Dünyanı vuracaq PARTLAYIŞ - Alimlər 6 ay vaxt verdilər
Alimlər belə qənaətə gəliblər ki, 2025-ci ildə pik nöqtəsinə çatacağı gözlənilən Günəş partlayışları əslində bir il əvvəl baş verə bilər.
Qaynarinfo-nun məlumatına görə, ABŞ-ın Milli Atmosfer Tədqiqatları Mərkəzinin tədqiqatçıları hesab edirlər ki, ulduzdakı fəaliyyətlər 6-12 ay ərzində sözdə "günəş maksimumu"na çatacaq.
Son zamanlar Günəşdə partlayışlar intensivləşir. Bu o deməkdir ki, Yer daha tez-tez plazma axınlarına məruz qalır.
Alimlər ulduzdakı partlayışların sonrakı dövrdə daha da artacağını və pik həddə çatacağını bildirirlər. Çünki Günəş hazırda hərəkət mərhələsindədir.
Ulduz hər 11 ildən bir sakit və ya fırtınalı dövrü tamamlayır, yeni bir dövrə başlayır. Məlumdur ki, Günəş 2019-cu ildə 25-ci dövrünə qədəm qoyub. Bu dövrələrdən sakit olanı, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrlər "günəş minimumu" adlanır. Günəş ləkələrinin artdığı və partlayışların tez-tez baş verdiyi fazalara "günəş maksimumu" deyilir.
İndiyə qədər Günəşin 2025-ci ildə yeni "günəş maksimum fazası"na çatacağı düşünülürdü. Astronomlar 2025-ci ildə ulduzda şiddətli partlayışların baş verə biləcəyi barədə xəbərdarlıq edirdilər.
Bu partlayışlar nəticəsində kosmosa atılan radioaktiv zərrəciklər Yerə çatdıqda və planeti qalxan kimi əhatə edən maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda buna Günəş fırtınası deyilir.
Şiddətli Günəş fırtınaları naviqasiya, GPS və radio rabitə sistemlərini zədələyərək, onların işini poza, orbitdə olan peykləri sıradan çıxara və astronavtların həyatını təhlükəyə ata bilər.
"Frontiers in Astronomy and Space Sciences" elmi jurnalında dərc olunan yeni araşdırma, "günəş maksimumu"nun gözləniləndən bir il əvvəl gələ biləcəyini ortaya qoyub. Bu o deməkdir ki, Günəş alovları və buna görə də tufanlar 6-12 ay ərzində pik həddinə çata bilər.
Tədqiqatçıların proqnozu Günəşdə "halo dövrü" adlanan maqnit aktivliyinə əsaslanır. Günəş əslində 22 illik maqnit fəaliyyəti dövrünə malikdir. Buna "halo dövrü" deyilir.
Ulduzun hər iki yarımkürəsində 55 dərəcə enlikdə maqnit halqalarının əmələ gəlməsi "halo dövrü" üçün böyük əhəmiyyət kəsb edir. Çünki Günəş öz dövrlərindən keçdikcə bu halqalar da ekvatora çatdıqda yerlərini dəyişir və bir-birini yox edir.
Günəşdə sonuncu belə hadisə 2021-ci ilin dekabrında baş verib. Yeni araşdırmada komanda "günəş maksimumu"nun nə vaxt baş verəcəyini hesablamağa çalışıb. Tapıntılar göstərir ki, 6-12 ay ərzində Günəş aktivliyi bu nöqtəyə çatacaq.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1061 Tarix: 22 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185