"Ailəmə çox əziyyət verdim" - Arnold Şvartseneqqer
Hollivud ulduzu Arnold Şvartseneqqer haqqında sənədli serialın treyleri yayımlanıb.
Axşam.az xəbər verir ki, ekran işində aktyor keçmiş həyat yoldaşı Mariya Şrayverdən 2011-ci ildə qalmaqallı boşanmasından danışıb. Bu məqamda xatırladaq ki, cütlüyün 25 illik evliliyi aktyorun evdəki işçisi Mildred Baenadan Cozef Baena adlı oğlunun olduğu ortaya çıxandan sonra dağılıb. Hazırda oğlanın 25 yaşı var və aktyorun onunla əlaqəsi var.
Şvartseneqqerin sözlərinə görə, bu hadisə onun reputasiyasına və yaxınları ilə münasibətlərinə pis təsir edib:
"İnsanlar mənim nailiyyətlərimi xatırlayacaqlar, lakin uğursuzluqlarımı da. Bu, evliliyimə, övladlarımla münasibətimə çox ağır zərbə oldu. Ailəmə çox əziyyət verdim. Ömrümün sonuna qədər bununla yaşamalı olacağam".
Aktyor Hollivudu fəth etmək arzusunu belə xatırlayır:
"Özümü bu səhnədə gördüm. Minlərlə insan qışqırır: "Arnold, Arnold, Arnold!". Nəyisə çox aydın təsəvvür edəndə, 100% nail ola biləcəyinə inanırsan. Mən çox şey öyrənməli, maneələri dəf etməli idim".
Ekran işində aktyorun şöhrət yolu ilə yanaşı, siyasi karyerası da lentə alınıb. Şvartseneqqer siyasətə atılmaq qərarını necə aldığı ilə bağlı bu fikirləri söyləyib:
"Yaralansan bütün idmanla bağlı qapılar üzünə bağlanacaq. Heç kimin səndən ala bilməyəcəyi tək şey sənin ağlındır. Özüm üçün başqa sahə axtarırdım və siyasətə gəldim.
Hər kəsin qeyri-mümkün hesab etdiyi şeyi etmək istəyirəm. Heç vaxt təslim olmağı düşünmürdüm, zirvələri fəth etməyi hədəfləyirdim. Həmişə bu aclığı hiss edirsən və heç vaxt doymursan. Bunun üçün nə lazımdırsa, et, çox çalış".
Qeyd edək ki, Şvartseneqqer və Mariya ilk tanışlıqlarından təxminən doqquz il sonra, 1986-cı ildə evləniblər. İkili 2011-ci ildə ayrılsalar da, boşanma yalnız 2021-ci ildə baş tutub.
Aktyorun nikahdankənar olan oğlu Kristofer onun Mariyadan doğulan övladından bir neçə gün sonra dünyaya gəlib. Onlar birgə qəyyumluq haqqında razılığa gəliblər. Aktyorun ümumilikdə 5 övladı var.
Boşanma zamanı Şvartseneqqerlə Mariyanın ümumi əmlakının dəyəri təxminən 400 milyon dollar idi və sərvət onlar arasında bölünüb.
Onu da qeyd edək ki, "Terminator" ulduzunun həyatından bəhs edən "Arnold" adlı serial üç bölümdən ibarətdir və iyunun 7-də "Netflix"də yayımlanacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1048 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevdən həmkarına - Təbrik
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə
05.11.2026 226 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 279 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 238 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
05.11.2026 180 VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!
Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz
05.11.2026 216 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
05.11.2026 174 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 232 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 129 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 1