Rusiya və Ukrayna bir-birini Zaporojye AES-də təxribatlar hazırlamaqda suçlayıblar

Rusiya və Ukrayna bir-birini Zaporojye AES-də təxribatlar hazırlamaqda suçlayıblarRusiya və Ukrayna bir-birini Zaporojye atom elektrik stansiyasında (ZAES) təxribatlar hazırlamaqda suçlayıblar.

"Report" xəbər verir ki, bu barədə bəyanatlar iki ölkənin KİV-ində yayılıb.

Belə ki, Ukrayna versiyası ondan ibarətdir ki, Rusiya qoşunları "yaxın bir neçə saatda" ZAES ərazisinə birbaşa zərbə endirməyə hazırlaşırlar, bundan sonra radioaktiv maddələrin sızması və qəzaya görə Ukraynanı suçlayacaqlar. Bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Bakı vaxtı ilə saat 22:36-da məlumat yayıb.

Ukrayna hərbi kəşfiyyatı iddia edir ki, rusiyalılar öz əməllərini gizlətmək üçün AEBA-nın daimi monitorinq missiyasının heyətinin rotasiyasını pozublar.

BKİ-nin iddiasına görə, bu təxribatın məqsədi beynəlxalq ictimaiyyətin iştirakı ilə "ətraflı araşdırmalara" başlamaqdır. Belə ki, bu araşdırma zamanı hərbi əməliyyatların dayandırılacağı və Rusiya komandanlığının Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna daha yaxşı hazırlaşmaq üçün yenidən qruplaşmaya fasilə veriləcəyi güman edilir.

Saat yarımdan sonra Zaporojye vilayətinin ilhaq edilmiş hissəsində Rusiyanın nəzarətində olan hakimiyyət orqanlarının nümayəndəsi Vladimir Roqov BKİ-nin məlumatını şərh edib.

"Ukrayna bu zərbəni məhz bizi əvvəlcədən suçlamaq üçün elan edir – bütün bunlar açıq-aydındır ki, həmçinin AEBA müfəttişlərinin artıq olmaması üçün lazımdır", – TASS Roqovun fikirlərini nəql edib.

Roqov hesab edir ki, "əgər Kiyev indi bu mövzuya diqqət çəkirsə, deməli, o, həqiqətən nəsə hazırlayıb". Roqov xüsusilə uzaqmənzilli "Storm Shadow" raketləri ilə vurulacağından çəkindiyini dilə gətirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1400   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. xəbər verir ki, hadisə ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Baku TV-yə açıqlama verib. O bildirib ki, uşaq təxminən iki gün əvvəl Fatmayı qəbiristanlığ

06.05.2026 166
.

Yaponiya ABŞ və müttəfiqləri ilə birgə Filippinin şimalında Cənubi Çin dənizinə doğru raket atıb

Yaponiyanın Özünümüdafiə Qüvvələri çərşənbə günü ABŞ, Avstraliya və Filippin qüvvələri ilə birgə dəniz təlimi zamanı mübahisəli Cənubi Çin dənizi ilə üzbəüz sularda istismardan çıxarılmış Filippin Hərbi Dəniz Qüvvələrinin gəmisini vuraraq 88 tipli gəmi əleyhinə raket atıb. BİG.AZ Reuters-ə istinadə

06.05.2026 201
.

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

Qədim yunan filosofu Platonun adına yazılan bir fikir sosial şəbəkələrdə və iqtisadçı dairələrdə geniş müzakirə doğurub. Qaynarinfo "Daily Galaxy"yə istinadən xəbər verir ki, bu düşüncə insanların gəlirləri artsa belə, niyə özlərini daha varlı hiss etmədiklərini izah edən psixoloji mexanizm

06.05.2026 137
.

İlk dəfə qızından danışdı

Müğənni İlqar Xəyal ilk dəfə 6 yaşlı qızından danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" proqramında övladının opera ifaçısı olduğunu bildirib. "Mənim qızım çox istedadlıdır. Opera oxuyur. 6 yaşı var. Qəribədir, haradan tapıb bunu bilmirik. Günlərin birində mən və anası onunl

06.05.2026 214
.

Seçkilər öncəsi İrəvanın hədəfi: Avropadan dəstək

Ermənistanın Baş naziri Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" Partiyası seçkilər ərəfəsində Avropa İttifaqı-ndan dəstək nümayiş etdirməkdə maraqlıdır. xəbər verir ki, politoloq və Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev bunu Komsomolskaya Pravda Radiosu-nda Aİ-Ermənista

06.05.2026 185
.

Livandan gələn pilotsuz təyyarə İsrailin şimalına düşdü

İsrail Müdafiə Qüvvələri bildirib ki, çərşənbə günü Livandan gələn pilotsuz təyyarə Livan sərhədi yaxınlığında, İsrailin şimalına düşüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilər bildirib ki, xəsarət alan olmayıb və hadisənin atəşkəsin daha bir pozulması olduğunu bildirib. Müəllif

06.05.2026 200
.

Kupon Booking-dən möhtəşəm gecə: Ati242 Bakıda izdiham yaratdı

Kupon Booking tərəfindən təşkil olunan gecədə reper ilk dəfə 1 may tarixində Hayal Kahvesi Baku-da səhnəyə çıxıb. Konsertdə izdiham yaşanıb, zal tam dolu olub, hətta yer tapmaq mümkün olmayıb. Səhnədən pərəstişkarlarına müraciət edən sənətçi Bakını çox sevdiyini bildirib və bu sevginin qarşılıqlı olduğun

06.05.2026 181
.

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var

Rusiyanın Omsk bölgəsində meşə yanğınlarının monitorinqini aparan "Aeroprokt-22" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb. İlkin məlumata görə, "Aviabaza" MMC tərəfindən idarə olunan "Aeroprakt-22" təyyarəsi hava tapşırıqları

06.05.2026 171
.

Milyarder və oğlunun qalıqları ayaqqabı qutularında qaytarıldı

2023-cü ilin iyununda dünyanı sarsıdan faciə həlak olanlardan birinin ailəsi üçün yeni bir zərbə ilə nəticələnib. xarici KİV-ə istinadla bildirir ki, Atlantik okeanında məhv olan "Titan" sualtı aparatının göyərtəsində olan pakistanlı milyarder Şahzadə Davudun dul həyat yoldaşı Kristina Davu

06.05.2026 227
.

TOP MP3