"İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar"

"İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar""Bəzən mənə yaxınlarım deyirlər ki, "sən qarışma, danışma". Mən danışmayım, sən danışmayasan, yaxşı bəs kim danışsın?! Biz mədəni irsimizə, musiqimizə sahib çıxmalıyıq. Musiqinin professionalları danışmalıdır. Yeni-yeni səhnəyə çıxanda çox qorxurdum. O vaxt Tofiq Quliyev, Rafiq Babayev sağ idi. Öz-özümə fikirləşirdim ki, birdən düzgün oxumaram, mənə irad tutarlar. İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar. Meydan hamınındır, gəlib özlərini göstərsinlər. Amma klassik əsərlərimizə toxunmasınlar, necə lazımdırsa onları ifa etsinlər. Bizim estrada musiqimiz adı altında hər bir lazımlı-lazımsız notlar səslənir. Biz belə etməklə Cahangir Cahangirovun, Ramiz Mirişlinin, Fikrət Əmirovun ruhunu incitmiş olarıq".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Brilliant Dadaşova deyib.

"Mən oxumağa başlayanda böyük səhnədə artıq Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Elmira Rəhimova oxuyurdu. İlk dəfə Akif İslamzadə ilə birgə televiziyada "Bir dəfə yaşayırıq" duetini oxuduq. 1985-ci il idi. Səhəri gün məni universitetdə hamı tanıdı. 1989-cu ildə "Bayatılar" mahnısını oxudum. Buna görə də mənim üçün müğənni olmaq bir növ şərəf idi. İndi isə vəziyyət dəyişib. Musiqidən başı çıxan çox az adam qalıb. Həmkarlarımın arasında həqiqətən də qürur duymalı şəxslər var. Amma onların sayı çox azdır" deyə sənətkar bildirib.

Xalq artisti ümummmilli lider Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb.

"Müstəqilliyimizi qazanandan sonra ulu öndər Heydər Əliyev Azərbaycanın ilk "əməkdar artist" fəxri adını mənə vermişdi. Heydər Əliyevi biz heç vaxt unuda bilmərik. Yadımdadır, onun adına park açılırdı. Bizə tapşırmışdılar ki, siz oxuyun, o gəlib insanların içindən keçib gedəcək. Ulu öndərin səhnəyə çıxması planda yox idi. Səhnədə mən oxuyurdum. Bu anda heç kimə demədən, mühafizəsiz falan təkbaşına səhnəyə çıxdı. Hamı şokda idi. Səhnədə ən azı 15 balaca uşaq var idi. Heydər Əliyevin arxasında dayanıb, uşaqları çalışırdım ki, kənara çəkim, onun ayağını tapdalamasınlar. Birdən gözü mənə sataşdı. Dedi ki, "sən niyə arxamda dayanmısan?! Gəl, bura". Gətirdi məni düz yanına. O bu qədər sadə bir insan idi" deyə sənətkar bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 933   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.