Balqabaq tumu kişilərə ya qadınlara daha çox faydalıdır?

Balqabaq tumu kişilərə ya qadınlara daha çox faydalıdır?Təbii möcüzə: Balqabaq tumunun insan orqanizminə faydaları nədən ibarətdir?

Lent.az xarici KİV-ə istinadən bu faydaları sizə təqdim edir:

1- Xəstəliklərə qarşı mübarizə aparan antioksidantlar baxımından zəngindir.

Balqabaq tumunun tǝrkibindǝ hüceyrələrimizi xəstəliklərə səbəb olan zədələrdən qoruyan və bədənimizdəki iltihabı azaldan bir çox antioksidant var. İltihab əleyhinə önəmli xüsusiyyətlərə malik olan balqabaq tumu, qaraciyər, sidik kisəsi, bağırsaq və oynaqların sağlamlığı üçün istehlakı məsləhət olunan qidalar arasında iştirak edir.

2- İmmun sistemini gücləndirir

Balqabaq tumları tərkibindəki E vitamini və sink sayəsində immunitet sistemimiz üçün faydalıdır. Sink bədənimizi iltihabdan, allergiyadan və mikroblardan qoruyaraq infeksiyaların qarşısını alır və ümumi immuniteti artırır.

3-Çəkini nəzarətdə saxlayır

Tərkibində sink, kalsium, zülal və lif olan balqabaq tumlarının tǝrkibindǝki protein miqdarı digər bitkilərlə müqayisǝdǝ daha çoxdur. Bu da toxluq hissi verdiyi üçün idarəli şəkildə, yǝni gündǝ bir ovuç istehlak edilirsǝ arıqlamağa kömək edǝr. Tərkibindəki liflər isǝ bağırsaqlardakı toksinləri təmizlər və yağın orqanizm tərəfindən udulmasına mane olur. Bu xüsusiyyǝtlǝrinǝ görǝ az kalorili pəhriz saxlayanların çərəz olaraq balqabaq tumuna üstünlük vermələri məsləhətdir.

4- Ürək sağlamlığını yaxşılaşdırır

Maqnezium, kalium və sağlam yağ turşuları baxımından zəngin olan balqabaq tumunun və xüsusilə də yağının ürək sağlamlığını yaxşılaşdırdığı və Koronar arteriya xəstəliyi riskini azaltmağa kömək etdiyi sübut edilib. Yağı, yetkinlərdə HDL xolesterinin səviyyəsini artırır, qan təzyiqini aşağı salar. Qan damarlarını genişləndirǝrǝk qan axınını artırır.

5- Qan şəkərini balanslaşdırır

Balqabaq tumunun ən əhəmiyyətli faydalarından biri qan şəkərini tənzimləməsidir. Tərkibindəki maqnezium qan şəkərinin səviyyəsini tənzimləyərək diabet riskini azaldır.

6- Yuxu keyfiyyətini tənzimləyir

Yatmazdan əvvəl bir ovuç balqabaq tumu yemək yuxu keyfiyyətinin artmasına kömək edər. Bunun səbəbi isə tərkibindəki triptofandır.

7- Prostat və sidik kisəsinin sağlamlığını yaxşılaşdırır

Balqabaq tumu tərkibindəki antioksidantlara, yağ turşularına və sinkə görə, xüsusilə kişilərdə prostat sağlamlığını yaxşılaşdırır.

Prostat vəzinin xoşxassəli böyüməsindən əziyyət çəkən kişilərdə simptomları azaltdığı və həyat keyfiyyətini artırdığı bilinir.

7-Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır

Balqabaq tumu antioksidant baxımından zəngin olduğu üçün xərçəngin qarşısını alır və xərçəng hüceyrələrinin inkişafına, o cümlǝdǝn yayılmasına qarşı mübarizə edǝr. Bu xüsusiyyətləri səbəbindən döş xərçənginin qarşısının alınmasında və müalicəsində təsirli ola biləcəyinə dair elmi araşdırmalar aparılır.

8-Qidalanma

Balqabaq tumu yaraların sağalmasında əhəmiyyətli rol oynayan manqan və K vitamini başda olmaqla immunitet sisteminin bakteriya və viruslara qarşı mübarizə aparmasına kömək edən sink baxımından da zəngindir.

9- Polikistik yumurtalıq sindromu üçün faydalıdır

Bəzi araşdırmalar, balqabaq tumunun hormonal tarazlığı bərpa edərək, polikistik yumurtalıq sindromunu yaxşılaşdırdığını ortaya qoyub. Balqabaq tumu eyni vaxtda saç tökülməsinin qarşısını alır və osteoporoz ehtimalını azaldır. Qadınlarda xolesterinin aşağı düşməsinə kömək edir.

10- Sidik kisəsinin funksiyasını yaxşılaşdırır

Həddindən artıq aktiv sidik kisəsinin simptomlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır və sidik disfunksiyasının azalmasına kömək edir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1709   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.