Prezidentə təbriklər gəlir - Yenilənir

Prezidentə təbriklər gəlir - YenilənirPakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu tarixi hadisə Azərbaycan xalqının öz Vətəninin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda göstərdiyi fədakarlığı, əzmkarlığı və birliyi təcəssüm etdirir. Azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı istiqamətində qazanılan mühüm nailiyyətlər Azərbaycanın öz xalqı üçün sülh və rifah dolu gələcəyin təmin edilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirir.

Pakistan Azərbaycanla qarşılıqlı etimada, ortaq dəyərlərə və bir-birinə davamlı dəstəyə əsaslanan uzunmüddətli qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Əminəm ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirdikcə, habelə regional sülh, sabitlik və rifah kimi ortaq məqsədlərimizə doğru birgə çalışdıqca ölkələrimiz arasında dostluq və qardaşlıq bağları daha da möhkəmlənməkdə davam edəcəkdir.

Bu əlamətdar gün münasibətilə Pakistanın Azərbaycanla sıx dostluq və həmrəyliyini bir daha təsdiq edir, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı ilə bağlı ən səmimi diləklərimi çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.

İki dost ölkəni və xalqı birləşdirən, bütün sahələrdə möhkəmlənməsinə və inkişafına çalışdığımız qardaşlıq münasibətlərinin müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıram.

Zati-alinizə salamlarımı və ehtiramımı bildirirəm".

*

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə
Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".

*

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova:

"Möhtərəm cənab Prezident.

Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə milli iradənin, sarsılmaz birliyin və Vətənə bağlılığın təntənəsi kimi yazılmışdır. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bərabər, həm də xalqın tarixi yaddaşında dərin iz qoyan, gələcək nəsillər üçün qürur və örnək mənbəyi olan böyük bir hadisədir.

Sizin müdrik rəhbərliyinizlə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma torpaqlarına qayıdan insanların həyatının yenidən qurulması, tarixi və mədəni irs nümunələrinin bərpası Azərbaycanın inkişaf yolunun mühüm göstəricisidir.

Zəfər Günü, eyni zamanda, bütün Türk dünyası üçün ortaq qürur və həmrəylik rəmzinə çevrilmişdir.

Bu xüsusda, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurla başa çatmasını xüsusi qeyd etmək istərdim. Sədrliyiniz dövründə irəli sürülən təşəbbüslər və həyata keçirilən tədbirlər təşkilatın fəaliyyətinə, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının beynəlxalq mövqeyinin gücləndirilməsinə mühüm töhfə vermişdir.

Fürsətdən istifadə edərək, Zati-alinizi, həmçinin 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə də təbrik edirəm. Üçrəngli Azərbaycan Bayrağı müstəqilliyin, milli kimliyin və dövlət suverenliyinin rəmzi olmaqla yanaşı, Zəfərdən sonra ölkənin bütün ərazisində qürurla dalğalanaraq yeni tarixi məna qazanmışdır. Qoy, bayrağınız daim yüksəklərdə dalğalansın!

Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və firavanlıq arzulayıram".

*

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən:

"Möhtərəm cənab Prezident.

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və həmrəyliyinin təcəssümü olan bu əlamətdar gün ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpası naminə göstərilən misilsiz şücaətin, qətiyyətin və Vətənə sonsuz bağlılığın rəmzi kimi tarixin yaddaşına həkk olunmuşdur. Sizin qətiyyətli rəhbərliyinizlə Azərbaycanın qazandığı bu tarixi Zəfər milli həmrəyliyin daha da gücləndirilməsi, regionda davamlı sülhün və sabitliyin bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edərək gələcək nəsillər üçün əbədi qürur və ilham mənbəyi olaraq qalacaqdır.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın Türk dünyasında birlik, həmrəylik və qardaşlıq ruhunun möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələri, Türk dünyasında əməkdaşlığın parlament meyarı kimi TÜRKPA-nın fəaliyyətinə, habelə yerləşmə ölkəsi kimi TÜRKPA Beynəlxalq Katibliyinə göstərilən diqqət və dəstəyi xüsusi qeyd edərək, Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 124   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.

10:10 300
.

QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR

Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox

11:03 239
.

NATO-dan Rusiya ilə bağlı yeni hərbi yanaşma

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yenilənmiş strategiyası Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirilməsini nəzərdə tuta bilər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri planın təfərrüatlarını açıqlayıb. Nəşrin məlumatına görə, Ukrayna v

11:09 235
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neç

10:32 253
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

15:31 181
.

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua

16:56 309
.

İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib

İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi

03.11.2026 368
.

Almaniya Rusiyanın kölgə donanmasını izləmək üçün pilotsuz gəmi hazırlayır

Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Stark Defence startapı sualtı kabellərin mühafizəsi və Avropa İttifaqının (Aİ) sularında Rusiyanın kölgə donanmasına aid gəmilərin izlənməsi məqsədilə 2027-ci ilədək 24 metrlik pilotsuz gəmi inşa etməyi planlaşdırır. xəbər verir ki, şirkəti

10:38 231
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

11:31 343
.