"Mahnını goruna aparacaqsan?" - Nazənin
"Son 2 ildə görün nə qədər sənətkarlarımızı itirdik. Məni ən çox yandıran Baloğlan Əşrəfovun ölümü oldu. Onun ölümü ilə heç cür barışa bilmirəm. Allaha xoş getməz, sitəm etmək olmaz. Amma onun ölümü mənə o qədər pis təsir edib ki. Əvvəllər rayona gec-gec gedirdim. İndi tez-tez gedirəm ki, onu bəhanə edib, gedib həmdə ziyarət edim. Gedəndə də ziyarət edirəm, gələndə də. Bəzən yuxuma da girir, amma yadımda qalmır. Zöhrə Abdullayeva, Aslan Hüseynov, Arif Quliyev və s. sənətkarlarımız dünyalarını dəyişdilər. Pandemiya görün bizdən kimləri aldı. Hər insan gündə 3 dəfə öz ölümünü yadına salsa, vallah pislik etməz. Pisliklə dünyanı tutub, hara gedəcəksiniz? Mahnı üstündə qırğın edirlər, ay bala, goruna aparacaqsan?! Mahnı oxunmaq üçündür də. Mənim mahnılarımı bütün el-aləm oxuyur. Halal xoşları olsun. Mahnı oxunduqca yaşayır. Müğənnilər tanıyıram ki, kimlərsə onların mahnılarını oxuduqlarına görə məhkəməyə veriblər. Ayıbdır!"
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Nazənin Salayevadeyib. Sənətçi kiçik oğlu Orxanın qısqanc olduğunu bildirib.
"Kiçik oğlum Orxan qısqanc idi. Adımı daşıyan nəvəm Nazəninə görə qısqanclıq edirdi. İndi Nazəninlə ulduzu barışıb, balaca Rəhimlə yola getmir. Tək böyüyən uşaqlar axı aqressiv olurlar. Orxan bir az nisbətən şıltaqlıqlarını qoyub kənara. Əvvəlki Orxan deyil. Əvvəl otağına buraxmırdı uşaqları. Mənə göz-qaş edirdi ki, getsinlər. Bilmirəm hansı sənətin sahibi olacaq?! Elə yaş dövrüdür ki, hələ fikirləri dağınıqdır. Gecə başqa sənət deyir, səhər başqa sənət" deyə müğənni bildirib.
"Fəxri adınız yoxdur. Bu sizin üçün önəmlidir?" sualına müğənni belə cavab verib.
"Xeyr, fəxri adın mənim üçün heç bir önəmi yoxdur. İnsana ad bir dəfə valideyni tərəfindən verilir. Siz heç eşitmisiniz ki, desinlər Amerikanın xalq artisti? Dünyanın heç bir yerində belə şey yoxdur. Bu Sovetdən qalma ən-ənədir. Birinin maaşı 60 manatdır, birinin maaşı 120 manat. Sözün düzünü deyim ki, heç gözləntim də yoxdur. Xalq bizi sevir. Xalqın sevimli müğənnisi adı hər şeydən üstündür. Əlbəttə ki, dövlətin verdiyi fəxri ad daha şirin olur. Bəzən hansısa sənət yoldaşlarım inciyir. Vallah, Allahın qismətində varsa veriləcək, yoxdursa verməyəcəklər. Buna görə məyus olmağa dəyməz" deyə sənətçibildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23.10.2026 856 Engin Altana ağır itki - Foto
Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö
25.10.2026 879 "Kızılcık şerbeti"ndən ayrılır - Foto
"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır
31.10.2026 373 "Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 784 Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. BİG.AZ "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24.10.2026 931 Bunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25.10.2026 691 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 646 Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki
27.10.2026 819 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 708