Cinayət işi: Gənc oğlan məktəbli qızı gecə yarımçıq tikiliyə apardı – TƏFƏRRÜAT

Cinayət işi: Gənc oğlan məktəbli qızı gecə yarımçıq tikiliyə apardı – TƏFƏRRÜATBakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 24 may 2022-ci ildə, gecə saat 1 radələrində rayonun Şağan qəsəbəsində, yeni yaşayış sahəsində baş verib.

Məmməd tikilinin içərisində olan otaqda heç bir zor tətbiq etmədən əvvəlcə on dörd yaşına çatmayan 2010-cu il təvəllüdlü Ləmanla könüllü olaraq dodaqlarından, boynundan öpüb, daha sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2020-ci ildə orta məktəbin 9-cu sinifini bitirib: "Lakin sonradan məktəbə getmədim. Ləmanı təxminən 2022-ci ilin may ayının 9-10 tarixindən tanımışam. Ləman orta məktəbin 6-cı sinif şagirdi olub. Onunla "WhatsApp"da yazışmışıq".

"Bildirdim ki, gəl, haradasa görüşək"

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 23-də saat 18 radələrində Ləmanla "WhatsApp" vasitəsi ilə yazışıb: "Bildirdim ki, gəl, haradasa görüşək. Razılıq əsasında həmin günü Mərdəkan qəsəbəsində yerləşən "Günel" ticarət mərkəzinin yaxınlığındakı parkda görüşərək gəzişdik. Söhbət zamanı Ləman bildirdi ki, onun üçün bir günlük ev tapım, orada qalsın, evə getməsin. O, həmin evdə yaşamaqla özü bildiyini edəcəyini dedi.

Bu əməlin düzgün olmadığını, belə etməməsini nə qədər bildirsəm də, fikrindən çəkinmədi. Hətta bildirdi ki, evə getmiş olsa, atası onu öldürəcək. Mən dükandan su, şirniyyat aldım. Biz bir qədər birlikdə gəzdikdən sonra Ləmanı öz evlərinə aparmaq fikrinə düşdüm.

Bir neçə dəfə cəhd etdim ki, Ləmanı evlərinə yola salım. Hər dəfə məhəllələrinə çatar-çatmaz qışqırırdı ki, özünə nəsə edəcək. Hətta təklif etdim ki, gəl gedək, atanı mən başa salacam. Buna baxmayaraq, yenə də razılıq vermədi".

"Öpmüşəm, amma cinsi əlaqədə olmamışam"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Ləmanı öz evlərinə aparmağı, anası Əslinin Ləmanın valideynləri ilə danışmasını istəsə də, qız buna razı olmayıb: "Mən məcbur qalaraq Ləmanı Şağan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən köhnə tikiliyə apardım ki, heç olmasa həmin tikilidə qalsın, orada gecələsin.

Orada yalnız Ləmanın boğaz və dodaq nahiyəsindən öpmüşəm. Onunla hər hansı cinsi əlaqədə olmamışam".

Məmməd bildirib ki, mayın 24-də saat 8 radələrinədək Ləmanla birlikdə həmin boş evdə bir yerdə qalıblar: "Səhəri isə saat 8 radələrində yenə də məcburi halda Ləmanı yaşadığı evə apardım. Daha sonra bizi polis əməkdaşları Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə dəvət etdilər".

"Mənimlə görüşmək istədiyini bildirdi"

Zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, hadisədən təxminən 1 ay əvvəl Məmmədi tanıyıb:
"Məmmədi bacısı Sevilin vasitəsi ilə tanımışam. Onunla təxminən mayın 23-dən 14-15 gün qabaq telefonla "WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmışıq. Mayın 23-də saat 18 radələrində Məmməd mesaj yazaraq mənimlə görüşmək istədiyini bildirdi.

Mən əvvəlcə razılıq verməsəm də, Məmməd bacısının da yanında olduğunu dedikdə görüşə gəlməyə razılıq verdim. Mayın 23-də saat 12 radələrində görüşdük. Mən Məmməd və onun bacısı Sevillə birlikdə bir neçə saat gəzişdikdən sonra evə qayıtdım".

"Bacısının gələcəyini bildirdi"

Zərərçəkmişin sözlərinə görə, bundan sonra Məmməd təkrar görüşməyi təklif edib və bacısının da orada olacağını bildirib: "Həmin gün axşamüstü Mərdəkan qəsəbəsində yerləşən "Günel" ticarət mərkəzinin yaxınlığında olan parkda görüşdük. Həmin zaman Məmməd tək idi. Bacısı yanında deyildi.

Məmməddən bacısı Sevilin nə üçün gəlmədiyini və harada olduğunu soruşdum. Bildirdi ki, narahat olma, Sevil gələcək. Söhbət əsnasında Məmməd gecəni birlikdə qalmağı təklif etdi. Mən də onunla razılaşdım.

Şağan qəsəbəsində yerləşən boş evlərin birinə getdik. Artıq həmin vaxt, gecə keçmişdi, saat təxminən 1 radələri idi. Bu zaman təkrar olaraq Məmməddən Sevili soruşdum. Məmməd təkrar olaraq inam yaratması üçün bacısının gələcəyini dedi. Məmməd çarpayının üzərində mənim boyun nahiyəmdən bir neçə dəfə öpdü".

"İtkin düşdüyünü fikirləşdik"

İş üzrə şahid qismində ifadə verən Südabənin sözlərinə görə, 2010-cu il təvəllüdlü Ləman onun doğma qızıdır, ondan başqa 2007-ci il təvəllüdlü Könül adında bir qızı da var: "Ləman orta məktəbin 6-cı sinif şagirdidir. Müəyyən vaxtlarda, işim az olduqda qızım Ləmanı məktəbdən götürməyə gedirəm.

Mayın 23-də günorta saatlarında Ləmanın məktəbdən çıxacağı vaxt ora getsəm də, onu məktəbdə görmədim. Bir neçə saat məktəb ərazisində dayandıqdan sonra Ləmandan xəbər almaq üçün evimə qayıtdım. Həmin gün saat 18 radələrinədək qızım evə gəlmədi.

Digər qızım Könül bildirdi ki, Ləman az öncə evə gəlib, mənim evdə olmadığımı gördü və mənə xəbər vermək üçün çıxdığını, məktəbə getdiyini deyib. Bundan sonra həyat yoldaşım işdən gəldi, Ləmanın evə gəlmədiyini gördü. Onu axtarmağa başladıq. Azyaşlı qızımın başına nəsə hadisə gəldiyini düşündük. Bu səbəbdən xəstəxanaları, müəyyən yerləri axtardıq.

Artıq qızımın itkin düşdüyünü başa düşdük və yoldaşımla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə getdik. Ərizə ilə qızımın itkin düşməsi barədə müraciət etdik.

Səhəri gün Ləman evə gəldi. Bizə məlum oldu ki, gecəni Məmməd adlı şəxslə hansısa evdə qalıb. Daha sonra bizə qızımın deməsindən məlum oldu ki, Məmməd Ləmanı bacısı Sevilin də onların yanına gələcəyinə inandırıb və Şağan qəsəbəsində bir evə aparıb".

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məmməd 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1414   Tarix: 13 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 238
.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.