Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi - Xalq artistindən maraqlı faktlar

Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi - Xalq artistindən maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən Xalq artisti Ağahüseyn Cavadov haqqında maraqlı faktları təqdim edir.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir insan kimi görmək idi. Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha sonra Ağahüseyn Cavadov Bakıda, "Səadət" məktəbinə daxil olur. 1919-cu ildə həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir yanında işləməyə başlayır.

İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.

***

1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Ac həriflər", Soltanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", Mirmahmud Kazımovskinin "Molla Cəbi", "Daşım-daşım" pyes və vodevillərinin tamaşalarında iştirak edir.

1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada "Bəxtsiz cavan", "Pepo", "Namus", "Morqanın qohumu" adlı tamaşalarda çıxış edir.

***

1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını xilas edə bilir.

***

1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o, "Nişanlı qız", "Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə", "Həyat", "Yadigar", "Əcəb işə düşdük", "Müfəttiş", "Canlı meyit", "Şeyx Sənan", "Mənim günahım" tamaşalarında maraqlı rollar yaradır.

Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük oldu.

***

Filmlərdə yaddaqalan rollar yaradıb. "Bəxtiyar"da Rza, "Görüş"də Əbülfəz rolu tamaşaçılar tərəfindən çox sevilir.

***

Sonralar o, "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Əhməd haradadır?", "Kölgələr sürünür", "Bir qalanın sirri", "Sehrli xalat", "Şərikli çörək", "İstintaq davam edir", "Mən ki gözəl deyildim", "Bizim Cəbiş müəllim" və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.

Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər".

***

Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham Rəhimli "Səhnəsiz gülüş" kitabında olmuş bir əhvalat barədə yazır:

"Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin "Alov" pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər. Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:

- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində "Alov" tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin" elanı asılır".

Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim Cavadov babasını belə xatırlayır:

"Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı - üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi".

***

Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə mübtəla olur.

1981-ci ilin 20 iyununda Bakıda dünyasını dəyişir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1618   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Alimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər. xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesa

09.08.2026 285
.

Alimlər yaşlanan beyində gözlənilməz proses aşkarladı

Stanford Universitetinin alimləri yaşlanma zamanı qandan olan immun hüceyrələrinin beyinə daxil olduğunu müəyyən ediblər. xəbər verir ki, bu nəticə beynin immun sisteminin uzun müddət düşünüldüyü kimi tamamilə qapalı və orqanizmin digər hissələrindən ayrı olmadığını göstərir. Tədqiqatçılar müəyyən ediblə

16.08.2026 168
.

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - ən dadlısını seçməyin sirri

Bazarda qırmızı və cəlbedici görünən pomidorlar arasında ən dadlısını seçmək düşündüyünüz qədər asan deyil. Xarici görünüşünə aldanaraq aldığınız pomidor evə çatdıqda dadsız və bərk çıxa bilər. Halbuki bir neçə sadə üsulla ən ləzzətli pomidoru asanlıqla müəyyən etmək mümkündür. xarici mediaya istinadə

09.08.2026 272
.

Səhərlər niyə hər şey daha çətin görünür?

Bəzi insanlar üçün səhər yeni günün başlanğıcı və enerji deməkdir. Digərləri üçün isə oyandıqdan sonrakı ilk saatlar günün ən ağır vaxtına çevrilir. Mütəxəssislər bunun səbəblərinin yuxu rejimi, bioloji ritmlər və emosional vəziyyətlə əlaqəli ola biləcəyini bildirirlər. xəbər verir ki, bu vəziyyət bəzə

16.08.2026 181
.

Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır

İsti havalarda xüsusilə meyvə və tərəvəzlərin olduğu yerlərdə ortaya çıxan milçəklərdən qurtulmaq üçün təbii üsullara üstünlük verilir. Evdə tətbiq oluna bilən ən praktiki üsullardan biri limon və mixək istifadə etməkdir. Bir limonu yarıya bölüb üzərinə bir neçə mixək sancaraq meyvə qabının yanına v

15.08.2026 192
.

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Hotel otağına daxil olan kimi hamam otağındakı şüşə stəkanı qapı dəstəyindən asmaq ilk baxışdan qəribə bir xürafat kimi görünə bilər. xəbər verir ki, yorucu səyahətdən sonra hotel otağına yerləşib dincəlməyə çəkilməzdən əvvəl təcrübəli səyyahların əsla nəzərdən qaçırmadığı qeyri-adi bir üsul var. B

08.08.2026 332
.

330 metrlik asteroid Yerə yaxınlaşacaq - Toqquşma təhlükəsi yoxdur

Avqustun 10-da, Bakı vaxtı ilə səhər saat 04:20-də "2019 NY2" asteroidi Yerin yaxınlığından keçəcək. xəbər verir ki, asteroid potensial təhlükəli obyekt kimi təsnif edilsə də, mütəxəssislər onun Yer üçün real toqquşma riski yaratmadığını açıqlayıblar. "2019 NY2" planetimizdən təxminə

08.08.2026 238
.

Çölə 12 min ton portağal qabığı tökdülər - 16 il sonra gördükləri MƏNZƏRƏ HEYRƏTLƏNDİRDİ

Kosta-Rikada kənd təsərrüfatı tullantılarının təbiətə faydalı şəkildə qaytarılması məqsədilə həyata keçirilən qeyri-adi layihə 16 il sonra gözlənilməz nəticə verib. BİG.AZ " "a istinadla xəbər verir ki, hadisə 1997-ci ildə Kosta-Rikanın Quanakaste Milli Parkında baş verib. Ekoloqlar Danie

16.08.2026 449
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

08.08.2026 726
.

TOP MP3