Marketlərin "endirim" oyunu: Müştəri nə etməlidir?

Marketlərin "endirim" oyunu: Müştəri nə etməlidir?Bəzən qəbzdə bir məhsul iki dəfə vurulur, almadığın məhsul siyahıya əlavə olunur. Son vaxtlar ən çox yayılan variantlardan biri də "endirim" adı ilə edilən fırıldaqçılıqdır. Belə ki, malın qiyməti piştaxtada bir cür göstərilir, kassada isə daha baha qiymət hesablanır.

Ticarət sahəsində həm düşünülmüş, həm də illər ərzində işlənib hazırlanmış "fəndlər" var. Nağdsız ödənişlərin geniş yayıldığı 21-ci əsrdə belə, istehlakçı (alıcı) marketlərdə aldadılma halları ilə qarşılaşır.

"Kaspi" qəzeti sözügedən problemin səbəblərini araşdırıb:

Hamımızın rast gəldiyi köhnə və yeni hiylələr

Bəzən qəbzdə bir məhsul iki dəfə vurulur, almadığın məhsul siyahıya əlavə olunur, qəbzin qismən pozulması, məhsulun üzərində ştrix-kodların dəyişdirilməsi və ya təhrif edilməsi, qəbzin "ləğv edilməsi", ƏDV almaq üçün fiskal İD-nin oxunmaması və s. kimi hallarla qarşılaşırıq. Ən çox yayılan variantlardan biri də "endirim" adı ilə edilən fırıldaqçılıqdır.

Üzləşdiyimiz "endirim" saxtakarlığı

Təbii ki, biz hamımız Alan Pinkerton kimi detektiv deyilik, mağazaya məhsul almaq üçün gedirik, hiyləgər aldatma sxemlərini araşdırmaq üçün yox. Amma aldadılma mütəmadi baş verəndə narazılıq bildirməyə, nəticəsi olmayanda əlaqədar qurumlara müraciət etməyə məcbur oluruq.

Elə bu günlərdə super market şəbəkələrindən birində qarşılaşdığmız hadisə kimi. Şəhərin mərkəzindəki marketlərin birində 39 qəpiyə təklif edilən yoqurta kassada 45 qəpik çıxıldı, həmkarımın aldığı vitrində 1 manat 95 qəpiyə təklif edilən içkiyə görə qəbzdə 2 manat 55 qəpik qeyd edildi. Hər iki halda kassa arxasındakı nəzarətçiyə və adminstratora edilən şikayət isə özlərinə sərf edən "əsaslandırma" ilə qarşılandı.

Faktla bağlı materiallar məhkəməyə göndərilib

Tez-tez qarşılaşdığımız problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ümumilikdə müştərilərin aldadılamsı ilə bağlı elektron müraciət etdik. Sübut üçün qiymət etiketinin şəkli və qəbz də təqdim edildi. Müraciətimizə belə bir cavab aldıq: "Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin18.5-ci maddəsinə əsasən, iş üzrə toplanmış materiallar baxılmaq üçün məhkəməyə göndərilib". Xidmətin rəis müavini Elnur Bağırov cavab məktubunda "İstehlakçıların qiymətdə aldadılması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlərlə əlaqədar araşdırmalar aparılır. Müraciətlərə yetərli faktlar olduğu halda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür", - deyə qeyd edib.

Market rəhbərləri üzr istədilər, amma...

Hər iki marketin rəhbərliyi də öz növbəsində telefon açaraq vəziyyətlə bağlı hansısa anlaşılmazlığın olduğunu izah etməyə, daha doğrusu, özlərini təmizə çıxarmağa çalışdılar və sonda müştəri məmnuniyyətinə "loyallıq" nümunəsi olaraq üzr istədilər.

Təəssüf ki, nə Antiinhisar Xidmətinin cərimə tətbiqləri, nə də market rəhbərlərinin üzrxahlığı mənzərəni dəyişir. Müştərilər marketlərdə analoji vəziyyətlə demək olar ki, hər gün qarşılaşırlar. Elə isə, istehlakçılar "ağıllarından kənar" alış-verişdən, göz-gözə aldanmaqdan qorunmaları üçün marketoloqların hiylələrini necə müəyyənləşdirməlidirlər?

Müştəri həmişə haqlıdırmı?

Millət vəkili Vüqar Bayramov hesab edir ki, bu cür yanaşmalar bütövlükdə qanuna ziddir. Belə ki, "İstehlakçıların hüquqlarının qorunması" haqqında qanuna görə, istehlakçıya fərqli qiymətlər təklif oluna bilməz: "Qiymətin bir cür göstərilməsi, eyni zamanda fərqli qiymət çıxılması istehlakçının aldadılması anlamına gəlir. Bu o deməkdir ki, faktiki olaraq istehlakçı aldadılır". Millət vəkili istehlakçıları xəbərdar etdi ki, vətəndaş belə vəziyyətlə üzləşəndə istehlakçıların hüquqlarının qorunması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında səlahiyyətli quruma müraciət edə bilər: "Qurumun vəzifəsi bu cür hallara birbaşa reaksiya verməkdir. Eyni zamanda, vətəndaşın belə halda məhkəməyə müraciət etmək və ona dəymiş ziyanı tələb etmək hüququ da var. Bütün hallarda biznes etikası baxımından belə halların olması arzulanan deyil. Vacibdir ki, supermarketlər etik prinsiplərə əməl etsin və istehlakçıları aldatmasınlar".

Qəbzdəki qiymətlə piştaxtadakı qiymət fərqi

İqtisadçı-marketoloq Seymur M.Quliyev də oxşar problemlə qarşılaşdığını deyir: "Eyni hadisə mənim də başıma gəlib. Piştaxtada "endirimli" qiymət yazılan məhsula kassa qəbzində başqa qiymət yazılıb. Müraciət etdikdə "etiketdə qiymətdə səhv vurulub" deyə bildirildi". Ekspert bildirir ki, əgər kassa qiyməti ilə piştaxtadakı qiymət arasında fərq varsa, müştərinin ən ucuz olan qiyməti ödəməyə haqqı var: "Bunları təsdiqləmək artıq marketin biznes səbətindən asılıdır. Amma bu, yazılı bir qanun deyil. Beynəlxalq şəkildə qəbul olunmuş müştərilərlə davranma etikasıdır. Yəni arada fərq varsa, müştərinin seçim etmək imkanı var. Müştəridən endirimli olmayan qiymət çıxılırsa və o, bundan gec xəbər tutursa, 14 gün ərzində məhsulu geri qaytara bilər. Market ödəməyəndə müştəri əlaqədar qurumlara şikayət edə bilər. Hər şey qanunvericilik çərçivəsində həll olur". Ekspertin fikrincə, böyük marketlərdə problemin həllinə haradasa nail olmaq mümkündür. Bəzi kiçik, lokal marketlərdə isə belə məqamlarda çətinlik yaşanır: "Bir hadisə baş verirsə, onun üçün zəmin yaranır. Problemin aradan qaldırılması üçün Antiinhisar Xidməti mütəmadi monitorinq edə və aradakı fərqi üzə çıxara, müəyyən tədbirlər görə, cərimələr tətbiq edə bilər. Marketlər bəzi hallarda qanunvericilikdən sui-istifadə edirlər. Müvafiq icra orqanları nəzarəti daha da gücləndirə bilərlər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1212   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.