Soyuqdəymə və qripdən necə qorunaq? - Ən sadə MƏSLƏHƏTLƏR
Soyuqdəymə və qripdən qorunmaq üçün sadə məsləhətlər koronavirus infeksiyasının qarşısını almağa kömək edə bilər.
BiG.AZ publika.az-a istinadla soyuqdəymə və qripdən qorunmaq üçün aşağıdakı məsləhətləri oxucularının diqqətinə çatdırır.
Qidalanmanı nəzarətdə saxlamalı. "Düzgün qidalanma" anlayışını ifrata varmadan dərk etməli. Bitki və heyvan zülallarından, mürəkkəb karbohidratlardan, sellüloz maddələrdən, faydalı yağlardan kifayət qədər istifadə edilməli. Kifayət qədər su içməli.
Qrip və soyuqdəymə xəstəliklərinin törədiciləri çoxsaylı insanların toplaşdığı qapalı məkanlarda daha tez yayılır. Buna görə də insanların sıx toplaşdığı yerlərdən çəkinmək tövsiyə olunur. Bunu etmək mümkün olmadıqda isə mütləq maskalardan istifadə olunmalı və əl ilə üzə toxunulmamalıdır.
Virus hissəcikləri müxtəlif məişət əşyalarının səthlərində yerləşir. Bu səbəbdən əlləri müntəzəm olaraq sabunla yumaq çox əhəmiyyətlidir, gündə bir neçə dəfə – xüsusilə dərhal küçədən evə qayıtdıqdan sonra.
Asqıran zaman ağzınızı mütləq dəsmalla tutmalı. Yaxşı olar ki, salfetə asqırasınız. Bu mümkün olmadıqda isə ağzınızı dirsəyinizlə örtməyiniz məsləhətdir, çünki əks halda patogen hissəciklər əllərinizə düşərək ətrafa yayılacaq. Salfetdən və dəsmaldan istifadə etdikdən sonra əllərinizi mütləq yumalısınız.
Qonaq getməyin. Əgər kimiləsə şəxsən görüşməyiniz vacibdirsə, təmiz havada görüşməyiniz məsləhətdir.
Qapalı məkanları havalandırın. Ətrafınızı təkcə dezinfeksiyaedici salfetlə silmək kifayət deyil, çünki qrip və soyuq viruslar adətən havada qalır. Tez-tez açıq havada olmağa çalışın. Otağı 10-15 dəqiqəlik ikitərəfli qaydada havalandırın.
Sakitliyə riayət olunmalıdır. Psixoloji gərginlik stress hormonunun konsentrasiyasının artmasına imkan yaradır ki, bu da orqanizmin funksiyalarını, o cümlədən immun funksiyasını boğur. Bu nəticədə xəstələnməyə səbəb ola bilər.
D vitamini qəbul edin. D vitamininin çatışmaması immunitetin zəifləməsinə gətirib çıxara bilər ki, bu da mövsümi xəstəliklərə meyilliliyi artırır. Vitamin almağın ən sadə yollarından biri də açıq havada, günəş altında gəzməkdir. Bununla yanaşı, yumurta sarısı, mal qaraciyəri, kərə yağı, süd, yağlı balıq növləri ilə qidalanmaq çox vacibdir.
Alkoqollu içkilərdən, o cümlədən də soyuqdəymə və qripə yoluxmamaqdan ötrü şərabdan imtina edilməlidir. Alkoqollu içkilərə meyillilik immun sisteminin vacib strukturu olan orqanizmin dentroloji hüceyrələrinin vəziyyətinə mənfi təsir göstərir. Alimlər, alkoqollu içkilərə meyilli insanlarda vaksinlərin zəif effekt göstərməsini məhz bu xüsusiyyətlər baxımından izah edirlər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1525 Tarix: 22 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 299 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 393 Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?
Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında
08.09.2026 412 Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20.09.2026 197 Hansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 246 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 311 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 280 Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23.09.2026 237 Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20.09.2026 244