İtkin düşən 13 yaşlı qızın anası: "Məni öldürsəniz də, onunla gedəcəyəm dedi"
Mayın 18-də Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, qız may ayının 18-də axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.
Əfsanənin anası Samirə Tağıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qızı sosial şəbəkədə Cəlilabad rayonunda olan bir şəxslə danışıb:
"Qızım VII sinifdə oxuyur. Mən oğlanla danışdığından xəbər tutdum və icazə vermədim. Dedim, tanımırıq kimdir, onunla danışma. "Məni öldürsəniz də, onunla gedəcəyəm", - dedi. Hər gün ancaq "WhatsApp"da danışırdılar. Atası da dedi ki, qızım, hələ uşaqsan, danışma. Oğlanın nömrəsinə zəng edib dedim ki, qızıma yığmasın".
S.Tağıyeva deyir ki, qızı qaçdığı gün telefondan nömrəni çıxarıb:
"Həmin gün işdən anamgilə gəldim və günorta yeməyi yedik. Elə uşaqlarım da oraya gəldilər. İki uşağım orada qaldı. Mən də Əfsanə ilə gedib evə bazarlıq etmək istədim. O da dedi ki, ana, mən evə gedirəm. Qızımı evə ötürdüm və bazarlıq etdim. Daha sonra kreditimiz var idi və onu ödəmək istədim.
Baxdım ki, şəxsiyyət vəsiqəm çantamda deyil. Düzü, nömrəmdə balans yox idi. Mağazada olan bir adamdan xahiş etdim ki, qızıma yazsın, sənədi atsın. Əfsanə atdı və krediti ödədim. Evə gəldim ki, qapı bağlıdır. Əfsanəni çağırdım, səs vermədi. Hamıya zəng etdim, qızımdan xəbər olmadı".
"Qızımın çıxarıb atdığı nömrəsini telefonuma qoydum və "WhatsApp"da "Əfsanə, gəlirsənmi, çatırsanmı?" mesajını gördüm. Cəlilabad Rayon Polis Şöbəsində oğlan ifadə verib. Bildirib ki, qızımdan xəbəri yoxdur. Amma mənim qızım onun əli ilə gedib (ağlayır)", - deyə ana deyib.
Ailə Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması ilə bağlı yayılan xəbərləri inkar edib:
"Biz ikimiz də fəhlə adamlarıq".
Qeyd edək ki, Ə.Tağıyevanın əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, saçı qara və qısadır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1532 Tarix: 22 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld
18:15 0 3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
11:27 378 Almaniya Rusiyanın kölgə donanmasını izləmək üçün pilotsuz gəmi hazırlayır
Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Stark Defence startapı sualtı kabellərin mühafizəsi və Avropa İttifaqının (Aİ) sularında Rusiyanın kölgə donanmasına aid gəmilərin izlənməsi məqsədilə 2027-ci ilədək 24 metrlik pilotsuz gəmi inşa etməyi planlaşdırır. xəbər verir ki, şirkəti
10:38 234 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
17:15 108 "Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
13:01 232 "TikTok"da xəmir yoğurarkən öldü
Bakıda qadın "TikTok"da canlı yayım zamanı dünyasını dəyişib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 53 yaşlı S.T. "TikTok"da canlı yayımda xəmir yoğurub. Bu zaman o, yaşadığı evdə qəfil ürəktutmadan vəfat edib. Faktl
03.11.2026 605 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.
10:10 305 Vətən müharibəsinin tarixi Zəfəri, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti və Qarabağa Böyük Qayıdış
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin regional və beynəlxalq münasibətlər sistemində mövqeyini dəyişdirən, Cənubi Qafqazda yeni geosiyas
17:21 106 QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR
Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox
11:03 245