Mina terrorizmi: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə
Genişmiqyaslı hərbi təcavüz nəticəsində Ukrayna dünyanın ən çox minalanmış ölkəsinə çevrilib. Amma ona dost olan bütün dövlətlərdən yalnız Azərbaycan oxşar problemlə üzləşib. Belə ki, Qarabağda Azərbaycan ərazilərinin minalanması buradakı Rusiya sülhməramlı qüvvələrinin bu məsələyə göz yumması nəticəsində davam edir.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın həftəlik "Focus" jurnalında dərc olunan məqalədə deyilir.
Qeyd olunub ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir:
"Onun bu təhlükəyə qarşı mübarizə təcrübəsi Ukrayna üçün həm beynəlxalq arenada, həm də hüquqi müstəvidə faydalı ola bilər".
Bildirilib ki, hazırda Ukrayna ərazisinin 30%-i minalar üzündən potensial olaraq təhlükəli ərazi sayılır:
"Əslində, Ukraynanın Azərbaycanla bu aspektdə ortaqlığı təsadüfi deyil. Belə ki, Ukrayna Moskvanın aqressiv ekspansiyası yolunda Avropanın qalasıdır. Azərbaycan isə Avropa İttifaqının (Aİ) Rusiya təbii qazından imtinasını kompensasiya edərək qitənin əsas enerji təchizatçılarından birinə çevrilib".
Müəllif vurğulayıb ki, Azərbaycan hakimiyyəti 3 ildir beynəlxalq təşkilatlarda mina problemini gündəmə gətirir, dünya ictimaiyyətinin diqqətini buna yönəldir və minalardan zərər çəkmiş ölkələrin maraqlarını müdafiə edir:
"Məsələn, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə çıxış edib və Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib".
Qeyd edilib ki, Azərbaycanın bu məsələyə dair Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti onun 2021-2023-cü illərdə bu sahə ilə bağlı hüquqi mübarizədə dəyərli təcrübə qazanmasına səbəb olub.
Bundan başqa, müəllif xatırladıb ki, ötən ilin avqust-noyabr aylarında Azərbaycanın Laçın rayonunun yaşayış məntəqələrində, yəni Ermənistan qoşunlarının 30 illik işğaldan sonra döyüşsüz çıxdıqları ərazidə çoxlu sayda mina tələləri aşkar edilib.
Qeyd edək ki, bu məqalə, həmçinin "Teleqraf", "Gazeta", "Kp.ua", "Uainfo", "Prm.ua" kimi Ukrayna nəşrlərində dərc olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 727 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransa meşə yanğınlarına qarşı ordunu səfərbər edir
Fransada meşə yanğınları ilə mübarizə aparmaq üçün 2 min əsgər ehtiyatda saxlanılır. xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin nümayəndəsi Elis Rufus bu barədə BFMTV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, ehtiyatda olan təxminən 2 min əsgər zərurət yaranacağı təqdirdə yanğınların söndürülməs
17.08.2026 161 Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında v
17.08.2026 206 Prezidentə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim olundu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib. "Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm
17.08.2026 190 Kupçasız torpağın sahibi necə müəyyənləşdirilir? - Vacib izah
"Sənədsiz torpaq dedikdə faktiki istifadə olunan, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan torpaq sahələri nəzərdə tutulur. Bunlara sovet dövründə ayrılmış, bələdiyyə və ya icra hakimiyyətləri tərəfindən verilmiş, bağ massivlərində istifadə olunan, vərəsəlik yolu ilə keçən, lakin rəsmiləşdirilməyən
17.08.2026 316 Ekspert: "Dronlar müharibənin ucuz silahıdır, amma təsiri heç də ucuz deyil"
"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Rusiya-Ukrayna, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr, eləcə də yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların
17.08.2026 177 ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar
Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind
17.08.2026 239 "Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı"
Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, o, bu barədə "Baku TV"yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:. "Anam riskə gedən, övladı üçün çətinliyə dözə
17.08.2026 368 Amaliya Pənahovanın hədiyyə etdiyi xəncər satışa çıxarılıb?
Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid xəncərin Türkiyədə satışa çıxarıldığı deyilir. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Qaynarinfo-ya açıqlamasında satışa çıxarılan xəncərdən xəbərsiz olduğunu deyib:. "Biz Amaliya xanımla uzun illər bir yerdə işləmişik. Onun həyatı
17.08.2026 223 Mourinyo "Real Madrid"də mövsümə belə hazırlaşır
"Real Madrid" 2026/27 mövsümü öncəsi keçirdiyi altı yoxlama oyunundan beşində qalib gəlib, birində heç-heçə edib. xarici KİV-ə istinadən xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi Madrid klubu hazırlıq matçlarında "Alkorkon"u 1:0, "Leqanes"i 4:1, "Ferentsvaroş"
17.08.2026 170