"O zəng həyatımı darmadağın etdi, göz yaşımı silib, səhnəyə çıxdım..."
"İndi gözəl komediya filmləri çəkilir. Teatrlarda gözəl tamaşalar səhnələşdirilir. Amma buna baxmayaraq tamaşaçılar yenə də şikayət edirlər. Vallah, şəxsən mən övladımla birlikdə tamaşalara, filmlərə gedirəm. O qədər xoşumuza gəlir ki..."
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktrisa Xuraman Əlizadə deyib. Aktrisa uşaqlıq arzusunun gerçəkləşdiyini bildirib.
"Uşaqlıqdan beynimdə formalaşdırırdım ki, aktrisa olacam. Hamıya deyirdim ki, məni tanıyacaqsınız, sevəcəksiniz. Halbuki uşaq idim. Anamla atam televiziya işçiləri idi. Qarşıma heç bir sədd çəkmədilər ki, olmaz. Adətən valideynlər qız övladlarının aktrisa olmasını istəmirlər. Günün bu gününə qədər atam məni dəstəkləyir. Anam bir az fərqli sənət seçməyimi istəyirdi. Deyirdi ki, "bəlkə həkim olasan?". Heç bir peşmanlığım yoxdur. Bu gün bütün ruzi-bərəkətim bu sənətlə bağlıdır. Nə xoş ki, bu sahədəyəm" deyə aktrisa bildirib.
Xuraman Əlizadə televiziyada ilk çəkildiyi tamaşadan da danışıb.
"Bu "Gəlinlər" televiziya tamaşası idi. Orada başqa bir aktrisa çəkilməli idi, sonradan imtina edib və deyib ki, "bu rol mənlik deyil". Məhərrəm Bədirzadə Yasin Qarayevə demişdi ki, "teatrınızda gənc, bu rola uyğun aktrisa varmı?". Yasin müəllim də məni məsləhət görmüşdü. Çəkildim, çox da uğurlu alındı. Gəlin-qaynana qlobal problem olduğu üçün həmişə də bu tamaşa baxılır. O tamaşa ilə tanındım və o tamaşaya görə televiziyaların birindən aparıcı kimi dəvət aldım" deyə sənətçi bildirib.
Aktrisa həyat yoldaşından, əvvəlki illərdə çəkildiyi filmlərindən də danışıb.
"Həyat yoldaşım məni "Toy" filmindəki Gümüş obrazımdan bəyənib. Onunla görüşəndə o bunu mənə dedi və biz sonra evləndik. Bu film uzun illər öncə lentə alınıb. İndi çəkilsəydi daha maraqlı olardı. Çünki o vaxt texnika saz vəziyyətdə deyildi, az inkişaf etmişdi. "Bu şəhərdə" ilə də əməkdaşlığım uğurlu olub. Xüsusilə də "Toy olsun" səhnəciyindəki Zorro obrazım sevilmişdi. Halbuki o obrazı oynamağa gedəndə, səhnəyə çıxmazdan öncə mənə bir zəng gəldi. O zəng həyatımı darmadağın etdi. Amma göz yaşımı silib, səhnəyə çıxdım. Biz aktyoruq, bir gözümüz gülür, bir gözümüz ağlayır" deyə aktrisa bildirib.
Aktrisa tik-tok səhifəsindən də danışıb.
"Tik-tokda tez-tez canlı yayımlar açıram. İzləyicilərə də deyirəm ki, "nə istəsəniz soruşun". Təbii ki, etika çərçivəsində. Məişət mövzularını müzakirə edirik, onları narahat edən, maraqlandıran sualları ünvanlayırlar. Ən çox da verilən sual xəyanətlə bağlıdır. Əlbəttə ki, mən də onlara ürək-dirək verirəm və deyirəm ki, "ailənizi qoruyun". Ara-sıra tik-tokda danışdıqlarım xəbər saytlarında manşet olur" deyə aktrisa bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 731 "Kızılcık şerbeti"ndən ayrılır - Foto
"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır
31.10.2026 322 "Eşref Tek" nə vaxt yayımlanacaq?
"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"in hekayəsindən bəhs olunacaq. Layihədə həmçinin Çağata
24.10.2026 584 "Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
25.10.2026 675 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"
Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə
29.10.2026 666 "Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir
Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill
24.10.2026 553 Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23.10.2026 838 Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
17:00 99 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24.10.2026 548