Polşalı politoloq: "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamasa, öz ölkəsini parçalamış olacaq"
"Ermənistan sülh müqaviləsini imzalamasa, normal ölkə kimi mövcud ola bilməyəcək".
Bu sözləri Oxu.Az-a polşalı jurnalist və politoloq Yakub Koreyba deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan məsələsinin nizamlanmasına qoşulan ölkələr bəzən sadəcə öz mənafelərini güdürlər.
"Vasitəçilərlə bağlı problem odur ki, onların öz maraqları var və prosesə qoşulmaları heç də həmişə təmənnasız olmur. Bu, illərdir müşahidə olunan haldır. Onlar çox zaman münaqişənin həllinə töhfə vermək əvəzinə, bundan öz ölkələrinin bəzi problemlərinin həlli üçün istifadə edirdilər, vəziyyətin nizamlanması prosesinə mahiyyətcə deyil, instrumental yanaşırdılar. Amma bu yanaşmanın qeyri-effektiv olduğu məlum oldu. Ona görə də ən optimal variant ikitərəfli danışıqlar olardı", - deyə Yakub Koreyba qeyd edib.
"Azərbaycan öz maraqlarını dərk edir, lakin Ermənistan hələ nə istədiyini başa düşmür. İrəvan Rusiya, Fransa və s. kimi ölkələrin problemlərinin həlli vasitəsinə çevrilməməlidir. Ermənistan öz inkişafı haqqında düşünməlidir, ona görə də nəhayət bu məsələnin həllinə nail olmaq lazımdır", - deyə o qeyd edib.
Koreyba həmçinin Paşinyanın sülh müqaviləsi imzalayacağı təqdirdə Ermənistan müxalifətinin onu "parçalayacağı" ilə bağlı məlumatlara da fikir bildirib.
"Ermənistan sülh müqaviləsini imzalamasa, normal ölkə kimi mövcud ola bilməyəcək. Onlar (radikallar - red.) artıq bir neçə nəslin həyatını məhv ediblər. Sülh bağlamasalar, gələcək nəsillərin həyatını məhv edəcək, ölkəni təcrid vəziyyətinə, yoxsulluğa, heç bir perspektivin olmadığı vaxtlara qaytaracaqlar.
Ermənistan müxalifəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imkan verməsə, o zaman Paşinyanı parçalamasalar da, Ermənistanı mütləq parçalamış olacaqlar. Və bu da ölkənin milli maraqlarına zidd olacaq", - deyə o vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 541 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid atası vəfat etdi
Vətən müharibəsi şəhidi Nemət Məmmədovun atası Faxrəddin Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, mərhumun bir müddət imiş ki, səhhəti ilə bağlı problemləri ortaya çıxıbmış. Məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi Nemət Məmmədov Cəbrayıl və Qubadlının azad olunması istiqamətind
06.05.2026 294 Tramp Hörmüz boğazındakı əməliyyatı dayandırdı - Səudiyyədən sərt reaksiya
ABŞ Prezidenti Donald Trump Səudiyyə Ərəbistanının sərt reaksiyasından sonra Hörmüz boğazında həyata keçirilməsi planlaşdırılan "Azadlıq Layihəsi" missiyasını dayandırıb. xəbər verir ki, bu barədə NBC News ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Trampın qərarı Səudiyyə Ərəbistan
10:55 161 Müasir müstəqil Azərbaycan dövlətinin banisi
Tarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsin
12:10 158 Alen Simonyan Bakıya gəlmək istəyir
Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərlə söhbətində Bakıya getməyə hazırdır. xəbər verir ki, o, dəvət edilərsə, uyğun zamanda Azərbaycana səfər etməyə hazır olduğunu və qzərbaycanlı həmkarı Sahibə Qafarovadan da oxşar yanaşma gözlədiyini qeyd edib. "Həmkarımı İrəvan
06.05.2026 275 İsrail ordusu: Hizbullah terror təşkilatı Livanın cənubundakı İsrail qoşunlarına bir neçə raket atıb
Hizbullah bu səhər Livanın cənubunda yerləşən İsrail qoşunlarına bir neçə raket atıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raketlər qüvvələrin yaxınlığına düşüb, lakin heç bir xəsarət almayıb. Bu arada, ordu dünən Livanın cənubunda 15-də
10:48 148 "iPhone 18"in buraxılış tarixi təxirə salındı - SƏBƏB
"Apple"ın qarşıdan gələn "iPhone 18" seriyası ilə bağlı yeni xəbərlər standart modeli gözləyənləri məyus edə bilər. xəbər verir ki, əldə edilən son məlumatlara görə, "Apple" daha əlverişli e-seriyalar arasındakı aparat boşluğunu aradan qaldırmaq üçün standart "iPhon
06.05.2026 309 Burada ölmək qadağandır... - Fotolar
Həyatın qaçılmaz reallığı olan ölümü təxirə salmaq mümkün olmasa da, onun qadağan edilə biləcəyinə dair istisnalar mövcuddur. "Qafqazinfo" xəbər verir ki, dünyanın ən soyuq guşələrindən biri olan Norveçin Lonqyirbyen şəhərində ölüm rəsmi olaraq qadağandır. Hətta ölümcül xəstəliyi olan və y
06.05.2026 382 Bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri daha sərt olurlar - SƏBƏBİ
Psixoloqlar insanların həyat təcrübəsini necə qəbul etdiyini araşdıraraq maraqlı nəticəyə gəliblər. Məlum olub ki, yaş artdıqca insanların daha mehriban və ya daha sərt olmasının əsas səbəbi onların xarakteri deyil, keçmişdə yaşadıqları itkiləri necə dəyərləndirməsidir. xarici mediaya istinadla xəbə
06.05.2026 252 Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı
Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk
06.05.2026 414