İşdən çıxarılan müstəntiq xanımının həbs olunmasını istəyir

İşdən çıxarılan müstəntiq xanımının həbs olunmasını istəyirBir müddət öncə mediada Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilmiş, araşdırmalardan sonra o, prokurorluq orqanlarından xaric olunmuşdu.

"Qafqazinfo"nun məlumatına görə, C.Hüseynov həmin məsələ ilə bağlı həyat yoldaşı Nərgiz Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

O, şikayət ərizəsində qeyd edib ki, həyat yoldaşı mediaya verdiyi müsahibədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıb, onun şərəf və ləyaqətini ləkələyib. Sabiq müstəntiq iddia edib ki, N.Hüseynova yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlar yaymaqla onun işgüzar nüfuzunu da zədələyib.

C.Hüseynov arvadını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edərək 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib. Müraciətə hakim Elnurə Rəcəbovanın sədrliyində baxılacaq.

Xatırladaq ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı mediaya müraciət edərək ərinin xidməti silahı onun başına dirədiyini və "sənə xəyanət etmişəm" sözlərini dedirtdiyini bildirmişdi. Qadın iddia etmişdi ki, C.Hüseynov onu zorla çöllük yerə aparıb, dəmir parçası ilə vurub. O, daha sonra evdən qaça bildiyini əlavə etmişdi.

Onu da bildirək ki, ailənin iki övladı var. Hazırda Qaradağ Rayon Məhkəməsində onların boşanma prosesi gedir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2127   Tarix: 22 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ

Livanda İsrail ordusunun endirdiyi zərbə nəticəsində "Hizbullah" hərəkatının elit "Radvan" bölməsinin komandirlərindən biri məhv edilib. xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb. Hərbçilərin sözlərinə görə

16.08.2026 254
.

Urmiya gölü qırmızı rəngə boyandı

Urmiya gölünün qırmızı rəngin müxtəlif çalarlarına boyandığı müşahidə olunub. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Qərbi Azərbaycan əyalətinin Ətraf Mühiti Qoruma İdarəsinin baş direktoru Urmiya gölünün bəzi hissələrində suyun rənginin dəyişməsin

16.08.2026 364
.

Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşa bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə "Məkkə sazişi" tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir. Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışarkən bildirib:. "Məsələn, Azərbaycanla Ermənista

12:27 139
.

Qarabağda Böyük Qayıdış: Qarşıda duran böyük məqsədlər

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışının təmin edilməsidir. Bu proses dövlə

12:30 127
.

"Miss Earth İndoneziya 2025"in qalibi 25 yaşında öldü

"Miss Earth İndoneziya 2025" gözəllik müsabiqəsinin qalibi Putri Andriani Cufica vəfat edib. Axşam.az xəbər verir ki, Putri 25 yaşında dünyasını dəyişib. Bu barədə məlumat 14 avqustda, Putrinin 26 yaşı tamam olacağı gün elan edilib. Onun ölüm səbəbi ictimaiyyətə açıqlanmayıb. Qeyd edək ki

16.08.2026 343
.

IMAX zalında kondisioner işləmir - Tamaşaçılara ödənişdən sonra məlumat verilir

Bakıda yerləşən "Flame Towers" kompleksindəki Park Cinema-nın IMAX zalında bir neçə gün ərzində kondisioner sistemi işləməyib. " "a istinadən xəbər verir ki, 282 nəfərlik zalda axşam seansları tam dolu olub. Biletlərin bir neçə gün əvvəldən satıldığı bildirilib. Bununla bağlı şikayə

10:34 192
.

Bu tarixdə Ay tutulması olacaq

Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Axşam.az xəbər verir ki, BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digə

11:30 135
.

Beş qadın və keçmiş gözəllik kraliçası insan alverçilərindən xilas edildi

Filippində insan alveri şəbəkəsinin qurbanı olan beş rusiyalı qadın və keçmiş gözəllik müsabiqəsi qalibinin xilas edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Cebu Daily News" Milli İstintaq Bürosuna istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, qadınları kommersiya məqsədli cinsi istismar

11:31 146
.

Polşada sui-qəsd cəhdinin qarşısı alındı - Rusiya vətəndaşı saxlanıldı

Polşanın Baş naziri Donald Tusk Varşavada ABŞ və Ukrayna vətəndaşlığı olan şəxsi öldürməyə cəhd etməkdə şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb. xəbər verir ki, Tuskun sözlərinə görə, şübhəli şəxs avqustun 7-də saxlanılıb. Baş nazir iddia edib ki, Rusiya vətəndaşı "Rusiya kəşfiyya

11:23 150
.

TOP MP3