerberq İrlandiyada 1827-ci ildə tikilmiş qala alıb

"Meta" şirkətinin rəhbəri, milyarder Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə İrlandiyada tarixi qala satın alıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük 1827-ci ildə inşa edilən Strankalli qəsrinin sahibi olub. Uoterford qraflığında yerləşən tarixi mülkün ərazis

23.08.2026 242
.

2026-cı ildə əcnəbilər üçün dünyanın ən yaxşı ölkələri açıqlandı

Yeni qlobal reytinq xaricdə yaşamaq istəyənlər üçün ən əlverişli ölkələri müəyyənləşdirib. Siyahıda həyat keyfiyyəti, yerli cəmiyyətə uyğunlaşma, iş imkanları, şəxsi maliyyə, mənzil və rəqəmsal xidmətlər kimi meyarlar nəzərə alınıb. Qaynarinfo "InterNations Expat Insider 2026" araşdırmasın

24.08.2026 307
.

Ucuz Telefon satışı elanları Tezbazar.Az-da

Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız

21.08.2026 220
.

Evliliyi möhkəmləndirən üsul

Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir. Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb. Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiy

20.08.2026 401
.

Limonu dondurucuda saxlamaq faydalıdırmı? - Çoxlarının bilmədiyi üsul

Limon vitamin C, müxtəlif antioksidantlar və bitki mənşəli faydalı maddələrlə zəngin sitrus meyvələrindən biridir. Son zamanlar sosial şəbəkələrdə limonu donduraraq istifadə etmək onun faydasını artırdığı barədə məlumat yayılır. xarici mediaya əlavə xəbər verir ki, limonu bütöv halda dondurmaq onun qabığ

23.08.2026 239
.

Bill Geyts ABŞ-ın 20 ştatında torpağa sahibdir

"Microsoft"un həmtəsisçisi Bill Qeyts ABŞ-da böyük həcmdə kənd təsərrüfatı torpaqlarına sahibdir. Milyarderin torpaq mülkləri ölkənin təxminən 20 ştatını əhatə edir. xarici mediaya istinadən xəbər verir ki, Qeytsə məxsus ən böyük kənd təsərrüfatı sahələri Luiziana və Arkanzas ştatlarında yerləşir

16.08.2026 279
.

"Mikrob yuvası" olan qab süngəri - Sirkəli suda saxlayın

Mətbəxdə istifadə edilən qab süngəri hər gün yemək qalıqları, yağ və nəmlə təmasda olur. Buna görə də qısa müddətdə çirklənə, xoşagəlməz qoxu verə və mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, süngəri təmizləməyin sadə üsullarından bir

23.08.2026 235
.