Rusiya mediası Paşinyanı təhqir etdi: "Öz xalqına uduzan əsir götürülmüş lider"

Rusiya mediası Paşinyanı təhqir etdi: "Öz xalqına uduzan əsir götürülmüş lider"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistanın baş naziri Nikol Paşinyan da qatıldı. Rusiya mediası erməni baş nazirin bu səfərini aşağılayıcı, türk mediası isə yeni dövrün başlanğıcı kimi qiymətləndirir.

Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması soydaşları və diaspordan çox Rusiya cəmiyyətində, mediasında mənfi reaksiya doğurub. Rusiyanın dövlət mediası səfərlə bağlı yazılarda baş naziri hər vəchlə aşağılamağa çalışır. Təhqir kampaniyası neçə gündür ki, davam edir. Rusiya mediası baş nazirin Ankarada hörmətsiz formada qarşılandığını vurğulayır. Rusiyanın əksər dövlət nəşrləri erməni baş naziri aşağılayan fotolar və məlumatlar dərc ediblər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Türkiyə Ermənistanla həmişə güclü mövqedən danışacaq"

Rusiya mediasında yer alan bir sıra məlumatlara diqqət yetirək. Məsələn, "Nezavisimaya qazeta" yazır ki, Ərdoğanın andiçmə mərasiminə gələn mötəbər qonaqları sadalayarkən Paşinyanın adını çəkməməsi Ankaraya səfəri rüsvayçılıq kimi qiymətləndirənləri daha da qəzəbləndirib: "Bu təbəqə Qarabağda 44 günlük müharibədəki məğlubiyyətdə Türkiyənin əvəzsiz roluna görə bu hərəkəti qəbuledilməz hesab edir. Onların fikrincə, Ərdoğanın sonrakı sərt bəyanatları, Türkiyənin Ermənistanla güclü mövqedən danışmağa meyilli olması münasibətlərin yaxşılaşması istiqamətində yaxşı heç nə vəd etmir". Rusiya mətbu orqanları səfərlə bağlı əks fikirlər paylaşan şəxslərin mövqelərini də dərc etməyə çalışır. Bura "Alternativ layihələr" qrupunun üzvü, politoloq Vahe Ovannisyanın sosial şəbəkə səhifəsində yazdığı fikirlər də daxildir. Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı vəziyyət orta əsr ənənələrini xatırladır: "O zaman qalib öz xalqına uduzan tərəfin əsir götürülmüş liderini nümayiş etdirərək hərbi uğurlarını qeyd edirdi".

Erməni politoloq Armen Xanbabyan isə əks fikirdədir. Onun sözlərinə görə, Türkiyə Ermənistanla həmişə güclü mövqedən danışacaq, çünki daha güclüdür. Ankara üçün İrəvanla münasibətlərin normallaşması arzuolunandır, lakin o qədər də əhəmiyyətli amil deyil. "Ermənistan hakimiyyətinin əleyhdarları Paşinyanın səfərindən onu ittiham etmək üçün bəhanə kimi yararlanıblar. Onların fikrincə, İrəvan belə addımlar atmamalıdır. Paşinyanın əleyhdarları üçün hakimiyyətin istənilən hərəkəti sərt və çox vaxt əsassız tənqid üçün bəhanəyə çevrilir", – A.Xanbabyan deyib. Onun sözlərinə görə, bu dəfə Paşinyanın rəqibləri onun son 30 ildə Türkiyə paytaxtına səfər edən ilk erməni lideri olmadığını xatırlamamağa üstünlük verirlər: "Hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsinin qızğın vaxtında ovaxtkı prezident Levon Ter-Petrosyan mərhum həmkarı Turqut Özalın dəfn mərasimində iştirak edib. Heç kim bunun xəyanət olduğunu düşünmürdü". Yeri gəlmişkən, baş nazirin Türkiyə prezidentinə andiçmə mərasimi münasibətilə xalça hədiyyə etdiyi bəlli olub. Xalçanın üzərində türkcə naxışlı yazı var.

"Səfər heç bir nəticə verməyəcək"
Rusiya mediası yazır ki, Paşinyanın səfəri Ərdoğanla münasibətləri normallaşdırmağa əsas olmayacaq. Xanbabyan da vurğulayıb ki, Paşinyanın səfərinin İrəvanla Ankara arasında münasibətlərin normallaşmasında ciddi rol oynayacağına inanmağa dəyməz. "Ermənistan-Türkiyə münasibətlərinin səviyyəsi bundan sonra da Ermənistan-Azərbaycan dialoqunun gedişindən asılı olacaq. Lakin ola bilsin ki, üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı sazişi həyata keçirmək mümkün olsun. Bu, Rusiya pasportuna malik ermənilərin üçüncü ölkələrdən yan keçərək Türkiyəyə daxil ola bilməsi deməkdir", - deyə Rusiya mediası Xanbabyanın sözlərini sitat gətirib.

