Mətanət Əsədovanı qadın həmkarı zəhərləyibmiş - VİDEO

Mətanət Əsədovanı qadın həmkarı zəhərləyibmiş - VİDEO"Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu seçə bilmədim. Saf oldum, ürəyimin təmizliyindən, şıltaqlığımdan, çıxdım efirə nələrsə danışdım. Gözəl geyinirdim, bədən quruluşum gözəl idi. Amma o gözəl geyimdə başqaları kimi nələrsə edib, gəlib verilişlərdə sakit, başıaşağı, dinməz otursaydım, deyəcəkdilər ki, bundan var? Amma təmiz və saf oldum oturdum, onu başqa cür yozub, yazdılar. O biclikləri bilmədim. Necə varamsa, elə də oldum".

Bizim.media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu verilişlərin birində deyib.

Sənətçi bildirib ki, səbirsizliyindən dilə gətirdiyi fikirlər qalmaqala və söz-söhbətə səbəb olub:

"Səhnə mənim üçün inqilab oldu. Mərdi qova-qova namərd etdilər. Haqqımda: "Bu bilirsən nədir?", - dedilər. Amma məni tanıyan insan - "Sən nə yazıq insansan?", - söylədi. Səbirsiz olmuşam. Çoxbilmiş məni özü kimi bilib. Çoxbilmişə fikrimi çatdıra bilməmişəm ki, mən bunu demək istəmişəm, bura qədərəm. Sən məni başqa tərəflərə yozma".

Əsədovanın sözlərinə görə, uzun illər əvvəl bayram verilişlərində iştirak etsə də, bir sıra Xalq artistlərinin göstərişi ilə çıxışlarını efirdən kəsiblər:

"O qədər olub ki, verilişlərdəki çıxışlarımı kəsib efirə verməyiblər. Mənim günüm bu olub. Səhnəyə yeni çıxdığım vaxtlarda cavan qız idim, hamıya demişəm ki, yığışın, indi məni efirdə göstərəcəklər. Hamı oxuyur, amma Mətanət yoxdur. Yeni il, Novruz şənliklərində Mətanət yoxdur. Çəkilişlərə gedib, mahnılarımı oxuyurdum, amma məni sonra efirdən çıxarırdılar.

Deyirdilər ki, burada işıq yandı. İşığın yanması elə məni gözləyirdi. Sifarişlə məni efirdən çıxarırdılar. Bunu isə səsi olmayan Xalq artistləri edirdilər. Elələri var ki, indi yoxdur, dünyalarını dəyişiblər. Kaş çoxdan yox olardılar. Amma elələri də var ki, hələ də yaşayır. Nə deyib yaşayırsa, yaşayır da. Bəzən olur ki, "can" deyib, üzümə baxırlar. Xasiyyətim elədir ki, yalandan gülüb, üzümü qırışdıra bilmirəm. Ona xoş olsun deyə niyə gülüb, özümə əzab verməliyəm ki?
Cismani cəza verirəm özümə. Gözəllik salonuna gedirdim. Orada da xaricdən gətirilən mallar gətirilib satılırdı. Bu həm geyim, həm də ərzaq malları idi. Həmin müğənnilərdən biri demişdi ki, bunun başını geyimlərlə qarışdırın, mahnı yazdırmasın, səhnəyə də çıxmaq yadından çıxsın".

Mətanət, həmçinin bildirib ki, qadın həmkarı onu zəhərlədiyinə görə, altı il səhnədən uzaqlaşıb:

"Altı il səhnəyə çıxmadım, mahnı oxumadım. Çünki məni zəhərlədilər. Səsim isə batdı. Məcburən məni bir evə qonaq çağırdılar. Getmirdim, amma məcbur elədilər ki, ora qonaq gedim. Getdim və başıma belə hadisə gəldi. Qələmlə yazırdım ki, məni başa düşsünlər. Səsim tamamilə yox idi.

Gecə və gündüz ağlayıb, Allaha yalvarırdım ki, nəyimi əlimdən alırsansa al, amma səsimi mənə qaytar. Mənim başqa yolum yoxdur. Əlimi açıb məcbur dilənəcəyəm. Ona görə istədim səsimin qayıtmağını. Sonradan səsim açıldı və getdim toylara.

Hər gecə səhərə kimi 10-15 geyim dəyişirdim, çünki çox tərləyirdim. Suyun içində olurdum. Sonra bu hal pis nəticə verdi. Həkimlər dedilər ki, oxumusan səsin batıb.

Sonradan bildim ki, məni zəhərləyiblər. Söhbət açıldı, həmin qadın müğənninin ağzından qaçdı. Ona dedim ki, Allah sənə lənət eləsin. Allah onu elə cəzalandırdı ki, hamı gördü. Mən onun adını çəkmərəm, demərəm.

Sosial şəbəkələrlə məni gözdən salmaq üçün haqqımda xoşagəlməz şərhlər yazdırırlar. Mənim heç kimlə işim yoxdur. Mətanət bir dənədir, nə istəyirsiniz məndən? Mətanət sizlə artıq yaşamır. Hər şey sizdə var. Məsələ də budur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1672   Tarix: 26 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?

ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın

11:48 184
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

10:00 234
.

Məşhur aktyorla bağlı 63 milyon dollarlıq borc QALMAQALI

"The Princess Diaries" filmi ilə tanınan amerikalı aktyor Erik fon Dettenin əvvəllər çalışdığı qiymətli metalların satışı ilə məşğul olan "Rosland Capital" şirkətinin 63 milyon dollardan çox borcu olduğu məlum olub. xarici mediaya istinadən xəbər verir ki, iyul ayında müflis olduğun

03.11.2026 344
.

ABŞ və İran arasında genişmiqyaslı müharibə başlaya bilər - TARİX AÇIQLANDI

ABŞ və İran yaxın iki həftə ərzində bir-birinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. xəbər verir ki, bu barədə İran üzrə ixtisaslaşmış politoloq, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) kiçik elmi işçisi Anastasiya Kislitsyn

10:33 194
.

"Fənərbaxça" "Liverpul"a qarşı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"

13:01 125
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

11:33 200
.

Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir

Mən çoxlu insanın öldürülməsini istəmirəm, lakin məcbur qalsaq bunu edəcəyik. "Fox News"un xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, ABŞ-ın Venesueladakı əməliyyatını xatırladıb və Vaşinqtonun münaqişəni tez bitirə biləcəyini vurğulayıb. Tramp eyni məsələnin İrana da aid olduğun

03.11.2026 362
.

Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi

Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala

03.11.2026 391
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

11:23 230
.