"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTO
"2010-cu ildə "Şərur" MTK-dan ev almışıq. Bütün sənədləşmədə, məlumatlarda mənzil 146 kvadratmetr göstərilir. Lakin aldığımız mənzilin həqiqi sahəsi 126 kvadratmetrdir. Həmin binada bir çox sakin bu üsulla aldadılıb və şikayətçidir".
Bu barədə şikayətlə Oxu.Az-a bina sakini Kənan Musayev müraciət edib. O qeyd edib ki, Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsi, 127E ünvanında yerləşən "Şərur" MTK-ya məxsus binanın sakinləri bu binada mənzil alarkən kütləvi sürətdə aldadılıblar. Belə ki, "Şərur" MTK ilə maliyyə müqavilələrində bir mənzil sahəsi qeyd edilir, vətəndaş o müqaviləyə uyğun pul ödəyir və hətta sonradan kommunal ödəmələr adı ilə keçən xidmət ödənişləri də bu maliyyə müqaviləsində qeyd edilən sahə üzrə alınır. Lakin mənzillərə çıxarış alınarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDRX) adlı qurum ölçmə aparıb və mənzil sahələrinin qat-qat az olduğu üzə çıxıb və son olaraq çıxarış (kupça) bu göstəricilərə uyğun verilib. Sakinlərə külli miqdarda ziyan vurulub. "Şərur" MTK isə dövlətin səhv hesablama apardığını iddia edir və kompensasiya verməkdən boyun qaçırır".
Kənan Musayev onu da bildirib ki, "Şərur" MTK rəhbərliyi 12 il ərzində üzərində heç bir vergi-fiskal nişanları olmayan qəbzlər ilə sakinlərdən xidmət haqqı adı ilə pul toplayır:
"Yalnız çoxsaylı şikayətdən sonra bu aydan etibarən qəbz forması dəyişdirilib.
Bundan əlavə, 2019-cu ildə binada konstruktiv dəyişikliklər edilərək, aparıcı sütunlar yonulub və bəziləri tamamən ləğv edilib. Çünki MTK rəhbərliyi əvvəl binanın birinci mərtəbəsini obyekt kimi icarəyə verməyi düşünüb. Tələbat olmadığına görə, sonradan həmin hissəsi mənzillərə çevirərək, satmağa qərar veriblər. Nəticədə, birinci mərtəbədəki, binanın əsas sütunlarını yonublar. Bu da öz növbəsində binanın seysmik davamiyyətinə çox zərərlidir.
"Şərur" MTK-nın qanunsuzluqları bununla da bitmir. Binanın ən üst hissəsini, liftin texniki otağı adlanan yeri mənzilə çevirərək, MTK rəhbərliyinin qohumlarını ora yerləşdiriblər.
Bütün aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları binadakı qanunsuzluqları, təhlükələri təsdiqləyirlər. Amma qurumlar heç bir addım ata bilməyəcəklərini bildirirlər".
Müvafiq qurumların sakinlərin müraciətlərinə cavabı aşağıdakı sənədlərdə göstərilir:



Problemlə bağlı "Şərur" MTK ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1645 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
04.11.2026 273 Vestminster Sarayı fəlakətlə üz-üzədir
Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb. Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasını
04.11.2026 162 Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın
04.11.2026 336 Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld
04.11.2026 286 Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
04.11.2026 182 Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
04.11.2026 330 "Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib
04.11.2026 120 İpoteka kreditləri və girov qoyulmuş əmlakın hüquqi problemləri
İpoteka kreditləri ilə bağlı problemləri bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür. Birincisi, kredit müqavilələrinin və ipoteka müqavilələrinin şərtlərinin borcalan tərəfindən tam başa düşülməməsidir. Təcrübədə vətəndaşlar bəzən yalnız kreditin məbləğinə və aylıq ödənişə diqqət yetirir, laki
04.11.2026 302 Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
04.11.2026 277