Sinan Oğan kimdir? - Bakıda müəllim, Türkiyədə prezidentliyə namizəd
Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 fazidən artıq səs toplayaraq seçki üçüncüsü olub. Bu, 3 milyona yaxın seçicinin səsini toplamaq deməkdir. Bir neçə ay öncəyə qədər Türkiyə seçicilərinin tam əksəriyyətinin tanımadığı və ya səthi tanıdığı namizəd üçün bu, fenomenal göstəricidir.
Bəs Sinan Oğan kimdir və onun həyat yolu necə olub?
1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olub.
Sinan Oğan 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.
Sinan Oğan 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olub. MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib. Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.
Sinan Oğanın iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb.
O, 2023-cü ilin may ayının 14-də Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olaraq iştirak edib, namizədlik üçün tələb edilən 100 min imzanı toplayıb, namizədliyi Yüksək Seçki Komissiyası tərəfindən təsdiq edilib.
S.Oğan prezident seçkilərində iştirak edən 4 namizəddən biridir və yuxarıda deyildiyi kimi 3 milyona yaxın seçici səsi alıb.
Türkiyə prezidenti postunun qalibi birinci turda müəyyənləşmədiyi üçün II turda Sinan Oğanın hansı namizədi dəstəkləməsi böyük əhəmiyyət kəsb edir.
O, ard-arda verdiyi açıqlamalarda özünü millətçi və Atatürkçü adlandırıb, seçiminin dövlət və millət mənafeyindən yana olacağını bildirib./azxeber
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1190 Tarix: 22 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld
18:15 0 3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
11:27 378 Almaniya Rusiyanın kölgə donanmasını izləmək üçün pilotsuz gəmi hazırlayır
Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Stark Defence startapı sualtı kabellərin mühafizəsi və Avropa İttifaqının (Aİ) sularında Rusiyanın kölgə donanmasına aid gəmilərin izlənməsi məqsədilə 2027-ci ilədək 24 metrlik pilotsuz gəmi inşa etməyi planlaşdırır. xəbər verir ki, şirkəti
10:38 234 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
17:15 108 "Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
13:01 232 "TikTok"da xəmir yoğurarkən öldü
Bakıda qadın "TikTok"da canlı yayım zamanı dünyasını dəyişib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 53 yaşlı S.T. "TikTok"da canlı yayımda xəmir yoğurub. Bu zaman o, yaşadığı evdə qəfil ürəktutmadan vəfat edib. Faktl
03.11.2026 605 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.
10:10 305 Vətən müharibəsinin tarixi Zəfəri, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti və Qarabağa Böyük Qayıdış
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin regional və beynəlxalq münasibətlər sistemində mövqeyini dəyişdirən, Cənubi Qafqazda yeni geosiyas
17:21 106 QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR
Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox
11:03 245