Paşinyan: "Ankarayla barışıq siyasəti aparmağa çalışdığımız bir vaxtda belə abidənin qoyulması yersiz idi"
"Ankarayla barışıq siyasəti aparılmasına çalışılan vaxtda İrəvanda "Nemezis"ə abidə qoyulması yersiz idi".
"Hraparak" qəzetinin məlumatına görə, bu fikri mayın 11-də Ermənistanın baş naziri və "Vətəndaş Sazişi" partiyasının idarə heyətinin rəhbəri Nikol Paşinyan hakim qüvvənin təşəbbüs qrupunun iclasında bəyan edib.
Nəşrin məlumatına görə, gündəm Ermənistanın xarici siyasət prosesləri və təhlükəsizlik məsələləri olub.
Bildirilir ki, Paşinyan çıxışında mayın 9-da Moskvaya getməsi və orada Qələbə Günü tədbirlərində iştirak etməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamlara toxunub.
Qəzetdə Ermənistanın hökumət başçısının bu səfərə görə Ukrayna və Qərbin tənqid hədəfinə çevrildiyi xatırladılıb və bildirilib ki, Ukrayna MDB-nin yeddi ölkəsinin liderlərinin Moskvada keçirilən tədbirlərdə iştirakını "əxlaqsızlıq və qeyri-dostluq" hesab edib.
İclas zamanı Paşinyan həmfikirlərinə ölkəsinin həyati maraqları üçün düzgün qərar verdiyini bildirib. O, görüş iştirakçılarına xatırladıb ki, Ermənistan qazı İrəvanın strateji tərəfdaşı olan Rusiyadan alır və onun Moskvadakı paradda iştirakdan imtinası təhlükəli qumar olardı.
"Üstəlik, Paşinyan vurğulayıb ki, Rusiya Ukraynada uğursuzluğa düçar olar və uduzarsa, Ermənistanın başına nə gələ biləcəyini təsəvvür etmək belə, istəmir. Paşinyan partiyadaşlarına bu halda "Ermənistan yüz il əvvəlki hadisələrin təkrarı və müstəqilliyini itirməsi ilə üzləşəcək" deyib. Baş nazir onu da bildirib ki, Türkiyə-Azərbaycan tandeminə qarşı təkbaşına müqavimət göstərə bilməyəcəyik", - deyə nəşrdə bildirilib.
İclasda Paşinyan İrəvanda Azərbaycan və Türkiyə siyasətçilərini qətlə yetirən terrorçulara abidə ucaldılmasından da danışıb. Baş nazir vurğulayıb ki, hökumətin Türkiyə ilə barışıq siyasəti aparmağa çalışdığı bir vaxtda belə bir abidənin qoyulması yersiz idi. O, terrorçulara abidə qoyulacağından xəbəri olmadığını, onunla bu məsələnin müzakirə edilmədiyini deyib.
Lakin Paşinyan bu abidənin sökülüb-sökülməyəcəyi barədə sualdan yayınıb.
Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və icra hakimiyyətinin digər nümayəndələri iştirak ediblər. Mirzoyan partiya funksionerlərinə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın əvvəlində baş tutan görüşdən danışıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 802 Tarix: 13 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə
Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd
04.11.2026 251 Hədiyyə edilən ev boşanma zamanı ər-arvad arasında bölünə bilər?
Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, ər-arvadın nikaha daxil olanadək sahib olduqları əmlak, habelə nikah dövründə hədiyyə, vərəsəlik və digər əvəzsiz əqdlər əsasında əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyəti hesab olunur və bir qayda olaraq, bölünmür. Lakin Ali Məhkəmə Plenumunu
04.11.2026 431 Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
04.11.2026 194 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
04.11.2026 391 Vətən müharibəsinin Zəfəri, Şuşa Bəyannaməsi və Qarabağa Böyük Qayıdış - Azərbaycanın tarixi uğurlarının yeni mərhələsi
Azərbaycanın müasir tarixində Vətən müharibəsi, Şuşa Bəyannaməsinin imzalanması və Qarabağda Böyük Qayıdış prosesinin həyata keçirilməsi bir-biri ilə sıx bağlı olan mühüm tarixi hadisələrdir. Bu hadisələr ölkəmizin ərazi bütövlüyünün bərpası, regional mövqelərinin möhkəmlənməsi və işğaldan azad edilmi
04.11.2026 244 Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə
04.11.2026 310 2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı
"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca
04.11.2026 215 Vətən müharibəsinin tarixi Zəfəri, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti və Qarabağa Böyük Qayıdış
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin regional və beynəlxalq münasibətlər sistemində mövqeyini dəyişdirən, Cənubi Qafqazda yeni geosiyas
04.11.2026 236 Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
04.11.2026 168