Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olar? - AÇIQLAMA
İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 28, 29 və 30 iyun tarixləri ərzində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.
Bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edirlər.
Məsələ ilə bağlı "Trend"ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.
O qeyd edib ki, şəriətdə buna icazə yoxdur.
"Gərək qurbanlıq heyvan mütləq kəsilsin və əti bölünsün. Qurban ətinin əvəzinə pul və ya ərzaq alıb vermək olmaz. Niyə belədir? Çünki elə ailələr var ki, ət almaq imkanı azdır və onlar nəzərə alınmalıdır. Qurban əti birinci növbədə həmin ailələrə verilməlidir. Əgər pul şəklində verilsə, insanlar bu pulu başqa işlərə xərcləyə bilərlər. Ona görə də dinimiz deyir ki, qurban mütləq kəsilib paylanmalıdır", - deyə o qeyd edib.
F.Nurullayev vurğulayıb ki, qurbanı kəsən ailə onun hamısını özünə götürə bilməz.
"Qurban kəsmək məcburi deyil, müstəhəbdir. Yəni imkanı olan ailə başçısı qurbanı kəsməlidir. Həcc ziyarətində olanlar üçün qurban kəsmək vacibdir, ancaq həcdə olmayanlar üçün vacib olmasa da, təkid olunur, yəni savab bir işdir, dinimiz tələb edir ki, imkanın varsa, qurban kəs. İmkanı olan ailə başçısı qurban kəsməlidir və onun yalnız üçdəbirini öz ailəsinə sərf edə bilər. Qurban mütləq üç hissəyə bölünməlidir, onun iki hissəsi mütləq imkansız ailələrə paylanmalıdır. Misal üçün, qurbanlıq ət 15 kiloqramdırsa, onun 10 kilosunu mütləq paylamalıdır.
Qurbanlığı bölən zaman bir hala da fikir vermək lazımdır. Misal üçün, qurbanlıq ətin yumşaq yerini özünə götürüb, sümüklü yerlərini paylamaq olmaz. Qurbanlığın bütün hissələri və bütün əzaları üç hissəyə bölünməlidir", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 967 Tarix: 10 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17.11.2026 132 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 446 Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 573 İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15.11.2026 384 2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı
Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə
14.11.2026 308 Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı
Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus
14.11.2026 350 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
11.11.2026 1302 Pələng onunla video çəkmək istəyən bloqeri parçaladı
Pakistanda "TikTok" üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib. Məlumata görə, fermada çalışan 19 yaşlı gənc "TikTok"
15.11.2026 316 Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14.11.2026 355