Stüardessalar niyə qırmızı dodaq boyası sürtürlər? – SƏBƏB

Stüardessalar niyə qırmızı dodaq boyası sürtürlər? – SƏBƏBKeçmiş stüardessa sərnişinlərin həyatını qurtara biləcək qırmızı dodaq boyası sirrini izah etdi. 20 illik iş təcrübəsinə malik keçmiş stüardessa Hizer Pul internet istifadəçilərinin diqqətini stüardessaların parlaq qırmızı dodaq boyası sürtmək ənənəsinə dair gözlənilməz açıqlaması ilə cəlb edib.

Bu haqda Lent.az məlumat verir:

Onun sözlərinə görə, borta bələdçilərinin zahiri görünüşündəki bu detal yalnız estetik deyil, həm də praktik əhəmiyyət daşıyır – bu, bortdakı təhlükəsizlik məsələləri ilə əlaqədardır. "Cruising Attitude" adlı xatirə kitabında Hizer Pul qeyd edir ki, stüardessaların qırmızı dodaq boyası sadəcə geyim kodeksinin bir hissəsi deyil, həm də fövqəladə vəziyyətdə faydalı ola biləcək vacib alətdir. O bildirib ki, təyyarədə panika və səs-küy şəraitində sərnişinlər bəzən ekipajın təlimatlarını eşidə bilmirlər. Belə hallarda onların dodaq hərəkətlərini oxuması xüsusilə vacibdir, qırmızı dodaq boyası isə bu hərəkətləri daha aydın və nəzərəçarpan edir. Stüardessaların özləri arasında qırmızı pomadanın əhəmiyyəti ilə bağlı vahid fikir yoxdur. Bəziləri hesab edir ki, bu, təhlükəsizlikdən daha çox estetik məsələdir. Məsələn, təcrübəli stüardessa Kristina Ekşteyn-Nizkiyə görə, parlaq dodaq boyası – tanınan peşəkar imicin bir hissəsidir. Emirates kimi aviaşirkətlərdə onun istifadəsi rəsmi geyim kodeksi ilə tənzimlənir, hətta xüsusi vizaj kurslarında bu texnikaya öyrədilir. Bəzi stüardessalar, məsələn, Sidney Anizitin, qırmızı dodaq boyasını təhlükəsizlik məsələləri ilə bağlı olduğu fikrini qəbul etmirlər, amma təsdiqləyirlər ki, aviaşirkətlərdə zahiri görünüşə dair tələblər çox sərtdir. Onun sözlərinə görə, makiyajdan istifadə – fövqəladə hallara hazırlıqdan daha çox korporativ üslub elementidir. Lakin o, əlavə edir ki, aviaşirkətlər həqiqətən də obrazın hər detalına – saç rəngindən tutmuş xidməti çantanın modelinə qədər diqqət yetirirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1332   Tarix: 01 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13.11.2026 492
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14.11.2026 258
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14.11.2026 287
.

Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı

Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus

14.11.2026 350
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 312
.

2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı

Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə

14.11.2026 308
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 496
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

11.11.2026 1302
.

Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir

Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl

16.11.2026 537
.