İlham Əliyev "Laçın" şəhər yarımstansiyasının açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq "Laçın" şəhər yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına yarımstansiya barədə məlumat verildi.
Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən 110/35/10 kV-luq "Laçın" şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə "Qubadlı" yarımstansiyasından başlayaraq və "Güləbird" Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.
İşğaldan azad edilən ərazilərdə indiyədək "AzərEnerji" ASC tərəfindən 11 yerdə tikilən 110 kV-luq yarımstansiyalardan "Laçın" şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunan ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, yeni istifadəyə verilən 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağından və Füzulidəki "Şükürbəyli" yarımstansiyasından çıxaraq 110 kV-luq "Cəbrayıl", "Zəngilan", "Qubadlı" yarımstansiyaları, oradan isə "Güləbird" Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq "Laçın" şəhər yarımstansiyasına birləşdirilib.
Digər istiqamətdən "Daşkəsən", "Kəlbəcər" və "Qorçu" yarımstansiyalarına, o cümlədən "Şükürbəyli" yarımstansiyasından "Füzuli" və "Şuşa" yarımstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikidövrəli xətlər də gələcəkdə "Laçın" qovşaq yarımstansiyası ilə əlaqələndiriləcək. Bununla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xəttə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcək.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Məlumat verildi ki, strateji əhəmiyyətli "Laçın" şəhər yarımstansiyasında ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu və rəqəmsal idarəetmə mərkəzi tikilib. 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş İdarəetmə Mərkəzində yaradılan SCADA dispetçer idarəetmə sistemi rəqəmsal qaydada enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Bunun üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik şəbəkə yaradılıb. Eyni zamanda, yarımstansiyada yanğın və partlayışa qarşı SERJİ sistemi qurulub.
Yarımstansiya ərazisində əməkdaşlar üçün xüsusi yataqxana korpusu tikilib.
Qeyd edək ki, dövlətimizin başçısının Böyük Qayıdış strategiyasına uyğun olaraq işğaldan azad edilən ərazilərdə "AzərEnerji" tərəfindən tikilən bütün stansiya və yarımstansiyalarda əməkdaşlar yerli kadrlardan seçilir, onların işlə təminatı və məskunlaşmaları üçün digər zəruri tədbirlər görülür.
Prezident İlham Əliyev yolüstü balıq istehsalı müəssisəsinə də baxdı.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 27 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNetanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum edib. "Report"un məlumatına görə, Netanyahu bu barədə "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərin
16.08.2026 154 Bitki yağlarında aşkarlanan təhlükəli maddə: Sağlamlıq üçün zərərləri nələrdir? - VİDEO
Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi - 3-MCPD müəyyən edilib. Qida eksperti Elsevə
16.08.2026 173 Nyu-Yorkda şirkət rəhbərinin qətlində təqsirləndirilən şəxs günahını etiraf etdi
ABŞ-nin ən böyük tibbi sığorta şirkətlərindən biri olan "UnitedHealthcare" şirkətinin rəhbəri Brayan Tompsonu Nyu-York şəhərində qətlə yetirməkdə ittiham olunan Luici Mancone təqsirini etiraf edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Mancone məhkəmədə Tompson
16.08.2026 185 Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını daha beş il uzadıb
Çin avqustun 14-dən etibarən Hindistandan təkrejimli optik lif (təxminən 9 mikrometrlik çox incə nüvəyə malik optik lif növü - red.) idxalına daha beş il müddətinə antidempinq rüsumları tətbiq edir. "Report" xəbər verir ki, bu barədə "CCTV+" telekanalı Çin Ticarət Nazirliyinə istinadə
16.08.2026 168 Ərdoğan: Trampdan F-35 qırıcıları ilə bağlı vədini yerinə yetirməsini gözləyirik
"Trampdan (ABŞ Prezidenit Donald Tramp - Qeyd) F-35 qırıcı təyyarələri ilə bağlı söz almışıq və onun bu vədini yerinə yetirməsini gözləyirik". "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan "Al Jazeera"yə müsahibəsində deyib. Son günlər bütün dünyanı
16.08.2026 124 NATO şərq sərhədini gücləndirir: Milyonlarla dron, süni intellekt
NATO Rusiya və Belarusla sərhədlər yaxınlığındakı təhdidləri izləmək üçün dronlar, sensorlar və süni intellekt sistemlərindən ibarət geniş şəbəkə yaratmağı planlaşdırır. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. "Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanan layihənin Finlandiyanı
16.08.2026 168 Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu
Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan
16.08.2026 174 Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu
Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi
16.08.2026 159 ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir
Donald Tramp administrasiyası Kubaya qarşı strategiyasını ölkə rəhbərliyini dəyişdirmək üçün hərbi gücdən istifadə etmək əvəzinə, sanksiyaların artırılmasına və iqtisadi təzyiqə yönəldib. "Report"un "Bloomberg" agentliyinə istinadən məlumatına görə, Vaşinqton əvvəllər ABŞ-nin dəyişikli
16.08.2026 160