Bakıdakı binalar zəlzələyə nə dərəcədə dözümlüdür? - AÇIQLAMA

Bakıdakı binalar zəlzələyə nə dərəcədə dözümlüdür? - AÇIQLAMAXəbər verdiyimiz kimi, fevralın 6-sında Türkiyənin cənub-şərqində 7,4 maqnitudasında güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 3 381-ə nəfərə çatıb, 20 426 nəfərə yaralanıb. Qeyd edək ki, qardaş ölkədə bir neçə dəfə baş verən yeraltı təkanlar nəticəsində yaranan dəhşətli rəqəmlər durmadan artaraq yenilənir. Eyni zamanda 5 775 binanın dağıldığı, 11 302 bina barədə isə dağılma məlumatının verildiyi bildirilib. Zəlzələ anından olan görüntülərdə isə binaların göz qırpında uçaraq dağıldığı görünür. Minlərlə binanın yeraltı təkanlara tab gətirməməsi insanlarda çoxmənzilli binaların taleyi ilə bağlı suallar yaradıb. Söhbət təksə Türkiyədən getmir. Dünyanın demək olar ki, bütün ölkələrində yeni tikililərin sayı artır.

Bəs Azərbaycanda inşa olunan yeni tipli hündürmərtəbəli binaların zəlzələyə dayanıqlığı hansı səviyyədədir?

Məsələ ilə bağlı daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov BiG.AZ-a açıqlamasında bildirib ki, Azərbaycanda 2006-2007-ci illərdən sonra tikilən yeni binalar dövlətin ciddi nəzarəti altında inşa olunub və davamlı olaraq binaların dağıntılara dayanıqlılığı, konstruksiya hissələri seysmik baxımdan tələblərə və normativlərə uyğun olmasına nəzarət var:

"Bizim yaşayış fondumuzun əksər hissəsi fərdi evlərdən ibarətdir. Qalan hissəsi isə çoxmənzilli binalardır. Fərdi evlərdən bu kimi risklər daha azdır. O ki qaldı çoxmənzilli binalara, düzdür, ilbəil yeni tikilən binaların sayı artır. Artıq ölkədə 1800-ə yaxın çoxmənzilli yeni binalar inşa olunub. Ölkədə yeni binaların inşası 2000-ci ildən sonra başlayıb. Əksər hissəsi də ki 2006-2007-ci ildən sonra inşa olunub. Həmin illərdən etibarən ölkədə inşa olunmuş yeni binalar dövlətin ciddi nəzarəti altında tikilib. Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət üzrə müvafiq qurumu və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu yeni binalar inşa olunduqca binanın hər mərtəbəsində nümunələr götürülüb yoxlanılır. Daha rəsmi tərəfi odur ki, dövlət Konstitusiyadan irəli gələn tələblərə uyğun olaraq binaların layihələndirlməsində ciddi nəzarət edir. Yəni layihələndirmə işləri və konstrusksiya hissəsinə nəzarət olunur. Buna da Fövqəladə Hallar Nazirliyində ekspertiza bölmələri tərəfindən yoxlanılır ki, orada binaların dayanıqlılığı, konstruksiya hissələri seysmik baxımdan tələblərə və normativlərə uyğun olsun.

Türkiyədəki kimi risklər bizim ölkədə demək olar ki, yoxdur. Yəni 2006-cı ilə kimi az sayda inşa olunmuş binalarda kiçik bir ehtimal var ki, təhlükəli bina olsun. Onlar da ki əgər hər hansı bir risk olubsa bu kimi binalar dövlət tərəfindən istismara qəbul olunmayıb. Amma sovet höküməti dövründə bildiyimiz kimi, köhnə yaşayış fondunda güclü nəzarət olub. Orada hamısı layihə institutları tərəfindən yoxlanılaraq inşa olunub. Tək-tək halda köhnə vaxtda inşa olunmuş şəhərdə olan istismar müddəti bitmiş binalar var. Ümumilikdə bu dərəcədə bizdə nəzarət var. Binaların armaturu və digər materialları tikinti tələblərə uyğundur. Elə bir problem yoxdur".

Ekspert bildirib ki, seysmoloji amillər yüksək olsa da, Türkiyədəki binaların zəlzələyə davamlılığı yoxdur:

"Türkiyədə dövlət nəzarəti zamanla zəif olub. Hətta tez tapmaq məqsədilə ucuz materiallardan istifadə edirdilər. Belə halları inkar etmirəm. Ən çox da böyük şəhərlərdə yox, regionlarda bu kimi hallar daha çox baş verib. Yəgin ki, bu da səbəblərdən biridir. Amma bunu tam əminliklə demək olmaz. Burada digər hallar var ki, bu da seysmoloji amillərlə əlaqəlidir. Zəlzələ nəticəsində dalğaların hansı formada binalara təsir etməsi kimi məsələlər var. Binaların konstruksiya mərhələsi və keyfiyyət məsələsi də ola bilər. Binalarda spesifik dayanıqlılığı üçün əlavə seysmik pərdələr verilir. Yəni bunlar olub ya olmayıb araşdırılmalıdır. Azərbaycanın inşaat sahəsində bunlar mütləq qorunub saxlanılır. Yəni bizim binaların hamısının tikintisi zamanı həmin növ seysmik pərdələr olub".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2004   Tarix: 07 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 173
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.