Bu tarixlərdə də maqnit qasırğası olacaq
Mayın 11-13-də maqnit qasırğası proqnozlaşdırılır.
BiG.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının yaydığı məlumata görə, son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub.
Günəş diski üzərində olan fəal oblastların bir qismi müxtəlif M sinif alışmalar yaradıb. Mayın 7-də baş vermiş Tac Kütlə Atılmasının (CME- Coronal Mass Ejection) ötən sutkada geomaqnit sahəyə daxil olan zərbə dalğasının təsiri nəticəsində G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğa müşahidə olunmaqdadır.
CME axınının təsirinin davamedici nəticəsi olaraq mayın 11-də günün əvvəli və sonu üçün G1 qasırğası proqnozlaşdırılır. Gözlənilən CME zərbə dalğası yuxarı coğrafi enliklərdə G3 (mülayim-güclü), aşağı coğrafi enliklərdə G1 maqnit qasırğası yarada, bu zaman maqnit sahəsinin kifayət qədər güclü həyəcanlaşması baş verə bilər.
Mayın 12-də günün ilk yarisi yuxarı coğrafi enliklərdə G2 (mülayim-orta), aşağı coğrafi enliklərdə G1 səviyyəli qasırğa, mayın 13-də isə qasırğanın səngiməsi, lakin geomaqnit sahənin fəal səviyyədə (Kp=4) qalması proqnozlaşdırılr. Hazırda hər hansı fəallığa malik yeni Tac Kütlə Atılması müşahidə olunmur və geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 4-dür. 11-13 may tarixləri üçün Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 2-5 intervalında dəyişəcək.
Yerin maqnit sahəsində meydana gələn güclü həyəcanlaşma səbəbindən həmin günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 958 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana
04.11.2026 141 Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə
04.11.2026 310 Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir
Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub
04.11.2026 169 Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
04.11.2026 224 Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın
04.11.2026 336 Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
04.11.2026 227 1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir
2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi
04.11.2026 245 Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld
04.11.2026 286 Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
04.11.2026 224