Boyat xörək yemək olarmı? - Orqanizmə zərərləri

Boyat xörək yemək olarmı? - Orqanizmə zərərləriBayram süfrəsini hər kəs zəngin və təmtəraqlı etməyə çalışır, həmin gün üçün çeşid-çeşid yeməklər, növbənöv salatlar və şirniyyatlar hazırlanır. Bayram vaxtı istehlak edilməyən yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır. Lakin mütəxəssislər hesab edirlər ki, dəfələrlə qızdırılıb boyat şəkildə yeyilən yeməklər orqanizmdə bir sıra fəsadlara səbəb ola bilər.

"Medicina" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının hazırladıqları elmi məqalədə bəhs olunur.

Hətta düzgün şəraitdə saxlanılsa da, termiki emal olunmuş qidaların tərkibindəki bitki və ya heyvan mənşəli qida maddələrinin parçalanma prosesi başlayır. Nəticədə isə əvvəlcədən toksiki olmayan maddələr zəhərli maddələrə çevrilir. Bu tip qidaların dadında dəyişiklik isə yalnız onların tərkibinin çox hissəsi korlandıqdan sonra aydın hiss olunur. Ümumiyyətlə, yumurta, balıq, ət, toyuq, göbələk və digər riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalıdır. Əgər həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur.

Əvvəlki gündən qalmış xörəklərdən istifadə istehlakçılar üçün çox vaxt əlverişli ola bilər. Ancaq unutmaq olmaz ki, bəzi xörəklər yenidən qızdırıldıqda insan sağlamlığı üçün təhlükəli olur. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda xörəklərin qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Belə ki, soyuducuya yerləşdirilməzdən əvvəl bişirilmiş xörəklər otaq istiliyinə qədər soyudulmalıdır. İsti halda soyuducuya qoyulmuş qidalar rütubətin artmasına səbəb olduğundan onların tərkibində zərərli bakteriyaların çoxalması sürətlənir. Təzə bişmiş yeməklərdən fərqli olaraq, soyuducudan çıxmış yeməyi qızdırdığımız zaman dadında hiss etdiyimiz dəyişikliyin səbəbi məhz elə həmin mikroorqanizmlərdir. Bundan başqa, qidalar soyuducuda çarpaz çirklənməyə də məruz qala bilir. Bəzi qidalar nə qədər çox saxlanılsa, tərkibində mövcud olan allergen xüsusiyyətli histaminin miqdarı bir o qədər artmış olur. Tərkibində histaminin çox olduğu qidaların istehlakı isə başağrısı, nəfəsalma və həzm sistemi problemləri, eləcə də qaşıntı kimi simptomların əmələ gəlməsinə səbəb olur. Ona görə də boyat olmaması üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Həmçinin bişirilmə tarixini bilinməyən yeməklərdən istifadə olunmamalıdır, çünki bəzi yeməklər daha tez xarab olur. Məsələn, bir müddət saxlanıldıqda keyfiyyəti dəyişən qidalar arasında yumurta istifadə edilərək hazırlanan məhsullar (mayonez və s.) var. El arasında belə bir fikir də var ki, "boyat plov daha dadlıdır". Lakin boyat plovun yenidən isidilərək istehlak edilməsi də sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə də onun tərkibindəki "Bacillus cereus" bakteriyalarının sağ qalma ehtimalı yüksək olur. Plov düzgün bişirilmədikdə və ya saxlanılmadıqda həmin bakteriyanın inkişafına əlverişli şərait yaranmış olur. İnkişaf edən bakteriyalar tərəfindən sintez olunan toksinlər nəticədə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb olur. Yeri gəlmişkən, əksər hallarda qoxulamaq və ya dadmaqla yeməklərin xarab olub-olmadığını müəyyənləşdirməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın qoxusunu və dadını korlamadan da çoxala bilir. Dəniz məhsulları, süd və süd məhsulları, tortlar və şirniyyatlar da qida zəhərlənməsinə səbəb olan mikroorqanizmlər və onların toksinlərinin daşıyıcısı sayılır. Ona görə də həmin qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.

Həmçinin bəzi qidaların isidilərək yenidən istehlakı tövsiyə olunmur. Məsələn, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak edilməlidir. Toyuqdan hazırlanmış yeməklərin yenidən isidilməsi zülal tərkibinin dəyişilməsinə səbəb olur və nəticədə həzm prosesinin pozuntusuna aparıb çıxarır. Yumurta qaynadıldıqdan və ya müxtəlif üsullarla bişirildikdən sonra yenidən isidilərsə, qida zəhərlənməsi ilə nəticələnə bilər. Xüsusilə də tərkibində yumurta olan bir sıra sousların və ya yumurta ilə ədviyyatlı yeməklərin yenidən qızdırılması tövsiyə olunmur. Göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirir və həzm sistemində problemlər yaradır. Göbələk bişəndən sonra soyuq şəkildə də istehlak edilə bilər. Kartof da təzə bişmiş halda istehlak edilməlidir. Bişmiş kartof otaq temperaturunda uzun müddət saxlanıldıqda botulizm xəstəliyinə səbəb ola bilər. İspanaq bişdikdən sonra dərhal istehlak edilməlidir, çünki onun yenidən isidilməsi zamanı ispanağın becərilməsində istifadə olunmuş nitrat qalıqları daha zəhərli maddə olan nitritlərə çevrilir. Xüsusilə də uşaqlara ispanaqdan hazırlanmış yeməklər verilərkən daha diqqətli olmaq lazımdır. Çuğundur və kərəvizin də bişirildikdən dərhal sonra istehlak edilməsi tövsiyə olunur.

Boyat qidalar kimi, boyat çayın da orqanizmə ziyanı var, çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur. Dəmləndikdən sonra uzun müddət saxlanılmış çayın tərkibində bakteriya və göbələklər inkişaf edir. Bu da mədə turşuluğunun dəyişməsinə və ürək problemlərinə səbəb olur. Həmçinin boyat çayın istehlak edilməsi orqanizmdə su mübadiləsinə mənfi təsir edir və bu da bağırsaqların funksiyasının pozulmasına və qəbizliyə aparıb çıxarır. Boyat çayın zərərlərindən biri də orqanizmdə dəmirin mənimsənilməsinin azalmasına səbəb olmasıdır. Bu, orqanizmdə qanazlığı və qanazlığı ilə əlaqədar digər xəstəliklərin yaranmasına aparıb çıxarır. Boyat çayın yenidən qaynadılması tərkibindəki antioksidantların məhvinə səbəb olur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1454   Tarix: 05 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.