Kirayələrdə yaşadı, günlərlə çörək tapmadı, övladı olmadığı üçün ailəsi dağıldı - Xalq artistini kim şantaj etmişdi?

Kirayələrdə yaşadı, günlərlə çörək tapmadı, övladı olmadığı üçün ailəsi dağıldı - Xalq artistini kim şantaj etmişdi?BiG.AZ Kulis.az-a istinadən aktrisa, Xalq artisti Firəngiz Mütəllimova haqqında maraqlı faktları təqdim edir.

Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən şuşalıdır. Ailədə üç bacı, bir qardaş olublar. Valideynləri onun aktrisa olmağını istəməyib.

1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.

***

Teatrda fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Ancaq iş elə gətirib ki, ailə həyatı ilə bağlı bir müddət teatrdakı işindən ayrılıb. 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.

Aktrisa "Qılınc və qələm", "Əliqulu evlənir", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Mahnı dağlarda qaldı", "Şeyx Xiyabani", "Tənha iydə ağacı", "Həyatın dibində", "Qanlı Nigar", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Almaz" tamaşalarında bir-birindən maraqlı rollar ifa edib. Xalq artisti "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi" (Sərvinaz), "Qocalar, qocalar" (Leyli), "Bəyin oğurlanması" (Telli), "İşarəni dənizdən gözləyin" (Sona), bədii filmlərində, "Mənim ağ şəhərim" (Ana), "Şərəf" (Mila xanım) filmlərdə aparıcı rollar oynayıb.

***

Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova övladı olmadığına görə bu evliliyə öz istəyi ilə son qoyub. Bu haqda o, müsahibələrinin birində deyir:

"Ailə həyatı qurdum, amma övladım olmadığına görə ayrıldım. Allahın işinə qarışa bilmərəm. Övladımın, ailəmin olmaması alın yazımdır və həyatda başqa şeylər də yaşaya bilərdim. Bu sənət təkcə öz şəxsi həyatımı əlimdən alıb. Bəlkə də vaxtında ailə qursaydım, övladım olardı. Allaha qurban olum, nələrisə əlimdən aldı, nələrisə verdi. Mənim həyat qurmağa vaxtım çatmadı. Birdən-birə ardıcıl olaraq gündə 4 tamaşa məşq edirdim. O vaxt evim yox idi, kirayədə qalırdım. Bəzən iki-üç gün çörək tapmadığım vaxtlar olub. Belə şəraitdə kiminləsə görüşüb ailə qurmağa nə şərait vardı, nə də vaxt. İnanın ki, filmlərə də çəkilməyə vaxt tapmırdım. O qədər filmlərin çəkilişlərindən imtina etmişəm ki... Bəzən olur ki, aktrisa olmağıma acığım tutur. Görürsən, sənə elə söz göndərirlər ki, lap ətin tökülür. Bəziləri elə bilirlər ki, ciblərində bir az pulları varsa, deməli, kişidilər. Kişilik başqa şeydir, pulla ölçülə bilməz. Bəzən elə əsəbiləşmişəm ki, hətta bu teatrdan çıxıb getmək istəmişəm. Amma getməmişəm".

***

Aktrisa "Topal Teymur", "Yad qızı" televiziya tamaşalarında iştirak edib. Ancaq ona ən böyük uğuru 1981-ci ildə çəkilən "Səni axtarıram" tamaşasındakı Gülnar rolu gətirib. Tamaşada Xalq artisti Yaşar Nuri ilə tərəf müqabili olan aktrisa sonralar müsahibələrinin birində bu haqda deyir:

"İnsanların sevgisinin "Gülnar" obrazına, yoxsa Firəngizə olduğunu anlamırdım. Bir növ şübhə altında qaldım. "Gülnar" məni insanlardan uzaqlaşdırdı. Bir gecədə məşhurlaşdım. Onda mənim 21 yaşım vardı. Gecəni Firəngiz kimi yatıb, səhər Gülnar kimi ayıldım. Xeyli tamaşaçı sevgisi qazandım, indiyə qədər də mənə "Gülnar" deyirlər. Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi. "Gülnar"ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya "Gülnar"ı? Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də. İndiki ağlım olsaydı, "Gülnar"ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım".

Bu tamaşadan sonra tamaşaçılar Yaşar Nuri ilə aktrisanı bir-birinə yaraşdırmağa başlayırlar. Onların sevgili olması haqqında şayiələr artmağa başlayır. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım müsahibələrinin birində həyat yoldaşının Firəngiz xanımı sevdiyini deyəndən sonra Firəngiz xanım məsələyə belə münasibət bildirir:

"Nə bilim, vallah, Yaşarı mən həddindən artıq çox istəyirdim. Əslində, o mənim gənclik sevgim olub. Amma özü mənə heç vaxt deməyib ki, səni sevirəm. Biz çox yaxın dost olmuşuq. Mən onun yalnız Rəhimə xanımı sevdiyini bilirəm. Doğrudur, qastrol səfərlərində olanda həmişə məni qoruyub, orda oturma-burada otur, filan, mən də bunu bir böyük qardaş kimi etdiyini düşünmüşəm. Sözün düzü Rəhimə xanım da sağ olsun, heç vaxt bizi qısqanmayıb. Hər dəfə mən onlara gedəndə gülə-gülə deyirdi ki, Yaşar sevgilin gəldi. Biz sadəcə çox yaxın dost olmuşuq, bəlkə də Rəhimə xanım bunu nəzərdə tutub".

***

Bu tamaşadan sonra aktrisaya çoxsaylı tamaşaçı məktubları gəlməyə başlayır. Firəngiz xanım həmin günləri belə xatırlayır:

"O vaxtlar mobil telefonlar olmadığına görə, məktublar alırdıq. Dəqiq deyə bilərəm ki, həmin dövrlərdə teatrda ən çox məktub alan aktrisa mən idim. Hər gün mənə ən az onlarla məktub gəlirdi. Tamaşaçılardan, pərəstişkarlarımdan cürbəcür məktublar gəlirdi. Sevgi məktubları da alırdım. Onların hamısı mənim üçün çox maraqlı idi. Onları yığıb-toplamışdım. Hətta yaxın müddətə qədər saxlayırdım. Sonra evdən-evə köçəndə bəzi kitablarımla birgə o məktublar da yoxa çıxdı. Mənim manyak pərəstişkarım olmayıb, amma bir dəfə məni şantaj etmək istəyirdilər. Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb".

2013-cü ildə aktrisanın səhhəti qəfildən pisləşir, başında kəskin ağrılar yaranır. Bakıda müayinələrdən keçən aktrisaya həkimlər Türkiyəyə getməyi məsləhət görürlər. Əməliyyat keçirməli olan aktrisa orada rəsmi sənədə sənədlərə imzalayır atır. Bu imza ilə aktrisa əməliyyatdan sağ çıxmamaq ehtimalının olmasını anlaqlı şəkildə qəbul edir. Ancaq əməliyyat uğurlu keçir, Firəngiz xanım sağ-salamat Bakıya qayıdır.

***

Hazırda Dram Teatrında fəaliyyət göstərən aktrisa 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1415   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.