Prezidentlə xanımı Mehmandarovların malikanə kompleksinin açılışında - FOTOLAR
Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.
Diqqətə çatdırılıb ki, 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin "Güldəstə"si restavrasiya olunub.
Qeyd olunub ki, yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.
Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. "Qarabağ zadəganının evi" mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.
Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib.
Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilirdi. Otaqda milliliyi nümayiş etdirən elementlər də var idi. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun tərtib edilib. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir.
Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Burada ziyarətçi özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur.
Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 876 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArvadını 14 bıçaq zərbəsi iləöldürmüşdü - HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib. xəbər verir ki, məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilənə şəxsə onun hüquq və vəzifələr
17.08.2026 179 İki məktəb direktoru işdən çıxarıldı
Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor
17.08.2026 300 Kamilə Babayevaya ağır itki
Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. BİG.AZ OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!
17.08.2026 182 Tovuzda 26 yaşlı qadın itkin düşdü
Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb. APA-nın yerli bürosunun məlumatına görə, üç uşaq anası olan Lamiyə Cəlilova avqustun 6-da saat 10:00-11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, Öysüzlü kənd sakini, 26 yaşlı Lamiy
17.08.2026 179 İki bacı 30 min dollara ada alıb, 40 il yaşadılar
Britaniyalı iki bacı 1965-ci ildə kiçik adanı alaraq orada məskunlaşıblar. Onların ölümündən sonra isə ada həmişəlik qorunan təbiət ərazisinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, Rozelin "Babs" Atkins və Evelin "Etti" Atkins Kornuoll sahillərində yerləşən Lu adasın
17.08.2026 182 Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA
İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri
17.08.2026 207 Bu meydana Taras Şevçenkonun adı verildi
Bakıdakı meydanlardan birinə Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, bura Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsini
17.08.2026 209 "Sumqayıt"ın kapitanı qapını yumruqladı, xəstəxanalıq oldu
"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb. xəbər verir ki, hadisə Misli Premyer Liqasının ilk turunda "Neftçi" ilə keçirilən oyun zamanı baş verib. Matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alan 24 yaşlı yarımmüdafiəçi meydanı tərk edərkən əsəbiləşərək stadionun qapısın
17.08.2026 134 Qarabağda Böyük Qayıdış: Qarşıda duran böyük məqsədlər
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışının təmin edilməsidir. Bu proses dövlə
17.08.2026 175