Paşinyan Oskanyanı da qəzəbləndirib

Paşinyan səfəri ilə keçmiş diplomatları da qəzəbləndirib. Keçmiş XİN rəhbəri Vardan Oskanyan hesab edir ki, Ankarada Paşinyan erməni xalqını deyil, özünü təmsil edib. "Əgər Paşinyanın minimal diplomatik bacarığı olsaydı, o zaman erməni tərəfi heç olmasa müharibədən yayınardı. Paşinyan başa düşmədi ki, zəlzələdən sonra Türkiyəyə yardım göstərməklə və Ərdoğanın andiçmə mərasimində iştirak etməklə Ermənistan-Türkiyə münasibətlərinin həlli baxımından Türkiyənin rəğbətini qazana bilməz", - deyə Oskanyan əlavə edib.

"Türklər savaşmağı bildiyi qədər barışı da bilən bir millətdir"

Türk mediası isə Paşinyanın Ankaraya səfərini müsbət qiymətləndirib. "Bu səfərlə bütün dünyaya "Türklər savaşmağı bildiyi qədər barışı da bilən bir millətdir" mesajı verildi", - deyə türk mediası yazır. "Paşinyanın Ankaraya gəlişi onun ölkəsi üçün sülh və ləyaqətli yaşam axtarışında olduğunu göstərir. Ermənistandakı kəskin qruplaşmalara baxmayaraq, onun bu cəhddə uğur qazanıb-qazanmayacağını bilmirik. Amma bacararsa, tarixi nifrətin əsiri olan Ermənistanın da taleyini dəyişə bilər", - deyə türk mediası yazır.

"Qarşıdakı dövrdə Türkiyənin xarici siyasətinin kritik məsələlərindən biri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması olacaq", - deyə "Milliyet" yazır. "Nikol Paşinyan andiçmə mərasimində iştirak etməklə iki xalq üçün çox böyük əhəmiyyət kəsb edən addım atıb. Bu addımların atılması həm ermənilər, həm Azərbaycan, həm də türk milləti üçün yaxşı şeylərin xəbərçisidir", – məqalədə bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müğənnilərdən sevgi dolu duet - "Hardasan, sevgilim"

Müğənnilər Sevindik Oruc və Məryəm Uğur "Hardasan, sevgilim" adlı mahnını dinləyicilərə təqdim ediblər. xəbər verir ki, duet qısa zamanda musiqisevərlərin diqqətini cəlb edib. Mahnının adı və romantik ab-havası dinləyicilərə sevgi mövzusunda duyğusal anlar yaşadır. Sevindik Oruc və Məryəm Uğuru

11:36 278
.

YALANIN ALQIŞLANDIĞI, DÜRÜSTLÜYÜN UTANDIRILDIĞI BİR DÖVRDƏ YAŞAYIRIQ

Son zamanlar ətrafıma bir qədər diqqətlə nəzər salıram. Sanki insanlığın tərəzisi pozulub, dəyərlərin yeri dəyişib, doğru ilə yanlış arasındakı sərhəd itib. Saxta təbəssümlərin, üzlərə taxılan maskaların, səmimiyyətdən uzaq münasibətlərin hökm sürdüyü bir dövrdən keçirik. İnsanlar bir-birinə gülümsəyir

15:03 263
.

Avropada yeni etiraz dalğası: Z nəsli siyasi sistemə meydan oxuyur

Avropanın bir sıra ölkələrində etiraz aksiyaları geniş vüsət alıb. Bu prosesdə aparıcı qüvvə isə əsasən gənclər, daha dəqiq desək, "Z" nəslinin nümayəndələridir. Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirə

14:46 263
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

13:58 437
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

12:55 260
.

Böyük Qayıdış - tarixi Zəfərin yaratdığı yeni reallıq və Azərbaycanın strateji inkişaf hədəfi

Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi yalnız işğaldan azad edilmiş ərazilərə insanların köçürülməsi deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin təntənəsinin və dövlətin öz vətəndaşına sahib çıxmasının mühüm göstəricisidir. Bu proses 44 günlük Vətən müharibəsində qazanılmı

17:04 203
.

MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib

11:47 238
.

Polisə atəş açan hərbçiyə hökm oxundu

Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə

22:00 1
.

"Azərbaycanla qardaşlıq pozularsa, Türk dünyası dağılar" - Türkiyəli admiraldan ŞOK AÇIQLAMA

"Azərbaycanla qardaşlığımızın pozulması etiraf edək ki, Türk Dövlətləri Təşkilatının dağılması, Şimali Kipr Türk Respublikasına verilən dəstəyin tamamilə aradan qalxması deməkdir". xəbər verir ki, bu sözləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi, təqaüddə olan kontr-admiral

19:15 176
.