Ağız qoxusunu belə yox edin

Ağız qoxusunu belə yox edinAğız qoxusu uyğun olmayan anlarda sizin üçün problem ola bilər.
Cəmiyyətdə istər-istəməz ünsiyyət qurmalı olacağımız üçün ağız qoxusu bizi susmağa sövq edə bilər.
Ağız qoxusu bir çox səbəbə görə inkişaf edə bilər. Yediyimiz qidalar, ağız infeksiyası, quru ağız və ya çürük dişlər səbəbiylə ağız qoxusu yarandıqda, bu qoxunu maskalamaq üçün adətən daha çox pasta ilə fırçalamaq və ya saqqız çeynəmək kimi alternativlər mövcuddur.
Qoxu bu şəkildə keçməyincə istifadə edə biləcəyiniz alternativ təbii üsullar qoxunun yox olmasını təmin edəcək.

BiG.AZ ağız qoxusuna son qoyan üsullar təqdim edir.

Mixək: mixək təbii dezodorant kimi tanınır. Baş ağrısına yaxşı olduğu üçün istifadə edilən mixək həm də ağızda ki, bakteriyaları təmizləyir və ağız qoxusunu da aradan qaldırır. Ağızda saxlanılan və bir müddət çeynənilən mixəklər ağız qoxusunun tamamilə keçməsinə şərait yaradır.

Limon qabığı: Limon qabığı infeksiya əleyhinə xüsusiyyətlərə malikdir. Limon qabığı ağızda çeynədikdə qoxunu yox edir, həm də ağızdakı infeksiyanı təmizləyir. Limonu qabığı ilə birlikdə istifadə etsəniz, ağız qoxusundan asanlıqla qurtula bilərsiniz.

Reyhan: Reyhan üstünlük təşkil edən ləzzətli bir bitkidir. Ağzınıza reyhan yarpağı qoysanız və saqqız kimi bir müddət çeynəsəniz, ağız qoxusunun qısa müddətdə keçəcəyinə şahid olarsınız.
Reyhan yarpağı əzildikdə dadını və iyini daha kəskin hiss etmək olur.
Buna görə də reyhan çeynəmək qoxunu maskalamağa kömək edəcək.

Çay sodası: Çay sodası təbii təmizləyici məhsuldur. Diş pastasının da aktiv tərkib hissəsi olan natrium bikarbonat komponentindən hazırlanmış çörək soda dişləri ağartmaqla yanaşı ağız qoxusunu da aradan qaldırır.
Çay sodasını su ilə qarışdırıb ağız qarqarası edərək ağız qoxusundan xilas ola bilərsiniz.

Nanə: Reyhan yarpağı kimi nanə yarpağı da çeynədikdə ağız qoxusunu verən yarpaq növüdür.
Nanə yarpağı çeynəmək nanənin kəskin dadının və iyinin ağıza yayılmasına şərait yaradır. Eyni zamanda nanə ağızda infeksiya əmələ gəlməsinin qarşısını alır.
Ağız qoxusuna qarşı 1 yarpaq təzə nanə çeynəmək kifayət edər.

Ülkər Rəhmanqızı


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1169   Tarix: 12 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15.11.2026 308
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 312
.

TikTok üçün video çəkilişi faciə ilə bitdi - Şir 19 yaşlı gənci parçaladı

Pakistanın Lahor şəhərində fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumu nəticəsində həyatını itirib. Axşam.az xəbər verir ki, hadisədən sonra gəncin ailəsinə əvvəlcə onun it hücumuna məruz qaldığı bildirilib. Lakin polis araşdırması zamanı həqiqətin fərqli olduğu üzə çıxıb. Yerli mətbuatın məlumatın

13.11.2026 550
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

13.11.2026 925
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14.11.2026 345
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14.11.2026 348
.

İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı

"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81

15.11.2026 384
.

Pələng onunla video çəkmək istəyən bloqeri parçaladı

Pakistanda "TikTok" üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib. Məlumata görə, fermada çalışan 19 yaşlı gənc "TikTok"

15.11.2026 316
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12.11.2026 515
.