Moldova nəşri: "Minalar Azərbaycan və Ukraynada uşaqları öldürməkdə davam edir"
Azərbaycan və Ukraynada mina partlayışları nəticəsində uşaqlar ölməkdə davam edir.
"Report" xəbər verir ki, bu barədə Moldovanın "Ziarulnational"ın nəşrində dərc olunan məqalədə deyilir.
Bildirilib ki, Ukraynada müharibə başlayandan bəri minalar 6 uşaq daxil olmaqla, 124 nəfərin həyatına son qoyub: "Azərbaycanda isə 2020-ci ilin noyabr ayından bəri 9 uşaq və yeniyetmə daxil olmaqla, 300-ə yaxın insan mina qurbanı olub".
Məqalədə Ukrayna və Azərbaycanda mina partlayışları nəticəsində ölən iki oğlanın - Daniil və Qismətin hekayələrindən bəhs edilir.
Müəllif qeyd edib ki, 2022-ci ilin martında Daniil Xarçenkonun ailəsi o vaxt Çerniqov vilayətinin böyük hissəsini işğal etmiş Rusiya qoşunlarından avtomobillə qaçmağa cəhd edib: "Çerniqov-Kiyev şossesində onların avtomobili minaya düşüb: uşaqlar diri-diri yanıb, anası partlayış nəticəsində avtomobildən kənara düşüb və o da həyatını itirib".
Məqalədə bildirilib ki, 2021-ci ilin iyununda isə Azərbaycanın Kəlbəcər rayonunun kəndlərindən birində yaşamış 11 yaşlı Qismət Bayramov atasının itən atlarını axtarmaq üçün evdən çıxıb: "O, kəndli ailəsində böyüdüyü üçün bu məşğuliyyət onun üçün yeni deyildi. Amma bu dəfə oğlan evə qayıtmayıb. Onu üç aya yaxın axtardılar. Sentyabrın sonunda istehkamçılar kəndin yaxınlığındakı dağlıq ərazidə itkin düşən Qismətin cəsədinin qalıqlarını tapdılar".
Müəllif vurğulayıb ki, əraziləri minalardan tam təmizləmək üçün Azərbaycan və Ukraynaya təxminən eyni maliyyə vəsaiti və təqribən 30 il vaxt lazımdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 485 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
04.11.2026 330 "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
04.11.2026 138 "Tələbə təqaüdünün məbləği artırılacaq"
Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə
04.11.2026 261 Vətən müharibəsinin tarixi Zəfəri və Qarabağa Böyük Qayıdış - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ
Azərbaycanın müasir tarixində 2020-ci ildə baş vermiş Vətən müharibəsi, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış strategiyası bir-biri ilə üzvi şəkildə bağlı olan üç mühüm tarixi mərhələdir. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyünü
04.11.2026 247 Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld
04.11.2026 286 Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım
Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin
04.11.2026 246 Vətən müharibəsinin tarixi Zəfəri, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti və Qarabağa Böyük Qayıdış
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin regional və beynəlxalq münasibətlər sistemində mövqeyini dəyişdirən, Cənubi Qafqazda yeni geosiyas
04.11.2026 236 Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu
"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund
04.11.2026 217 Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
04.11.2026 194