ABŞ-də ermənipərəst senator və arvadına qarşı federal cinayət təhqiqatı davam edir - VİDEO
Manhetten Federal Prokurorluğu və Federal Təhlükəsizlik Bürosu Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendez və onun həyat yoldaşı, erməniəsilli Nadine Arslanyanın "IS EG Halal" ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə alıb-almadığını araşdırır.
Bu barədə "The New York Times" məsələ barədə məlumatlı olan iki mənbəyə istinadla xəbər verib.
Prokurorluğun nümayəndəsi ilə görüşən vəkilin sözlərinə görə, Menendezlə bağlı istintaq səlahiyyətlilərin halal ət şirkətinin ofislərində və onun prezidentinin evində apardığı axtarışla bağlıdır.
Qeyd edək ki, 2019-cu ildə sözügedən halal ət biznesi eksklüziv müqavilə qazanıb və Misirdən halal ixracı təsdiqləyən yeganə şirkət olub. ABŞ rəsmiləri bu qədər böyük müqavilənin az təcrübəsi olan şirkətə verilməsinə görə vəziyyəti şübhəli hesab ediblər.
Həmin il "IS EG Halal"ın ofisində və şirkətin prezidenti Vael Hananın evində aparılan axtarış zamanı kompüterlər, mobil telefonlar və sənədləri müsadirə edilib. Məlum olub ki, Hana Misirdən ABŞ-yə mühacirət edən xristiandır. O, məhkəmə sənədlərində etiraf edib ki, qlobal şirkəti idarə etməyə başlamazdan əvvəl islam qanunlarına uyğun olaraq halal ət hazırlamaq təcrübəsi olmayıb.
Beləliklə, "IS EG Halal"ın beynəlxalq ət idxalı və ixracı islami sertifikatlaşdırılmada az təcrübəsi olan xristian tərəfindən idarə edilib.
Bununla belə, Hananın sözçüsü onun, yaxud şirkətin Menendezə və onun həyat yoldaşına hədiyyə verməsini təkzib edib.
Menendezlə Arslanyan 2020-ci ilin oktyabrında Kvinsdə kiçik bir mərasimlə evləniblər. Menendezin 2021-ci ilin may ayında təqdim etdiyi açıqlama hesabatına görə, onlar Nyu-Cersidəki nüfuzlu şəxslərdən toy hədiyyələri alıblar. 2022-ci ilin martında Menendez bu hesabata düzəliş edərək arvadına məxsus aktivləri – 100 001 dollardan 250 000 dollara qədər qızıl külçələri - daxil edib.
Bununla belə, senatorun açıqlama hesabatlarında nə "Mercedes-Benz" avtomobilinin, nə də mənzilin adı çəkilir.
Menendezin sözçüsü Cennifer Morrill adı açıqlanmayan mənbələrin dediklərində heç bir fakt olmadığını bildirərək, iddiaları yersiz adlandırıb. Ancaq lüks avtomobil və Vaşinqtondakı mənzillə bağlı istintaq məsələsinə birbaşa cavab verməyib. O, həmçinin, senatorun arvadının qızıl külçələri ilə bağlı sualları da cavablandırmayıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 726 Tarix: 27 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523