Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.

Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.
Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi "Bir millət iki dövlət" və "Bir yumruq" fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1759   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almaniya Rusiyanın kölgə donanmasını izləmək üçün pilotsuz gəmi hazırlayır

Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Stark Defence startapı sualtı kabellərin mühafizəsi və Avropa İttifaqının (Aİ) sularında Rusiyanın kölgə donanmasına aid gəmilərin izlənməsi məqsədilə 2027-ci ilədək 24 metrlik pilotsuz gəmi inşa etməyi planlaşdırır. xəbər verir ki, şirkəti

10:38 152
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

03.11.2026 484
.

İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib

İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi

03.11.2026 350
.

"Azərbaycanla qardaşlıq pozularsa, Türk dünyası dağılar" - Türkiyəli admiraldan ŞOK AÇIQLAMA

"Azərbaycanla qardaşlığımızın pozulması etiraf edək ki, Türk Dövlətləri Təşkilatının dağılması, Şimali Kipr Türk Respublikasına verilən dəstəyin tamamilə aradan qalxması deməkdir". xəbər verir ki, bu sözləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi, təqaüddə olan kontr-admiral

03.11.2026 366
.

"Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi

Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay

03.11.2026 439
.

Böyük Qayıdış - tarixi Zəfərin yaratdığı yeni reallıq və Azərbaycanın strateji inkişaf hədəfi

Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi yalnız işğaldan azad edilmiş ərazilərə insanların köçürülməsi deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin təntənəsinin və dövlətin öz vətəndaşına sahib çıxmasının mühüm göstəricisidir. Bu proses 44 günlük Vətən müharibəsində qazanılmı

03.11.2026 286
.

Böyük Qayıdış: tarixi ədalətin bərpası, milli dirçəliş və Azərbaycanın yeni inkişaf strategiyası

Azərbaycanın müasir dövlətçilik tarixində Böyük Qayıdış prosesi öz miqyasına, siyasi mahiyyətinə və tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Bu prosesə yalnız işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi kimi yanaşmaq düzgün olmazdı. Böyük Qayıdış, ilk növbədə

03.11.2026 326
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

11:33 134
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

11:23 160
.