"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.
İddiaçı bildirib ki, klinikada üst çənəsinə 5, alt çənəsinə isə 4 implant qoyulması, onların üzərinə ümumilikdə 26 keramika diş hazırlanması barədə razılıq əldə edib. Bu məqsədlə əvvəlcədən 6400 manat ödəsə də, tibbi xidmət tam və lazımi qaydada göstərilməyib. Onun sözlərinə görə, müalicəni həyata keçirən Tural Əhməd adlı həkim işi başa çatdırmayıb.
İlqar Mustafayev klinikanın rəhbəri Gövhər Mustafayevaya müraciət etdikdən sonra problemin 12 gün ərzində həll ediləcəyinə söz verildiyini, lakin nəticənin dəyişmədiyini bildirib. O, həmçinin həkimin icazə sənədi olmadığına görə klinikadan uzaqlaşdırıldığını iddia edib.
Məhkəmə-tibbi ekspertizasının rəyində müəyyən edilib ki, pasiyentin alt çənəsində 4, üst çənəsində isə 5 implant yerləşdirilib. Lakin ortopedik konstruksiyalar optimal hazırlanmayıb, implantların yerləşdirilməsi və protezləmə mərhələsində texniki çatışmazlıqlar olub. Müalicə tam başa çatmayıb, konstruksiyalar funksional və texniki baxımdan qənaətbəxş hesab edilməyib.
Ekspertlər implantların çıxarılmasını tələb edən cərrahi ağırlaşma müəyyən etməsələr də, mövcud protezlərin yenidən hazırlanmasını və implantoloji reabilitasiyanın tamamlanmasını tövsiyə ediblər.
Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, "Esthederm Dental" klinikasının sahibi olan "Esthederm Medical" MMC-dən İlqar Mustafayevin xeyrinə 6200 manat, dövlət rüsumunun əvəzi kimi isə 82 manat, ümumilikdə 6282 manat tutulmalıdır.
Qeyd edək ki, "Esthederm Medical" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Gövhər Maksim qızı Mustafayevadır. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan döngəsi 2, ev 11A-dır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 393 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd
14:47 150 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərai
11:15 192 Tokayev: Astana Tacikistanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcək
Qazaxıstan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə seçilməsi üçün Tacikistanın namizədliyini dəstəkləyəcək. "Report" "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tacikistan Prezidenti Emoməli Rahmonl
15:50 112 DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
15:29 118 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
18:40 0 Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
14:34 162 Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni
16:37 6 İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə
16:30 56 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
14:54 125