"LANDAU School"da NARAZILIQ: illik qiymətləri artırdı - 13 min AZN
Bakıda "LANDAU School"da təhsil haqqının 2023-2024-ci təhsil ili üçün artırılması ciddi narazılığa səbəb olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, valideynlər bu qərarla razılaşmayıb və məktəb rəhbərliyinə narazılıqlarını bildiriblər. Onlar qiymətlər endirilməyəcəyi halda övladlarını başqa məktəblərə aparacaqlarını deyiblər.
"LANDAU School"un İdarə Heyəti valideynlərin narazılığını başqa bir yolla həll etməyə çalışsa da, bu da onları qane etməyib. İdarə Heyəti tərəfindən qərar verilib ki, əvvəllər hər sinifdə 18 şagird təhsil alırdısa, onların sayı 20-21 nəfərə yüksəldilsin. Rəhbərlik şagird sayını artırmaqla təhsil haqqını müəyyən qədər aşağı salmağı planlaşdırır.
Bundan başqa qərar verilib ki, 2024-2025-ci tədris ili üçün təhsil haqqı artımı olarsa, hazırkı şagirdlər üçün maksimum 500 AZN-ə qədər olacaq. Bu bənd müqavilənin əlavəsində də qeyd ediləcək.
Hazırkı təhsil ilində təhsil haqqları 1-4 siniflər üçün 7300 (hissəli ödəniş 7600 manat), 5-11 siniflər üçün 8800 (hissəli ödəniş 9200 manat) olub.
Dəyişikliklərdən sonra 2023-2024-cü tədris ili üçün birdəfəlik təhsil haqqı ödənişi aşağıdakı kimi təyin edilib:
1-4-cü siniflər 8,000 AZN (hissəli ödəniş olduqda 8,400 AZN)
5-7 siniflər 9,300 AZN (hissəli ödəniş olduqda 9,700 AZN)
8-9 siniflər 9,900 AZN (hissəli ödəniş olduqda 10,400 AZN)
10-11 siniflər 10,000 AZN (hissəli ödəniş olduqda 10,500 AZN)
10-11 siniflər xüsusi ixtisaslar üzrə 12,500 AZN (hissəli ödəniş olduqda 13,000 AZN)
Valideynlər ən çox hissəli ödənişlərə üstünlük verdiyindən 1-4 siniflər üçün 1100 manat, 5-7-ci siniflər üçün 900 manat, 8-9 siniflər üçün 1100 manat, 10-11 siniflər üçün 1700-3100 manat arası qiymət artımı qeydə alınıb.
"LANDAU School" İdarə Heyəti təhsil haqqlarının artırılmasına səbəb kimi ölkədə baş verən qiymət artımını əsas gətirib.
Məsələ ilə bağlı "LANDAU School"un da mövqeyini dərc etməyə hazırıq.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3210 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 238 Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 233 Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"
05.11.2026 221 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 269 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 219 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
05.11.2026 237 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
05.11.2026 241