Muradın arzusu gerçəkləşdi!

Muradın arzusu gerçəkləşdi!Bəstəkar-müğənni Murad Arifin uzun zamandır hazırlaşdığı ilk solo konserti baş tutub.

OLAY yazır ki, ötən gecə Heydər Əliyev Sarayında keçirilən tədbirdə sənətçi hit Mahnılarını və duetlərini səsləndirib.
Muradın arzusu gerçəkləşdi!İfaçı gecəyə başlamazdan öncə media nümayəndələrinin suallarını cavablandırıb. Həyacanlı olmadığını bildirən Murad konsertinin hesabat xarakteri daşıdığını bildirib:
"Ölkədə ən çox səhnə alan müğənnilərdən olduğum üçün həyəcanlı deyiləm, alışmışam. Ayırdığınız diqqət mənim üçün çox önəmlidir. Belə cəsarətli addımı atdığım üçün çox xoşbəxtəm. Nadir solo konsertlərdən olacaq ki, səslənəcək olan 22 mahnıdan 20-nin həm söz, həm də musiqi müəllifi özüməm. Səhnədə sürpriz duetimi səsləndirəcəyəm. Həyatımda yeni mərhələ olan, bu iki möhtəşəm anı eyni günə sığdıra bilmişəm. Qarşıdan gələn üç ay ərzində bütün ortamları çalxalayacaq musiqi olacağına ümid edirəm. Duetimizə klip çəkdirməyi də düşünürük. Bu gün qarşınızda müğənni kimi durmuşam, sabah məşhur ictimai xadimlə veriliş hazırlayıb, jurnalist-aparıcı kimi qarşınızda ola bilərəm".
Muradın arzusu gerçəkləşdi!Konsert üçün 5 kq çəki atan müğənni bunu konsert hazırlıqları sayəsində olduğunu söyləyib:

"İstədiyim çəkini əldə etməsəm də, konsert hazırlıqları rəqqaslarla məşqlər görüşlər-müzakirələr stresslər nəticəsində nail oldum. Növbəti konsertlərdə daha fit formada qarşınızda olacağam. Konsert üçün iki səhnə geyimi nəzərdə tutmuşam".

Konsertə "İnşallah" mahnısı ilə başlayan Murad ilk çıxışı zamanı kövrəlib.
"Qəlbimdəki melodiyaları insanlara ötürmək istəyən sadə bir azərbaycanlının xəyallarının gerçəkləşməsidir. Mahnı yazan insan emosionaldır. Sadəcə, onları sözlə və ya göz yaşı ilə ifadə etməyi sevmirəm", - deyə, müğənni bildirib.

Gecədə duet ortaqları da Muradı tək qoymayıb. Murad Xalq artisti Tünzalə Ağayeva ilə "Ürəyimsən", Əməkdar artist Lalə Məmmədova ilə "Bu şəhər ikimizə dar", müğənni Günel Zeynalova ilə "Tufan" mahnılarını oxuyub. 30-a yaxın rəqqasa Muradla birlikdə şoular göstərib.

Sənətçi Xalq artisti Aygün Kazımova ilə oxuduqları "Kokteyl" mahnısını ilk dəfə təqdim edib. Konsert zamanı Xalq artisti Flora Kərimova da Muradı təbrik edib. O, gecəyə qızı Zümrüd və 1 yaşlı nəvəsi Lorenlə birlikdə qatılıb.

M.Arif konsert tarixi ilə bağlı maraqlı məqamı da açıqlayıb:
"Jurnalistlər sual verdi ki, niyə konserti 19 mayda edirsiniz? Anlamlı, dərin məna yükü olan bir cavab gözləyirlər məndən, amma çox fikirləşdim, dedim olduğu kimi deyim. Çox xahiş edirəm, gülməyin. Bu yaxınlarda özümə şəxsi astroloq tapmışam. Dedi ki, planetlər, ulduzlar elə şəkildə düzüləcək ki, Murad, hamı gələcək. Sən demə, həyatında şəxsi astroloq varsa, ən sadə addımların da nəzarət altındadır. Konsert hazırlıqları, reklamlar getməlidir. Zəng edib qırıla-qırıla deyirsən ki, olar həftənin 4-cü günü, axşam 9-un yarısı anonsu paylaşasınız.

Ciddi-ciddi adamlar soruşur ki, Murad, bu, nə PR strategiyasıdır? Mən necə izah edim ki, axı Merkuri... Çox qəribə məqamdır. Çox istərdim ki, həyatda nəyə inanırsınızsa, niyyətiniz gözəl olsun. Bu gün niyyətimiz gözəl idi".

Həyat yoldaşına həsr etdiyi bəstəni ifa edən sənətçi "Evə pis əhvalla, əsəblə gəlirsən. Buna tab gətirmək lazımdır. Mənim həyat hekayəmin görünməz qəhrəmanı var - 16 ildir ki, həyatımın xanımı..." sözlərini əlavə edib.

Konsert "Qələbə" mahnısı və tamaşaçıların ayaqda alqışları ilə başa çatıb.
Muradın arzusu gerçəkləşdi!Muradın arzusu gerçəkləşdi!Muradın arzusu gerçəkləşdi!Muradın arzusu gerçəkləşdi!


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1270   Tarix: 23 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.