Azərbaycanlı gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEO

Azərbaycanlı gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEO27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 44 gün davam edən müharibə nəticəsində, şəhid və qazilərin qanı və canı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu, düşmən tapdağında qalan torpaqlarımız azadlığa qovuşdu və 30 illik həsrətə son qoyuldu. Bizlərə bu xoşbəxtliyi bəxş edən, eləcə də əmin-amanlığımız üçün canını verən bütün şəhidlərimizin haqqı ödənilməzdir. Hər kəs bacardığı qədər onlara hörmətini bildirməyə çalışır.

BİG.AZ-ın haqqında danışacağı 27 yaşlı Tural Səlimzadə də rəssamlıq istedadı ilə onların xatirəsini özünəməxsus tərzdə əbədiləşdirir.

Azərbaycanlı gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEOBelə ki, əslən kəlbəcərli olan, hazırda Göygöldə yaşayan rəssamımız ölkənin müxtəlif bölgələrindəki şəhid ailələrinin qonağı olub, evlərinin divarlarında qəhrəmanlarımızın portretini çəkir.

Onun həvəslə yaratdığı əl işlərinə heyrətlənməmək olmur. Portretlərin hazırlanması bəzən iki gün vaxtını alır. Rəssam bu işi sifarişlə ofis, restoran və digər məkanlarda da edir.

Tural çəkdiyi rəsmləri özünün "İnstagram" səhifəsində paylaşaraq, hər şəhid haqqında məlumat verməklə də onları insanlara tanıtmağa çalışır. O, bu işə müharibə dönəmində Polad Həşimovun portretini çəkməklə başladığını qeyd edir.

Bu yaxınlarda doğma yurdu Kəlbəcərdə olan Səlimzadə səfərlə bağlı paylaşımında bu sözləri yazıb:

"Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdi.

Bu gün biz rahat-rahat torpaqlarımıza ayağımızı qoyuruqsa, onlara və qazilərə borcluyuq. Sizlərin haqqı ödənməzdir. Hər zaman sizləri yaşatmaq bizlərin borcudur.

Bu Vətən torpağın qara bağrında sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca onun uğrunda özünü tarixə verənlərindir.

Bayrağı sancan oğullar sancdı. Ora getmişəmsə də, qonaq olduğum yerdə uğrunda canlarını fəda verdikləri bayrağı çəkməyə bilməzdim".

Turalın əl işlərini, onların yaranma prosesini əks etdirən foto və videoları təqdim edirik:

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1863   Tarix: 18 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.