"Sənətdə qadın, kişi yoxdur"

"Sənətdə qadın, kişi yoxdur"Tanınmış müğənni Tacir Şahmalıoğlunun "xanımlar zəngulə vurmamalıdırlar" sözü xanım xanəndələr tərəfindən birmənalı qarşılanmayıb.

BiG.AZ xəbər verir ki, əməkdar artist Sevinc Sarıyeva moderator.az-a açıqlamasında bildirib ki, sənətdə qadın yaxud kişi ayrı seçkiliyi etmək düzgün hal deyil.

"Əvvəla Tacirə, onun sənətinə çox böyük hörmətim var. Tacir fenomen oxuyandır. Oxuduğu bütün mahnılara möhürünü vurub. O deyib ki, qadın xanəndələr zəngulə vurmamalıdır. Bu onun şəxsi fikiridir. Mən bu fikirlə heç cür razı deyiləm. Salavat gücə bağlıdır. Səhnə meydandır. Oxumaq nə qadına baxır, nə də kişiyə. Sənətdə qadın, kişi yoxdur. Səs varsa orada zəngulə də vurmaq lazımdır. Tükəzban İsmayılova, Sara Qədimova boğaz vurublar, belə çıxır ki, onlar səhv ediblər ki? Zəngulə kişi üçündürsə, o zaman kişilər vursunlar. "Şahnaz", "Qatar" muğamlarının hamısı səs tələb edən muğamdır. Onu da həmişə qadınlarımız oxuyub. Xan əmi kimi boğaz vur, qadınlar da çəkilib dayansın kənarda. Hamı məni zənguləli oxuyan bilir. Mən zəngulə vurmayanda deyirlər ki, Sevinc oxumadı. Camaat istəyir ki, zəngulə oxuyuram da. Onun bu sözləri məni zəngulə vurmaqdan çəkindirməyəcək, əksinə hər zaman zəngulə vuracam" deyə sənətkar xanım bildirib.

Əməkdar artist Nuriyyə Hüseynova isə bildirib ki, qışqırmaqla oxumağı çoxları səhv salır:

"Bilmirəm, Tacir Şahmalıoğlu nədən qaynaqlanıb, məsələyə bu cür yanaşıb. Mən belə düşünmürəm. Ümumiyyətlə, zəngulənin də, nəfəslərin də, uzatmaların da artığı ziyandır. Hər şey yerli-yerində olmalıdır. Bu heç kimə də xoş gəlmir. Elə mahnılar var ki, onların bəzəyi özündəndir. Orada muğam ifa edərsənsə, mahnı basqı altında qalacaq. Bəzən müğənnilərimiz bunu bilmir, gözəl bir mahnının içində muğam oxuyurlar. Muğam o mahnını yaddan çıxarır. O ki, qaldı qadın ifaçıların zil oxumasına.. İfaçı zil oxuya bilər, səs diapazonunu göstərə bilər. Dünya şöhrətli Selin Dionun səsinin diapazonu görün nə boydadır. Necə gözəl oxuyur, insan ondan zövq alır. Orası elədir ki, qışqırmaqla oxumağı çoxları səhv salıb. Elə oxuyurlar ki, üzr istəyirəm ağızlarında neçə dişi var, hamısı görünür. Çox təəssüf ki, bizdə xanəndələr üçün ifaçılıq məktəbi yoxdur" deyə sənətkar bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1168   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.